Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Yanacaqdoldurma məntəqələrinə olan tələblər



Yüklə 2,46 Mb.
səhifə153/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   149   150   151   152   153   154   155   156   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

9.2 Yanacaqdoldurma məntəqələrinə olan tələblər


9.2.1 Yanacaqdoldurma məntəqəsnin ərazisi planlaşdırılmalı, abadlaş-dırılmalı, daima təmiz saxlanılmalı, sutkanın qaranlıq vaxtı işıqlandırılmalıdır.
9.2.2 Yanacaqdoldurma məntəqəsnin ərazisində ağac və kolların əkilməsinə icazə verilməməlidir. Qazonlar vaxtaşırı biçilməlidir, biçilən ot ərazidən kənara çıxarılmalıdır.
9.2.3 Yanacaqdoldurma məntəqəsnin bina və qurğuları arasında yollar və keçidlər boş saxlanılmalı, qış aylarında qar və buzdan təmizlənməlidir. Su mənbəyinə və ilkin yanğınsöndürmə vasitələri saxlanılan yerlərə giriş yolları boş olmalıdır.
9.2.4 İstifadə olunmuş silgi materialları və neft məhsullarına bulaşmış qum qapağı kip bağlanan yeşiklərdə saxlanılmalıdır. Bu yeşiklər zibil toplanılan yerdə saxlanılmalı və üzərində müvafiq yazısı olmalıdır. Zibil, silgi materialları və qum həftədə bir dəfədən az olmayaraq YDM-in ərazisindən çıxarılmalıdır.
9.2.5 YDM-in ərazisinin girişində avtonəqliyyatın hərəkət sxemi asılmalıdır. Məntəqəyə girən və çıxan avtonəqliyyat vasitələrinin hərəkət marşrutları kəsişməməlidir.
9.2.6 YDM-in ərazisində siqaret çəkmək qadağandır. Məntəqədə olan xidməti binalarda, yaxşı görünən yerlərdə təxliyyə yollarıının sxemi asılmalıdır. Sxemdə yanğınsöndürmə və yanğın siqnalizasiya vasitələrinin yerləri göstərilməlidir və izahat yazıları olmalıdır.
9.2.7 İşçilərin xüsusi geyimləri yanmayan dolablarda, asılmış vəziyyətdə saxlanılmalıdır.
9.2.8 YDM ildırımdan muhafizə sistemi ilə təchiz edilməlidir və onların vəziyyətinə mütəmadi nəzarət aparılmalıdır. İldırımdan mühafizə sisteminin yoxlamasının və onun yerləbirləşdirmə qurğusunun sınağının nəticələri ildırımdan mühafizə sisteminin təmir işlərinin qeydiyyatı jurnalında yazılmalıdır.
9.2.9 YDM səyyar və əl odsürənləri ilə (hava-köpüklü) təchiz olunmalıdır. Onların sayı YDM-in ərazisində dağılmış benzinin səthini köpüklə tam örtülməsini nəzərə alınmaqla hesablanmalıdır. Bunula yanaşı, çənlərin armaturlarının, elektrik idarəetmə pultların söndürülməsi üçün karbon qazlı və tozlu odsöndürənlər nəzərdə tutulmalıdır.
9.2.10 YDM aşağıdakı hesabla ilkin yanğınsöndürmə vasitələri təchiz edilməlidir:
- minik avtomobililləri üçün yanacaq doldurma meydançasında -1 ədəd hava-köpüklü odsöndürən (həcmi 10 l) və 1 ədəd tozlu odsöndürənlə (həcmi 5 l);
-yük maşınları, avtobus və iriqabaritli tikinti texnikası üçün yanacaq doldurma meydançasında-2 ədəd səyyar tozlu odsöndürən (hər birinin həcmi 50 l-dən az olmayan) və 1 ədəd hava-köpüklü odsöndürən (həcmi 10 l).

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə