Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə22/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   18   19   20   21   22   23   24   25   ...   244
Neft qaz yangin tehlukesizlik

2.5.5.13 
Neft vuran nasosun elektrik intiqalının qəza vəziyyəti üçün nəzərdə tutulan məsafə-
dən idarə olunan söndürmə sistemi olmalıdır. 
2.5.5.14
Elektrik mühərrikləri və onları işəsalma elektrik qurğuları partlayışdan mühafizəli 
icrada olmalıdır. 
2.5.6. İsitmə və ventilyasiya sistemi. 
2.5.6.1 
İsitmə qurğularının texniki vəziyyətinə, istismarına, vaxtı-vaxtında təmirinə üzrə mə-
suliyyəti müəssisənin baş energetiki (baş mexaniki), müəssisənin ayrı-ayri obyektlərində isə 
həmin obyektlərin rəhbərləri daşıyır.
2.5.6.2
Bloklu qurğular dəstinə daxil olan elektrik qızdırıcı cihazlardan başqa digər elektrik 
qızdırıcı cihazların istismarı, obyektin baş energetikinin yazılı icazəsi və FHN-nin Dövlət 
Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması olmadan qadağandır.
2.5.6.3 
İsitmə cihazlarının quraşdırılmasına, obyekt rəhbərinin müəssisənin yanğından müha-
fizə xidməti ilə yazılı razılaşdırılmasından, yanğın təhlükəsizliyi üzrə məsul şəxslərin təyin 
edilməsindən və yanğından mühafizə xidmətinin təklif etdiyi bütün tədbirlərin yerinə yetirilmə-
sindən sonra yol verilir.
PUG-85 sənədinin tələblərinə cavab verməyən müvəqqəti elektrik xətlərinin çəkilməsi
standarta uyğun olmayan qoruyucuların və zavod istehsalı olmayan elektrik qızdırıcı cihazların 
istifadəsi qadağandır. 
2.5.6.4
Binanın yanar konstruksiyalarından yanğına qarşı ara məsafəsi saxlanılmayan soba, 
qazanxana və digər qızdırıcı cihazların istismarına yol verilmir.
2.5.6.4
Avtomatika ilə təchiz olunmayan isidici sobaların və digər qızdırıcı cihazların istismarı 
zamanı onları nəzarətsiz qoymaq qadağandır.
2.5.6.5
Hava qızdırıcıları və isidici cihazlar, baxış və təmizlənmə zamanı onlara sərbəst 
yanaşmanı təmin edən qaydada yerləşdirilməlidirlər. 
Çoxlu miqdarda yanar tozlar ayrılan istehsalat otaqlarında qızdırıcı cihazların rahat təmizlən-
məsi üçün onların hamar səthləri olmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə