Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Mədən - geofiziki işlərinə olan tələblər



Yüklə 2,46 Mb.
səhifə86/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   82   83   84   85   86   87   88   89   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.3 Mədən - geofiziki işlərinə olan tələblər


5.3.1 Mədən - geofiziki işləri qüvvədə olan partlayış işlərinin təhlükəsiz aparılmasının Vahid Qaydalarına və əməyin mühafizəsi üzrə rəhbər - normativ sənədlərə riayət edilməklə aparılmalıdır.
5.3.2 Quyunun mədən - geofiziki işlərinə hazırlığı sifarişçinin məsul nümayəndələri və geofiziki partiyanın (dəstənin) rəisi tərəfindən tərtib edilmiş aktla qanuniləşdirilir (rəsmiləşdirilir).
Quyunun hazırlıq aktı geofiziki partiyanın (dəstənin) rəisinə təqdim edildikdən sonra işə başlanılmalıdır.
5.3.3 Geofiziki partiya (dəstənin) üzrə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə cavabdeh şəxs partiyanın rəisidir.
5.3.4 Mədən - geofiziki işlərində gərginliyi 380 V-dan çox olan elektrik şəbəkəsindən istifadə edilməsi qadağandır.
5.3.5 İldırım çaxan zaman və eyni zamanda qaz təzahürü və udma baş verən quyularda mədən-geofiziki işlərinin aparılması qadağandır.
5.3.6 Mədən - geofiziki işlərin aparılmasından əvvəl mütləq elektrik avadanlığının izolyasiyasının, qazma qurğusunun və ya quyunun qoruyucu yerləbirləşdirici qurğusunun sazlığı yoxlanılmalıdır. Quyunun və qida mənbəyinin (geofiziki cərəyan qəbuledicilər birləşmiş) yerləbirləşdirmə qurğuları arasında mütləq etibarlı polad əlaqə olmalıdır.
5.3.7 Mədən - geofiziki avadanlığını güc və ya işıqlandırma şəbəkəsinə qoşmaq üçün quyunun yanında daimi yerləbirləşdirici kontaktı olan ştepsel razetkası olmalıdır (açıq yerdə quraşdırılmağa yararlı icrada).
5.3.8 İşçi meydançada quraşdırıldıqdan sonra quyuda işlər tam qurtarana qədər karotaj qaldırıcısı və laboratoriya yerləbirləşdirilməlidir. Yerləbirləşdirmə, karotaj qaldırıcısından və laboratoriyadan ayrı-ayrılıqda gələn yerləbirləşdirici naqilləri quyunun yerləbirləşdirmə qurğusuna bərkidilməklə həyata keçirilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə