Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə21/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.5.6.9 İstehsalat və inzibati otaqlarda sobaların işə salınması müəssisənin əmri ilə təyin olunmuş, təlimatlandırılmış şəxs tərəfindən aparılmalıdır.
2.5.6.10 Sexlərdə, laboratoriyalarda və digər otaqlarda sobaların işə salınması müəssisə üzrə əmrlə təyin olunmuş şəxs tərəfindən aparılmalıdır.
2.5.6.11 Sobalı isidicilərin istismarı zamanı aşağıdakılar qadağandır:
-sobaların odluqlarının qarşısında yanacağın saxlanılması;
-sobaların alışdırılmasında benzin, kerosin, dizel yanacağı və digər TAM, YM- in istifadəsi;
-sobaların üstünə odunun, paltarların və digər tez alışan əşya və materialların qoyulması və qurudulması;
-sobanın qalanması üçün nəzərdə tutulmayan kömür, koks və ya qazdan istifadəsi;
-uzunluğu odluğun uzunluğundan böyük olan odun parçalarının istifadəsi;
-ventilyasiya və qaz kanallarından sobalarda baca kimi istifadəsi.
2.5.6.12 Sobaların qarşısındakı yanar şkafların üzərinə polad lövhə və ya ölçüsü 70x50 sm olan asbest parçası vurulmalıdır.
2.5.6.13 Sobaların qarşısında yığılan külün, şlakın və kömürün tikililərin ətrafına tökülməsinə icazə verilmir, onlar bu məqsəd üçün xüsusi ayrılmış yerlərə atılmalıdır.
2.5.6.14 Yanacaq (öz-özünə yana qabiliyyətinə malik kömür və torf) xüsusi otaqlarda və yaxud tikililərdən 8 m-dən az olmayan məsafədə, xüsusi ayrılmış meydançalarda saxlanılmalıdır.


Ventilyasiya
2.5.6.12 AAM və YM-lə işləyən aparat və kommunikasiyalar yerləşən bağlı otaqların hava mühitində yanar və partlayış təhlükəli qazların yığılması etimal olduqda ventilyasiya sisteminın normal işi təmin olunmalıdır.
2.5.6.13 A, Б, B istehsalat kateqoriyalı binaların, otaqların və ictimai binaların otaqlarında texnoloji havalandırma sistemləri istisna olmaqla, hava qızdırıcısının, hava kondensasiya və ventilyasiya sistemlərinin işinin avtomatik dayandırılması nəzərdə tutulmalıdır.
2.5.6.14 Ventilyasiya sisteminin texniki vəziyyətinə, saz vəziyyətdə saxlanılmaslna, istismarı zamanı yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına görə məsuliyyəti müəssisənin baş mexaniki (baş energetiki) və ya müəssisə rəhbərinin əmri ilə təyin olunmuş şəxs daşıyır.
2.5.6.15 Obyektin və sexin ventilyasiya qurğularının istismar qaydaları və yanğına qarşı iş rejimi işçi təlimatlara əsasən təyin olunmalıdır. Bu təlimatlarda (istehsalat şəraitinə uyğun) yanğın təhlükəsizliyi tədbirləri, hava borularının, süzgəclərin, odkəsici klapanların və digər avadanlıqların təmizləmə müddəti, yanğın və qəza zamanı xidməti heyətin hərəkət qaydaları öz əksini tapmalıdır.
2.5.6.16 Ventilyasiya sisteminin su süzgəclərinin, quru süzgəclərin, tozsoru­cularının və digər qurğularının nasazlığı səbəbəindən partlayış və yanğın baş verə bilən otaqlarda texnoloji avadanlığın işləməsinə icazə verilmir.
2.5.6.17 Ventilyasiya sistemindən partlayış-yanğın təhlükəli maddələri kənar­laşdıran (metal və ya bərk əşyaların ventilyatorlara düşməməsi üçün) sorucu qurğular qoruyucu torla və ya maqnit tutucularla təchiz olunmalıdır.
2.5.6.18 Yanar və partlayış təhlükəli maddələr olan istehsalat otaqlarında sorucu qurğuların metal hava vurucuları, boru xətləri, süzgəcləri və digər avadanlıqları yerlə birləşdirilməlidir.
2.5.6.19 Hava mühitində asan alışan və ya partlayış təhlükəli maddələrin (qazlar, buxarlar, toz-lar) yığılması etimalı olan otaqlarda ventilyatorun, tənzimləyicilərin və ventilyasiya sisteminin digər qurğularının konstruksiyası qığılcım verməyən materialdan hazırlanmalıdır.
2.5.6.20 Partlayış-yanğın təhlükəli otaqlarda quraşdırılan ventilyasiya sistemləri yanğın və qəzanın hadisələri üçün nəzərdə tutulan məsafədən idarə olunan işə salma və dayandırma qurğuları ilə təchiz olunmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə