Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Magistral neft kəmərlərində təmir işlərinə olan



Yüklə 2,46 Mb.
səhifə78/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   74   75   76   77   78   79   80   81   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.6 Magistral neft kəmərlərində təmir işlərinə olan
yanğın təhlükəsizliyi tələbləri


4.6.1 Magistral neft kəmərlərinin xətti hissəsində təmir işləri yerinə yetirilərkən «Maqistral neft kəmərlərində texniki təhlükəsizlik Qaydaları»nın (Bakı, 2010) tələblərinə riayət olunmalıdır.
4.6.2 Neft kəmərlərində zədə və yaxud neft sızması aşkar edildikdə ilk növbədə işçilərin mümkün yanğın və partlayışdan mühafizəsi təşkil olunmalı, neftin axıb ətrafa yayılmasına qarşı tədbirlər görülməlidir. Bəndlərin quraşdırılması çökək yerdən, yaşayış məntəqələri, su hövzələri, yollar, meşəlik tərəfdən başlanmalıdır.
Torpaq neft yığım anbarı təmir çalasından 100m-dən az olmayan məsafədə yerləşməlidir (havanın temperaturu 100 C-dən aşağı olduqda bu məsafəni 50 m-ə qədər azaldılmasına icazə verilir)
4.6.3 Neftin torpaq neft yığım anbarından axmasının qarşısını almaq üçün neft oraya anbarın bəndinin ağzından 50 sm aşağı səviyəyə qədər doldurulmalıdır. Nefti torpaq yığım anbarına şırnaqla, yuxarıdan aşağı doldurmaq qadağandır.
4.6.4 Neft yığım anbarının ətrafı boyu, küləkdöyən istiqamətdə neft buxarlarının qatılığı saatda 1 dəfə ölçülməlidir. Təmir olunan sahəyə tərəf buxar-qaz buludu yayıldıqda işlər dərhal dayandırılmalı və torpaq neft yığım anbarında neftin buxarlanmasına qarşı tədbirlər görülməlidir (neftin səthi köpük təbəqəsi ilə, neftin buxarlanmasını çətinləşdirən emulsiya ilə örtülməli; neft başqa, təmir işləri aparılan yerdən uzaqda yerləşən neft yığım anbarına vurulmalıdır) və yaxud həmin sahədə neft buxarlarının seyrəldilməsi üzrə tədbirlər görülməlidir.
4.6.5 Qəza zamanı istifadə olunan avtomobillər, maşınlar, mexanizmlər, rabitə vasitələri, həmçinin iş zamanı istifadə olunmayan texniki vasitələr torpaq neft yığım anbarından, neft dağılan və yaxud təmir olunan sahədən 100 m-dən az olmayan məsafədə, küləkdöyən tərəfdə saxlanılmalıdır.
Neftdən azad olunmuş, lakin izafi təzyiq altında olan neft buxarları ilə dolu olan neft kəmərinin bir hissəsinin kəsilməsi zamanı işçi çaladan, iş başlayandan boruların ucları germetikləşdirilənə qədər, neft buxarlarının ləğv edilməsi üzrə tədbirlər görülməlidir.
4.6.6 Odlu işlərin aparılması yalnız icazə-buraxılış vərəqəsinə əsasən yerinə yetirilməlidir. Neft kəmərlərində quraşdırılan germetikləşdirici avadanlıqlar təmir olunan sahənin germetikliyi tam təmin etməlidir.
Neft kəmərinin təmir olunan hissəsinin germetikləşdirilməsindən sonra işçi çala və neft kəmərinin səthi neft qalığından və yanar materiallardan təmizlən­məlidir. Odlu işlərə başlamazdan əvvəl neft buxarlarının qatılığı ölçülməlidir. İşçi çalada qazların qatılığı yol verilə bilən həddən (0,3 q/m3) yüksək olduqda çalanın havası təbii yolla və yaxud daşınma sərinkeşlərlə dəyişdirilməlidir.
4.6.7 İşləməyən (təmir olunan) boru kəmərlərində qaynaq işlərinin aparılmasına o zaman icazə verilir ki, işçi çaladan götürülən hava nümunəsində yanar qaz və buxarların qatılığı normadan yüksək olmasın, boru kəmərlərində (kipləşdirici avadanlıqların arasında) və çalada neftin və onun bərk qalıqlarının olmamasına əmin olduqda və odlu işlər aparılan yerdə yanar qaz və buxarların daxil olma etimalı mümkün olmadıqda.
4.6.8 Yanğın təhlükəsizliyinin təmin olunması üçün boru kəmərlərinin qabaqçadan təmizlənməsi ilə yanaşı, digər üsullardan da, SİTG və DMND Agentliyinin orqanları ilə razılaşdırılmış təlimatların tələblərinə riayət edilməsi şərti ilə istifadəsinə icazə verilir: hava-mexaniki köpüklərdən (mexaniki qaz köpükləri), fleqmatizasiya xassəli qazlardan (azot, arqon, aerozol tərkiblər və s.).
4.6.9 Borunun divarı ilə kipləşdirici qurğu arasında neftin sızması və yaxud işçi zonanın havasında neft buxarları aşkar olduqda odlu işlər dərhal dayandırılmalı, mexanizmlər tıxaclanmalı, elektrik qurğularında gərginlik kəsilməli, bütün işlər dayandırılmalı işçilər təzhlükəli zonadan çıxarılmalıdırlar. Qazlanma zonası küləyin istiqaməti göstərilməklə təhlükəsizlik nişanları ilə əhatə olunmalı və qazlanmanın aradan ləğv olunması üzrə tədbirlər görülməlidir.
4.6.10 Yalnız neft sızmasının və qazlanmanın səbəbləri aradan qaldırıldıqdan sonra işlər davam etdirilə bilər. Bu zaman havada neft buxarlarının miqdarı normadan yüksək olmamalıdır.
4.6.11 Səyyar elektrik stansiyaların gövdəsi yerlə birləşdirilməlidir. Yerlə birləşdirmə qurğusunun müqaviməti 25 Om-dan yüksək olmamalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə