Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Oksigen və başqa sıxılmış və mayeləşdirilmiş qaz balonları xüsusi avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələri ilə nəql olunmalıdır. 9.5.2.10



Yüklə 2,46 Mb.
səhifə160/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   156   157   158   159   160   161   162   163   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

9.5.2.9 Oksigen və başqa sıxılmış və mayeləşdirilmiş qaz balonları xüsusi avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələri ilə nəql olunmalıdır.
9.5.2.10 Oksigen balonunun saxlanması və naqili zamanı onun üstünü yağın düşməsi və yağlı maddəyə bulaşmış avadanlığa əskiyə və s. toxunması istina edilməlidir.
9.5.2.11 Oksigen balonlarını yanar qazlar və xlor balonları ilə, kalsium karbid barabanları, piy, yağ, asan alışan və yanar maye tutumları ilə birgə daşımaq qadağandır.
9.5.2.12 Oksigen balonuna kant çəkilən zaman ventildən əl tutmaq qadağandır.
9.5.2.13 Avtomobili müşaiət edən yükləyicinin sıxılmış qaz balonlarını daşımaq hüququ verən sənədləri olmalıdır. Balonları yükləyərkən və boşaldarkən onları tullamaq və yaxud bir-birinə zərbə ilə dəyməsinə yol vermək olmaz.
9.5.2.14 Avtomobilin kuzovuna bir cərgədən artıq balonlar yığılarsa,onların bir-birinə toxunmasının qarşısını almaq üçün xüsusi qoruyucu altlıqlardan (çökəkli) istifadə etmək lazımdır.
9.5.2.15 İlin isti fəslində (aylarında) balonları günəş şüalarından qorumaq üçün, onların üstünə brezent və ya başqa qoruyucu material örtmək lazımdır.

BÖLMƏ X
Kimya sənayesi müəssisələrinin istismarı zamanı
yanğın təhlükəsizliyi qaydaları
10.1 Laboratoriyalar və təcrübə qurğuları


10.1.1 Zavod və sex laboratoriyaları
10.1.1.1 Laboratoriya əməkdaşı kimyəvi maddə və materialın yanğın təhlükəlilik dərəcəsini bilməli və təhlükəsizlik qaydalarına əməl etməlidir.
Laboratoriyada saxlanılan maddə və materiallar ciddi çeşidlənməlidir. Qarşılıqlı kimyəvi təsirə məruz qalmaqla yanğın və partlayış əmələ gətirə biləcək maddələrin birgə saxlanılması yolverilməzdir.
10.1.1.2 Laboratoriyada mebel və avadanlıqlar elə yerləşdirilməlidir ki, insanların köçürülməsi zamanı maneçilik yaranmasın.Mebel və avadanlıqlar arası keçidin eni 1 metrdən az olmamalıdır.
10. 1.1.3 Yanğın və partlayış təhlükəli maddələrlə iş üçün nəzərdə tutulan stol və sorucu şkaf saz olmaqla, yanmaya davamlı örtüklə, turşu, qələvi və kimyəvi aktiv maddələrin təsirinə dözümlü vasitələrlə təchiz olunmalıdır.
10.1.1.4 Asanalışan və yanar mayelər təlimata əsaslanan qab və tutumlarda saxlanılmalıdır. Şüşə bankalar, kənarları və dibi azbest örtüklə təchiz edilmiş xüsusi metal yeşiklərdə yerləşdirilməli və kip qapanan qapaqla bağlanmalıdır. Qapağın iç tərəfində yanar yaxud asanalışan mayenin adı və saxlandığı otağa uyğun mümkün ümumi saxlama müddəti haqqında dəqiq qeydiyyat aparılmalıdır

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə