Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


İçərisində lak və boya materialları olan taralar möhkəm bağlanılmalı, istehsalat otaqlarından uzaqda xüsusi meydançalarda saxlanılmalıdır. 9.4.9



Yüklə 2,46 Mb.
səhifə156/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   152   153   154   155   156   157   158   159   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

9.4.8 İçərisində lak və boya materialları olan taralar möhkəm bağlanılmalı, istehsalat otaqlarından uzaqda xüsusi meydançalarda saxlanılmalıdır.
9.4.9 Rəngləmə işləri, detalların yuyulma və yağsızlaşdırılması, ancaq yerli sorucuları olan rəngləmə şkaflarında, vanna, kamera və kabinələrdə sorucu ventilyasiya altında aparılmalıdır.
9.4.10 Rəngləmə şkaflarının, kamera və kabinələrinin sorucu ventilyasiyasının hidrofiltrsiz və ya yanar rəng və lak hissəciklərini tutan digər effektli qurğularsız istismarına icazə verilmir.
9.4.11 Ventilyasiya sisteminin hava xətləri iki ayda bir dəfədən az olmayaraq yanar materiallardan təmizlənməlidir. Sorucu hava xətlərində onların daxili səthlərinin rahat təmizlənməsi üçün kip bağlanan lyuklar nəzərdə tutulmalıdır.
9.4.12 Elektrik sahəli rəngləmə kameralarında sorucu ventilyasiyanın işi dayanarsa, elektrostatik sahə yaradan qurğuya gərginliyin verilməsi avtomatik dayandırılmalıdır.


9.5 Yanar (tezalışan) yüklərin, sıxılmış və mayeləşdirilmiş qazların
nəqlində, yüklənməsində və boşaldılmasında xüsusi tələblər


9.5.1 Yanar (tezalışan) yüklərin nəqli
9.5.1.1 Yanar (tezalışan) yüklər-benzin, kerosin, liqroin, metanol, texniki spirt, dixloretan və s. avtosisternlərdən və ya metal çəlləklərdə nəql edilir. Başqa qablarda (şüşə qablarda, vedrələrdə və s.) yanar yükləri nəql etmək qadağandır.
9.5.1.2 Yanar yüklərin daşınması və saxlanılmasında istifadə olunan tutumlar saz və germetik olmalıdır.
9.5.1.3 Bu məqsəd üçün istifadə olunan sisternlərin və tutumların üzərində silinməyən açıq rənglə “Zəhərli maddə”, “Oddan təhlükəlidir” və yanar məhlullar üçün qəbul olunmuş başqa xəbərdaredici işarələr yazılmalıdır.
9.5.1.4 Yanar yüklərin doldurulması və boşaldılması zamanı siqaret çəkmək və oddan istifadə etmək qadağandır.
9.5.1.5 Partlayış təhlükəli, tezalışan və zəhərli yüklərin doldurulması və boşaldılması işinə, həmin yüklərin xüsusiyyəti və təhlükəliliyi haqqında xüsusi təlim keçmiş fəhlələr buraxılır.
9.5.1.6 Yanar və tezalışan maddə ilə dolu olan çəlləklərin doldurulması və boşaldılması, sınanmış maili yığılan tirlər və ya başqa təhlükəsiz qurğular ilə aparılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə