Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Əlavə 15 İlkin yanğınsöndürmə vasitələrinin zəruri miqdarının təyini



Yüklə 2,46 Mb.
səhifə220/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   216   217   218   219   220   221   222   223   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Əlavə 15
İlkin yanğınsöndürmə vasitələrinin zəruri miqdarının təyini

1. İlkin yanğınsöndürmə vasitələrinin növü və miqdarının tə­yini zamanı yanar maddələrin yanğın təhlükəliliyi və fiziki-kim­yəvi xüsusiyyətləri, onların odsöndürücü maddələrlə qarşılıqlı tə­siri, istehsalat binalarının, xarici qurğuların avadanlıq, qurğu və ti­kililərin sahələri nəzərə alınmalıdır.


2. Texniki avadanlığın odsöndürücülərlə komp­lekt­ləş­di­ril­mə­si, bu avadanlığa texniki şərtlərə (pasport) və ya yanğın təh­lü­kə­sizliyi qaydalarına müvafiq şəkildə aparılmalıdır.
3. Xaricdə istehsal ounmuş avadanlıqların od­sön­dü­rü­cü­lər­lə komplektləşdirilməsi, onların ölkəyə gətirilməsi mü­qa­vi­lə­si­nə müvafiq şəkildə həyata keçirilir.
4. Odsöndürücülərin seçilməsi və zəruri sayının he­sab­lan­ma­sı onların odsöndürmə xüsusiyyətlərindən, söndürmə sahəsinin öl­çülərindən, İSO№3941-77 sənədinə müvafiq obyekt və ya bi­na­da­kı yanar maddə və materialların yanğın sinfindən asılı olaraq aparılır.
A sinfi - əsasən üzvi mənşəli və yanması közərmə ilə müşahidə edilən bərk maddələrin (ağac, tekstil, kağız və s.) yanması ilə yanğın.
B sinfi - yanar mayelərin və ya əriyən bərk maddələrin yanması ilə yanğın.
C sinfi- qaz yanğınları.
D sinfi- metal və onların ərintilərinin yanğınları.
E sinfi- elektrik qurğularının yanması ilə yanğınlar.
Odsöndürücünün tipinin seçilməsi (səyyar və ya əl ilə) mümkün yanma mənbələrinin ölçülərindən asılı olaraq seçilir.
5. Müvafiq temperatur həddlərində istifadə edilən odsön­dü­rücülərin seçilməsində iqlim şəraiti nəzərə alınmalıdır.
6. Kombinəli yanğın mənbələrinin ləğvi üçün universal od­söndürücü seçilməlidir.
7. Müxtəlif kateqoriyalı otaqların sahə ölçülərindən asılı ola­raq, odsöndürənlərin saya bir və iki cədvəllərinə əsasən müəy­yən edilir.
8. İctimai bina və tikililərin hər mərtəbəsində ən azı iki əl od­söndürücüləri yerləşdirilməlidir.
9. Sahəsi 100 m2-dən az olan D kateqoriyalı otaqlar od­sön­dü­rücülərlə təchiz olunmaya bilər.
10. Yanğın təhlükəliliyi üzrə eyni kateqoriyalı bir neçə ki­çik otaqların odsöndürücülərlə təchiz edilməsi bu otaqların ümumi sa­hələrinə uyğun, bu Əlavənin 14 bəndinə, 1 və 2 saylı cədvəllərə mü­vafiq surətdə yerinə yetirilir.
11. Müəssisədən doldurma üçün göndərilən odsön­dü­rü­cü­lər müvafiq sayda doluları ilə əvəz edilməlidirlər.
12. Elektron - hesablama maşınları, telefon stansiyaları, mu­zey və arxiv binaları üçün odsöndürücülərin seçilməsində od­sön­dürücü maddələrlə həmin otaqlardakı avadanlıq, məlumat, mal-materiallarla qarşılıqlı əlaqəsinin spesifik xüusiyyətləri nə­zə­rə alınmalıdır. Bu otaqlar, odsöndürücü maddələrin buraxıla bilən hədd miqdarı nəzərə alınmaqla, qazlı odsöndürücülərlə təchiz olun­malıdırlar.
13. Stasionar avtomatik yanğınsöndürmə qurğuları qu­raş­dı­rılmış otaqlar zəruri hesablanmış qiymətin 50% miqdarında ilkin yan­ğınsöndürməvasitələri ilə təchiz olunmalıdırlar.
14. Mümkün yanğın mənbələrindən odsöndürücülərin yer­ləş­diyi yerə qədər məsafə ictimai bina və tikililərdən 20 m, A, B, V kateqoriyalı otaqlarda 30 m, Q kateqoriyalı otaqlarda 40 m, D kateqoriyalı otaqlarda isə 70 m çox olmamalıdır.
Hər bir obyektdə ilkin yanğınsöndürmə vasitələrinin alınması, saxlanılması, təmiri və işə hazırlığına cavabdeh şəxs təyin edilməlidir.
İlkin yanğınsöndürmə vasitələrinin obyektdə mövcudluğu və vəziyyətləri xüsusi jurnalda qeyd edilməlidir. Obyektdəki hər bir odsöndürücünün gövdəsində ağ boya ilə sıra nömrəsi gös­tə­ril­mə­li, ona xüsusi pasport tərtib olunmalıdır.
15. Qış fəslində (havanın mənfi temperaturlarında) od­sön­dü­rücülər isidilən otaqlarda saxlanılmalıdırlar.
16. İlkin yanğınsöndürmə vasitələrinin dəhliz və ke­çid­lər­də yerləşdirilmə qaydası insanların təhlükəsiz köçürülməsinə ma­ne olmamalıdır. Onlar binadan çıxışa yaxın yerdə, 1,5 m çox ol­ma­yan hündürlükdə yerləşdirilməlidirlər.
17. Yanğına qarşı daxili su xətti avtomatik sistemləri ilə təc­hiz olunmamış istehsalat və anbar otaqlarında, ərazisində yan­ğı­na qarşı xarici su xətti olmayan müəssisələrdə və ya xarici tex­no­loji qurğuları və binaları xarici yanğın su mənbələrindən 100 m ar­tıq məsafədə yerləşən müəssisələrdə ilkin yanğınsmöndürmə va­sitələri, yanğın alət və inventarların yerləşdirilməsi üçün yanğın şit­ləri quraşdırılmalıdır. Yanğın şitləri cədvəl 4 müvafiq şəkildə ilkin yanğınsöndürmə vasitələri, yanğın alət və inventarları ilə komplekt­ləşdirilməlidir.
18. Şitin yanındakı su tutumu 200 litrdən az olmamalı, ved­rələrlə komplektləşdirilməlidir.
19. Şit yanında qum yeşikləri əsasən asan alışan və yanar ma­yelərin dağılma ehtimalı olan otaqlarda və açıq meydançalarda qo­yulur. A, B, V kateqoriyalı otaqlar və texnoloji xarici qurğuların hər 500 m2 üçün və D, Q kateqoriyaları üçün isə hər 1000 m2 sa­hə­yə 0,5 m3 qum ehtiyatı nəzərdə tutulmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə