Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Akkumlyator doydurma otaqlarında elektrik avadanlıqları ( işıqlandırıcılar, çəngəl birləşmələri və s.) partlayışdan mühafizəli olmalıdır. 9.3.4



Yüklə 2,46 Mb.
səhifə155/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   151   152   153   154   155   156   157   158   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

9.3.3 Akkumlyator doydurma otaqlarında elektrik avadanlıqları ( işıqlandırıcılar, çəngəl birləşmələri və s.) partlayışdan mühafizəli olmalıdır.
9.3.4 Akkumlyator otaqlarında elektrik naqilləri kip bərkidilməli və üzəri turşuyadavamlı laklanmış rezinlə örtürülməlidir. Birləşdirici başlıqlar(klemalar) mis və ya qalaylanmış olmalıdır. Akkumlyatorların doydurucu qurğylarının qoşulması və ayrılması yalnız gərginliyin ayrılmasından sonra həyata keçirilə bilər.
9.3.5 Akkumlyator doydurma otaqlarında turşulu və qələvili akkumlyatorlar üçün ayrı-ayrılıqda ventilyasiya quraşdırılmalıdır. Belə ki, doydurulma otaqlarının havası gün ərzində 8-10 dəfədən, saxlanılma otaqlarının havası isə 4-5 dəfədən az olmayaraq dəyişdirilməlidir. Ventilyasiyanın binanın ümumi nəfəsliyinə qoşulması qadağandır.
9.3.6Akkumlyator batareyalarının doydurulması üçün 5-dən az qidalandırıcı(qurğu) olduqda belə otaqlarda yalnız təbii ventilyasiyanın olmasına yol verilir. Belə təbii ventilyasiyanın gözlüklər otağın yuxarı hissələrində olmalıdır.
9.3.7 Ventilyasiyanın dayandırılması ilə eyni vaxtda doydurucunun gərginliyinin şəbəkədən ayrılması nəzərə alınmalıdır.
9.3.8 Akkumlyator doydurma otaqlarında akkumlyatorların təmiri, turşulu və qəıəvili akkumlyatorların bir yerdə qurasdırıması və nasaz akkumlyatorların doydurulması qadağandır.


9.4 Rənglənmə, yağsızlaşdırma və yuma sexləri,
sahələri və qurğularına olan tələblər


9.4.1 Məmulatların rənglənməsi, laklanması, nitro əsaslı örtüklərin çəkilməsi, detalların yuyulması və yağsızlaşdırılması ayrıca otaqlarda və ya effektiv yanğınsöndürmə vasitələri və köçürülmə yolları ilə təmin olunmuş xüsusi ayrılmış istehsalat sahələrində aparılmalıdır.
9.4.2 Lak və boya hazırlığı, rənglənmə işləri aparılan otaqların döşəmələri zərbədən qığılcım verməyən və yanmayan materialdan hazırlanmalıdır.
9.4.3 Rənglənmə avadanlığı hər gün növbənin axırında sorucu ventilyasiya altında yanar çöküntülərdən təmizlənməlidir.
9.4.4 Lak və boya materiallarından, minalardan, həlledicilərdən, yuyucu və yağsızlaşdırıcı mayelərdən, yalnız onların yanğın təhlükəsizlik xüsusiyyətlərini təyin edən müvfiq analizlər aparıldıqdan və onların təhlükəsiz istifadə olunma üsullarını işləyib hazırladıqdan sonra istifadə edilməlidir.
9.4.5 Məmulatlarin və detalların yuyulmasında, yağsızlaşdırılmasında bir qayda olaraq, yanmayan tərkiblərdən, pastalardan, həlledicilərdən və emulsiyalardan istifadə edilməlidir. Yanmayan tərkiblər məmulatın emalında lazımi texnoloji təmizliyi təmin etmirsə, bu halda yanğın təhlükəsizliyi tədbirləriinə ciddi riayət etməklə müvafiq yuyucu TAM və YM istifadəsinə icazə verilir.
9.4.6 Rənglənmə sexlərində, rəng hazırlama bölmələrində, lak materialları anbarında, TAM və YM tətbiq etməklə detalların yuyulma və yağsızlaşdırma yerlərində açıq alov və qığılcım yaranması ilə (elektrikqazqaynaq, itilətmə və s.) müşahidə olunan işlərin aparılmasına icazə verilmir.
9.4.7 Lak və boya materialları iş yerinə hazır şəkildə daxil olmalıdır. Müxtəlif növ lak və rənglərin müqayisəli tutuşdurulması, həlledicilərin əlavə edilməsi və qarışdırılması izolə edilmiş xüsusi otaqlarda və ya açıq meydançalarda aparılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə