Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Doldurma-boşaltma estakadalarının və körpülərin təmiri



Yüklə 2,46 Mb.
səhifə81/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   77   78   79   80   81   82   83   84   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.8 Doldurma-boşaltma estakadalarının və körpülərin təmiri


4.8.1 Odlu işlər aparılan yerlərin yaxınlığındakı metal konstruksiya meydançaları, binaların konstruktiv elementləri bu qaydaların «Yanar materiallardan təmizlənməli zonanın minimal radiusu»nda Cədvəl 1 verilən qiymətlərə uyğun təmizlənməlidir.
4.8.2 Təmir işlərinə başlamazdan əvvəl bütün doldurma-boşaltma əməliyyatları dayandırılmalı, dəmiryol estakadalarının ərazisindən vaqon-sisternlər çıxarıl­malı, neftdaşıyan gəmi pirsdən uzaqlaşdırılmalıdır.
4.8.3 Doldurma-boşaltma estakadaları, dəmir yolları, doldurma dirəkləri, boru kəmərlərinin səthi, boşaltma kollektorları, sənaye kanalizasiyasının qanovları mazutdan və dağılmış neft qalığından odlu işlərin aparıldığı yerdən 20 m radiusda təmizlənməli və su ilə (su ilə köpükəmələgətirici məhlullarla və yaxud texniki yuyucu vasitələrlə) yuyulmalıdır. AAM, YM və digər neft məhsulları dağılan yerlərin üzərinə təmizləndikdən sonra quru qum tökülməli və yaxud həmin yerlər köpük təbəqəsi ilə örtülməlidir.
4.8.4 Odlu işlər aparılan yerdən 20 metrə qədər məsafədə yerləşən baxış və boşaltma quyularının, qanovlardan çıxışların, sənaye kanalizasiya sisteminin hidravlik sürgülərinin və boş tutumların havası dəyişdirilməli və germetik­ləşdirilməlidir (qapaqla kip bağlanmalı, üzərinə 10 sm-dən az olmayan qalınlıqda qum və yaxud torpaq tökülməlidir).
4.8.5 Təmizlənməsi çətin olan yerlər köpüklə doldurulmalı və yaxud yanmayan materiallarla izolə olunmalıdırlar.
4.8.6 Neft və digər yanar maddələrə bulaşmış səyyar qanovlar və rezin şlanqlar odlu işlər aparıldığı yerdən 20m-dən az olmayan məsafəyə aparılmalıdır.


4.9 Qəzaların və yanğınların ləğvi


4.9.1 Magistral nef kəmərlərinin bütün yanğın-partlayış təhlükəli obyektləri (sexləri) üçün, eləcədə ümummüəssisə üzrə mümkün qəzaların ləğvi planı (QLP), yanğınların söndürülməsi planı (YSP) və çevik əməliyyat planı (ÇƏP) işlənib hazırlanmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə