Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Əlavə 20 Avtomatik yanğın siqnalizasiyası ilə təchiz olunmalı



Yüklə 2,46 Mb.
səhifə223/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   219   220   221   222   223   224   225   226   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Əlavə 20


Avtomatik yanğın siqnalizasiyası ilə təchiz olunmalı
neft sənayesi bina və tikililərin siyahısı
1. Qaz emalı zavodlarının həcmi 500m3 olan AAM vı YM nasosxanaları, məhsuldarlığı 1200m3/saat qədər olan neft və qazın mərkəzi yığılma məntəqəsində yerləşən nasosxanalar.
2. Qaz emalı zavodlarının yağregenerasiya qurğuları, qazın təzyiqinin azaldılması və ölçü məntəqəsi binaları.
3. Neft, AAM, YM və yanar qazların analizi laboratoriyaları.
4. AAM, YM və yanar qazların sahəsi 500m2 qədər qapalı anbarları.
5. Sahəsi 100m2 –dən 500m2 qədər olan rəngləmə otaqları.
6. Qazmotokompressorlu kompressor sttansiyalarının maşın zalları.


Əlavə 21
Avtomatik yanğın qurğusunun qəbul stansiyasına
yanğın haqqında siqnal daxil olarkən növbətçi xidməti
heyətinin hərəkət qaydaları üzrə nümunəvi təlimat

1. Stansiyadan “Həyəcan” və ya “Yanğın” siqnalı alan növbətçinin borcudur:


1.1 Siqnal vermiş yanğın xəbərvericisinin yerini müəyyənləşdirmək.
1.2 Dərhal “01” nömrəsi ilə yanğın təhlükəsizliyi xidmətinə zəng edərək, obyektin ünvanını, öz soyadını, nə yandığını xəbər vermək.
1.3 Şəxsən və ya növbətçi vasitəsilə yanğın xəbərcisinin işləməsinin səbəbini yerində aydınlaşdırmaq (yanğın, yanlış işləmə, enerjinin kəsilməsi və s.).
2. Yanğın zamanı:
2.1 İnsanlara yanğın haqqında xəbər vermək üşün mərkəzləşmiş xəbərvermə sistemi işə salmaq (xüsusi hallarda).
2.2 Könüllü yanğından mühafizə dəstəsinin üzvləri üçüntəhlükə siqnalı elan etmək, yanğın təhlükəsizliyi xidmətinə və obyektin rəhbərliyinə vəziyyət haqqında məlumat vermək.
2.3 Yanan otaqlardan, alovun və tüstünün təsirindən bilavasitə insanlara təhlükə yaranan qonşu otaqlaedan insanların köçürülməsini təmin etmək.
2.4 Yanan otaqlardan əmlak vəə maddi sərvətlərin köçürülməsini təşkil etmək.
2.5 Müvafiq otaqların ventilyasiya sisteminin söndürülməsi, köçürülmə yollarının qəza işıqlandırılmasının işə salınması məqsədilə müvafiq tədbirlər görmək üçün yanğın haqqında obyektin mühəndis xidmətinə xəbər vermək.
2.6 Yanğın mühafizə sistemi avadanlıqlarının (gücləndirici-nasoslar, pilləkən qəfəsindən və s.) işə düşüb-düşmədiklərini müəyyənləşdirmək, zəruri hallarda onları işə salmaq üçün ölçü götürmək.
3. Cihazın əsassız işə düşdüyü hallarda səhv xəbərverici quraşdırılmış binanın yanğın mühafizəsi üçün əlavə tədbirlər görülməli və bu barədə sistemə, texniki göstərən təşkilata xəbər verilməlidir.
4. Daxil olmuş siqnallar və görülmüş tədbirlər haqqında xüsusi jurnalında qeyd aparılmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə