FaküLTƏ;NƏQLİyyat və logiSTİka fəNN;NƏQLİyyat müHƏRRİKLƏRİ qrup;101A2 MÜƏLLİM;Zİyafət kəRİmov təLƏBƏ;tural hüseynli



Yüklə 5,69 Kb.
tarix24.12.2023
ölçüsü5,69 Kb.
#159967
Tural Hüseynli NM sərbəst iş

FAKÜLTƏ;NƏQLİYYAT VƏ LOGİSTİKA FƏNN;NƏQLİYYAT MÜHƏRRİKLƏRİ QRUP;101A2 MÜƏLLİM;ZİYAFƏT KƏRİMOV TƏLƏBƏ;TURAL HÜSEYNLİ


Sorma (doldurma) prosesinin sonundakı təzyiq. Qalıq qazlar əmsalı. Sorma (doldurma) prosesinin sonundakı temperatur. Doldurma əmsalı
Sorma prosesinin sonundakı təzyiq
və temperaturun təyin
Sorma prosesi zamanı silindrdə qazların təzyiqi mütəmadi dəyişir və indikator
diaqramında sorma əyrisi dalğavari xarakter daşıyır.
Bunun başlıca səbəbi mühərrik işləyərkən klapanların en kəsik sahəsinin və
porşenin surətinin səyişməsidir. Bu dəyişmə də öz növbəsində silindrə sorulan yeni
yükün axma sürətinə və sorma yolunda qazodinamiki müqavimətə (təzyiqə) ciddi
təsir göstərir
Mühərrikin yük və sürət rejiminin dəyişməsi nəticəsində sorma yolunda və həm də
silindrdə dalğavari sorma prosesinin xarakteri dəyişir. Qazpaylama fazası da sorma
prosesinə ciddi təsir göstərir. Bütün yuxarıda deyilənlər anoloji olaraq çı-xarma
prosesinə də aid edilə bilər
Sorma və çıxarma proseslərində təzyiqin tərəddüd edən qiymətlərini ancaq yüksək
hissiyatlı vericilər (datçiklər) vasitəsilə mühərrikin indikator diaqramını yazmaqla
(çıxarmaqla) əldə etmək mümkündür.
Buna görə də sorma prosesinin sonundakı təzyiq dedikdə sorma prosesi ərzin-də
təzyiqin orta qiyməti nəzərdə tutulur.

Ətraf mühitin təzyiq və temperaturu

  • Üstəlik üfürməsiz mühərriklərdə silindrə daxil olan hava birbaşa atmosferdən sorulur. Ona görə də bu mühər-riklər üçün ətraf mühitin təzyiq və temperatu elə normal atmosfer şəraiti üçün qəbul olunur. Yəni, üstəlik üfürməsiz mühərriklərdə sorma prosesini hesabladıqda ətraf mühitin təzyiqi T0=293 K götürülür.

Ətraf mühitin təzyiq və temperaturu


Üstəlik üfürməli mühərriklərdə isə hava kompressorda sıxıldıqdan sonra silindrə daxil olduğuna görə bu mühərriklər üçün ətraf mühitin təzyiq və temperaturu kimi kompressordan sonrakı təzyiq (pk) və temperatur (Tk) qəbul edilir. Qeyd etmək lazımdır ki, bəzi hallarda kompressordan çıxan hava aralıq soyuducusunda soyudulduqdan sonra mühərrikin silindrinə verilir. Belə olduqda ətraf mühit parametrləri kimi aralıq soyuducusundan sonra yerləşdirilən resiverdəki təzyiq (ps) və temperatur (Ts) qəbul olunur
Sorma prosesinin sonundakı temperatur
Qalıq qazların təzyiq və temperaturu
Sorma (doldurma) prosesinin başlanğıcında mühərrikin silindrində yanma
kamerasında həmişə müəyyən miqdarda qalıq qazlar və ya yanma məhsulları qalır.
Bu qalıq qazlarını təzyiqi klapanların sayından və yerləşməsindən, sorma və xaric
sistemlərinin müqavimətindən, qazpaylama fazalarından, üstəlik üfürmə sistemindən,
mühərrikin sürətindən və yükündən, soyutma sistemindən və bir çox başqa
amillərdən asılı olaraq seçilir.

Doldurma əmsalı

  • Mühərrik işləyən zaman silindirə daxil olan havanın həqiqi miqdarı, silindirin işçi həcminin ətraf mühit şəraitində tuta biləcəyi havanın nəzəri miqdarından az olur. Bunu qiymətləndirmək üçün doldurma əmsalından istifadə olunur. Doldurma əmsalı dedikdə silindirə daxil olan havanın həqiqi miqdarının silindirin işçi həcminin ətraf mühit şəraitində ( P0 ,T0və ya Ps ,Ts ) silindirin tuta biləcəyi havanın nəzəri miqdarına nisbəti başa düşülür. Doldurma əmsalı ηH – la işarə olunur.

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM
Yüklə 5,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə