Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Çənin buxara verilməsi zamanı su buxarının temperaturu neftin öz-özünə alışma temperaturunun 80%-dən yüksək olmamalıdır. 4.7.9



Yüklə 2,46 Mb.
səhifə80/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   76   77   78   79   80   81   82   83   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.7.8 Çənin buxara verilməsi zamanı su buxarının temperaturu neftin öz-özünə alışma temperaturunun 80%-dən yüksək olmamalıdır.
4.7.9 Çənlərin və texnoloji avadanlıqların məcburi ventilyasiyası partlayışdan mühafizəli ventilyatorlarla yerinə yetirilməlidir. Çənin təbii üsulla ventilyasiyası qaz fəzasında buxarın qatılığı 2q/m3-dan çox olduqda çənin yuxarı lyuklarından, deflektor quraşdırmaqla həyata keçirilməlidir.
4.7.10 Təbii ventilyasiya yaratmaq üçün çənin birinci yarusunda giriş lyukunun açılmasına çəndə neft buxarlarının qatılığının buraxılan yuxarı həddi QBYH (qatılığın buraxılan yuxarı həddi) 2,1 q/m 3 –dən yuxarı olmadığı halda icazə verilir.
Küləyin sürəti 1m/san-dən az olduqda lyukların açılması və çənin deqazasiya­sının aparılması (təbii və məcburi ventilyasiyası) qadağandır.
4.7.11 Çənlərin neftlə, su ilə və müvafiq yuyucu vasitələrlə təmizlənməsində RD "İnstruküiə po pojarovzrıvobezopasnoy texnoloqii oçistki neftənıx rezervuarov" sənədinin tələbləri rəhbər tutulmalıdır.
4.7.12 Məcburi ventilyasiya zamanı neft buxarları çəndən atmosferə çənin damında, işıq lyuklarında quraşdırılan, hündürlüyü 2 m-dən az olmayan qaz boruları vasitəsi ilə atılmalıdır. Qaz borularının diametri lyukların diametrinə uyğun olmalıdır.
4.7.13 Çənlərin üfürülməsi zamanı oradan atılan buxar-hava qarışığının absorberlərə və digər neft buxarları tutan aparatlara yönəldilməsi məqsə­dəuyğundur.
4.7.14 Əks klapan olmadığı halda ventilyatorun işinin dayandırılması zamanı hava borusunda tıxac quraşdırılmalıdır.
4.7.15 Deqazasiya prosesi başa çatdıqdan sonra buxar-hava qarışığının qatılığı partlayışdan mühafizəli qazanalizatorlarla ölçülməlidir. Analiz üçün buxar-hava qarışığının nümunəsi çənin aşağı hissəsindən, divardan 2m məsafədən və çənin dibindən 0,1 m yuxarıdan götürülməlidir.
Üzən qapaqlı çənlrədən analiz üçün hava nümunəsi qapağın alt və üst fəzasından, çənin divarından 2 m məsafədən və dibindən 0,1 m yuxarıdan götürülməlidir, bununla yanaşı hava nümunəsi üzən qapaq quraşdırılan qutudan da götürülməlidir.
4.7.16 Pirofor çöküntülərdən təmizlənməzdən əvvəl çənlər buxarla ilə doldurulmalıdır. Buxara verildikdən sonra çənlər ağzına qədər su ilə doldurul­malıdır. Pirofor çöküntülərin oksidləşməsi reaksiyası tədricən keçməsi üçün suyun səviyyəsi yavaş-yavaş, 0,5-1,0 m/saatda artıq olmayan sürətlə azaldılmalıdır. Çənin su ilə doldurulması mümkün olmadığı hallarda, pirofor çöküntülərin təmizlənməsi zamanı çənin daxili səthi su ilə isladılmalıdır ki, təmizləmə işlərinin axırına qədər çöküntülər nəm vəziyyətdə olsun.
4.7.17 Çənin təmizlənməsi zamanı yığılmış pirofor çöküntülər daima nəm vəziyyətdə saxlanılmalı və müəssisənin ərazisindən kənara, yerli hakimiyyət orqanları ilə və yanğından mühafizə xidməti ilə razılaşdırılmış yerə aparılmalıdır.
Çənlərin təmizlənməsində və avadanlıqların quraşdırılmasında istifadə olunan alətlər qığılcım əmələ gətirməyən materiallardan olmalıdır. Tətbiq olunan elektrik avadanlıqları PUG-nin tələblərinə uyğun olaraq partlayışdan mühafizəli olmalıdırlar.
4.7.18 Təmizlənmiş çənlərdə odlu işlərin aparılmasından əvvəl aşağıdakı tədbirlər görülməlidir:
- təmir olunacaq çənlə yaxınlıqda yerləşən çənlərə neftin doldurulması-boşaldılması əməliyyatları dayandırılmalı və təmir işləri başa çatana qədər aparılmamalıdır;
- qonşu çənlərin damında quraşdırılan avadanlıqlar maksimal dərəcədə hermetikləşdirilməlidir;
- qoruyucu hidravlik klapanlarda yağın səviyyəsi yoxlanılmalı, lazım gəldikdə əlavə olunmalıdır;
- təmir olunan çənin yaxınlığında (40 m-dən yaxın məsafədə) yerləşən çənlərin və boru kəmərlərinin siyirtmələri, su kranları, kanalizasiya nohurları və siyirtmələrin qovşaqları keçə parça ilə örtülməlidir, isti hava şəraitində isə su ilə isladılmalıdır;
- elektrik qaynaq işləri aparılan yerlər qığılcımın hər tərəfə uçmasının qarşısını almaq üçün asbest, metal və digər yanmayan, ölçüsü 1x2m olan lövhələrlə hasarlanmalıdır.
4.7.19 Odlu işlərə bahşlamazdan əvvəl, hər fasilədən sonra və iş aparılan zaman vaxtaşırı olaraq (2 saatda 1 dəfə) çənin daxilində və çənin bəndində hava mühitinin analizi aparılmalıdır.
4.7.20 Küləyin istiqaməti fəaliyyətdə olan çənlərdən təmir olunan çənə tərəf olduqda, külək əsən tərəfdən hər 2 saatdan bir hava nümunəsi götürülməli və neft buxarının qatılığı ölçülməlidir. Hava nümunəsində neft buxarlarının qatılığı normadan yüksək olduqda odlu işlər dərhal dayandırılmalıdır.
4.7.21 Çənlərin təmizlənməsi və odlu işlərin aparılması zamanı çənin bəndinin yanında yanğın texnikası quraşdırılmalıdır: su və köpükəmələgətirici maddə ehtiyatı olan avtosistern, ilkin yanğınsöndürmə vasitələri (odsöndürənlər, bel, koşma, qum ehtiyyatı), yanğından mühafizə xidmətinin əməkdaşlarından növbə yaradılmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə