Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə83/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   79   80   81   82   83   84   85   86   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.9.7 Qəzanın ləğvi üzrə rəhbər müəssisənin əmri ilə, qəzanın miqyasından asılı olaraq, müəssisə və ya obyektin rəhbər işçiləri sırasından təyin olunur.
4.9.8 Qəzanın ləğvi üzrə rəhbər qərargah yaratmalı, ÇƏP-na uyğun qüvvə və vəsaitlərin cəlb olunmasını təşkil etməli, qəza zamanı zərərçəkənlər barədə, qəzanın ləğvi üzrə görülən işlər barədə, qəzanın nəticələri(partlayış, yanğın, zəhərlənmə) haqqında müəssisə, obyekt(sex) rəislərini məlumatlandırmalı və qarşılarına konkret vəzifələr qoymalıdır.
Cəlb olunmuş bölmə rəhbərləri oqnların bölmələrinə həvalə olunmuş işlərin məsul icraçılarıdır.
4.9.9 Obyektdə işə fəaliyyəti üçün normal şərait yarandıqdan sonra qəza vəziyyəti ləğv oluna bilər.
4.9.10 Obektdə baş vermiş hər bir qəza və ya yanğın hadisəsi üzrə təhqiqat aparılmalı, baş vermə səbəbləri araşdırılmalı, profilaktik tədbirlərin işlənib hazırlanması üçün komissiya yaradılmalıdır. Komissiyanın işinin nəticələri aktlaşdırılmalı və bu akt üzrə müəssisə rəhbəri müvafiq qərar qəbul etməlidir.


BÖLMƏ V. Dəniz neft-qaz-mədən obyektlərinin tikintisi
və istismarı zamanı yanğın təhlükəsizliyi tələbləri
5.1 Ümumi tələblər


5.1.1 Dəniz neft-qaz sənayesi obyektlərinin tikintisi zamanı tikinti təşkilatı, işə başlamamışdan əvvəl ehtimal olunan yanğınların qarşısının alınması üzrə təlimat işləyib hazırlanmalıdır.
Tikinti, yenidən qurma, genişlənmə işləri fəaliyyətdə olan obyektin ərazində aparılırsa, həmin təlimat obyektin rəhbərliyi ilə razılaşdırılmalıdır.
5.1.2 Obyektin tikintisi və yenidən qurulmasından əvvəl, tikinti meydançasında layihəyə uyğun olaraq, mövcud və yeni tikilən binaların və ya yeni tikilən binalarla müvəqqəti bina və tikililərin arasındakı yanğına qarşı ara məsafədə olan bütün bina və qurğular sökülməlidir.
5.1.3 Bina və tikililərin yenidən qurulması, sökülməsi, başqa yerə aparılması və artırılması ilə əlaqədar onları bütün kommunikasiyalardan ayırmaq lazımdır (o cümlədən elektrik, qaz, su və s. xətlərdən).
5.1.4 Bütün tikilən bina və tikililərin, o cümlədən, müvəqqəti tikililərin, giriş yollarının boş olması təmin olunmalıdır. Tikilən binalara yollar əsas tikinti işlərinin baslanmasına qədər çəkilməlidir.
Yanğın avadanlığının və inventarının, rabitə vasitələrinin ətrafının və onlara gedən yolların, keçidlərin qalaqlanması qadağandır.
5.1.5 Tikintinin köməkçi obyektləri (müvəqqəti məişət otaqları, anbarlar, elektrik-qaz qaynaq emalatxanaları və s.) yanğın təhlükəsizliyi tələblərini nəzərə almaqla işlənilmiş və təsdiq olunmuş baş plana uyğun yerləşdirilməlidir.
5.1.6 Tikinti meydançasını və tikilən binanı (tikililəri) həmişə təmiz saxlamaq lazımdır. Tullantılar (meşə materiallarının qırıntısı, ovuntusu və s.) hər gün iş yerlərindən və tikinti ərazisindən yığışdırılaraq xüsusi ayrılmış yerlərə yığılmalıdır.
5.1.7 Tikinti ərazisində siqaret çəkməyə yalnız xüsusi ayrılmış və yanğın söndürmə vasitələri, zibil qutuları, qum yeşikləri və içərisi su ilə dolu çəlləklərlə təmin olunmuş yerlərdə icazə verilir. Burada qüvvədə olan QOST -a uyğun olaraq müvafiq təhlükəsizlik nişanı olmalıdır.
5.1.8 Yanan material və yanar mayelər saxlanılan və onlarla iş görülən tikinti sahələrində və otaqlarda, görünən yerlərdə müvafiq yanğın təhlükəsizliyi plakatları asılmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə