Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə152/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   148   149   150   151   152   153   154   155   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

9.1.3 25-dən çox avtomobil saxlanılan və ya 10- dan çox xidmət postu nəzərdə tutulan avtomobillərə xidmət olunan yerlərin ən azı 2 darvazası olmalıdır.
9.1.4 Avtomobillərin düzüldüyü yerlər, 10 avtomobilə bir tros (ştanq) hesabı ilə buksir trosları və ştanqlarla təmin olunmalıdır.
9.1.5 Avtoqarajın ehtiyat darvazasına yol həmişə boş olmalıdır.
9.1.6 Avtomobilləin təmir olunduğu yerlərdə və yardımçı otaqlarda bakları yanacaqla və karterləri yağla dolu (qazla işləyən avtomobillərdə isə dolu qaz balonu ilə) avtomobillərin təmirinə (1 saylı texniki xidmət üzrə işlər istisna olmaqla) yol verilmir.
İşin sonunda təmir otaqları və baxış çuxurları yağlanmış silgi parçalarından və müxtəlif mayelərdən təmizlənməlidir.
Hər iş növbəsinin sonunda baxış çuxurları üçün ayrılan yerlərdən zibil, tullantı və s. yığışdırılmalıdır.
9.1.7 Akkumlyator bölməsinin (sahəsinin) yerləşdirilməsi üçün iki otaq nəzərdə tutulmalıdır (təmir və yükləmə üçün).
Qeyd.Sayı 10-dan çox olmayan akkumlyatorların eyni vaxtda yüklənməsi fərdi sorucu ventilyasiyalı xüsusi şkaflarda aparılarsa və ventilyasiya sistemi ilə yükləmə qurğusu blokirovka olunmuşsa, yükləmə üçün ayrıca otaq nəzərdə tutulmaya da bilər. Avtomobillərə xidmət üzrə müəssisələrdə akkumliyatorların təmiri nəzərdə tutulmayıbsa, yükləmə üzrə xüsusi şkaf D kateqoriyalı otaqlarda və ya sahəsi 200m2-dən böyük olmayan avtomobil təmiri və texniki xidmət postu olan otaqlarda yerləşdirilə bilər.
9.1.8 Avtomobillər saxlanılan yerlərdə yol verilmir:
- müərriklərin açıq odla (tonqal, məşəl, lehim lampası) qızdırılmasına, həmçinin texniki baxış, təmir və digər işlərin aparılması zamanı açıq alov mənbələrinin istifadəsinə;
- mühərriklərin işlək vəziyyətdə saxlanılmasına;
- müvafiq ixtisası olmayan şəxslərə avtomobillərin texniki xidmətinin və idarə olunmasının həvalə edilməsinə.
9.1.9 Avtomobillərin dayanacağı və təmiri üçün müəyyən olunan yerlərdə, həmçinin talvarlar altındakı və açıq meydançalardakı avtomobil dayanacaqlarnda qadağandır:
- normadan artıq avtomobillərin saxlanılması, onların düzülüş üsulunun pozulması, avtomobillər arsında və avtomobillərlə binanın elementləri arasındakı ara məsafənin azaldılması;
- avtomobilləri benzin baklarının ağzı açıq vəziyyətində, həmçinin yanacağın sızması baş verərkən saxlanılması;
- avtomobillərdə baklarındakı yanacaq və balonlardakı qazların istisna olunmaqla əlavə yanacağın (benzin, dizel yanacağı, qazla dolu balonlar) saxlanılması;
- dayanacaq, xidmət və təmir yerlərində avtomobillərin yanacaqla doldurulması;
- avtomobillərin yanacaqla doldurulmasına yalnız yanacaq doldurma məntəqəsində icazə verilir;
- AAM və YM dolu taraların saxlanılması;
- keçidlərin və darvaza yollarının tutulması;
- avtomobillərin akkumlyatorlarının əlavə yüklənməsinin həyata keçirilməsi.
9.1.10 Avtomobillərin yanmasının qarşısını almaq üçün aşğıdakı şərtlərə əməl edilməlidir:
- mühərriki işlək vəziyyətində olan avtomobillərin yanacaq və yağla doldurulmamasina;
- mühərrikdə və onun karterində neftlə qarışmış çirkin yığılmamasına;
- benzin xətti, karbirator və benzin bakı nasaz olan avtomobillərin istismarına;
- qarajda yerləşdirilmiş avtomobillərin kuzovlarında AAM və YM saxlanılmamasına.
9.1.11 AAM və partlayış təhlükəli yüklər daşıyan avtomobil-sisternlər təmirdən qabaq təsirsiz qazla və ya buxarla üfürüldükdən sonra sisternin hava mühitinin anlizi aparılmalı, həmçinin o yerlə birləşdirilməlidir.
9.1.12 Avtomobillərin təmiri zamanı baxış çuxurlarında işlədilən mobil elektrik çıraqları 12 V gərginliyə hesablanmaqla partlayışdan mühafizəli olmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə