Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə20/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   16   17   18   19   20   21   22   23   ...   244
Neft qaz yangin tehlukesizlik

2.5.4.11
Çənlərdə neftin qızdırılmasına (müəyyən olunmuş hədlərdə) qızdırıcının üzəri maye ilə 0,5m az 
olmayaraq örtüldükdə yol verilir. 
2.5.4.12
Qatı neftin çənlərdə qızdırılmasına yalnız buxarla və su qızdırıcıları vasitəsilə xidməti heyətin 
daimi nəzarəti altında icazə verilir. 
2.5.4.13
Hər bir çənin və çən qrupunun çıxış xəttində, eləcədə də neft tutucusundan qabaqda və ondan 
sonra neft kanalizasiyası xəttində hidravlik sürgü qoyulmalıdır. 
2.5.4.14
İstismarda olan çənin qaynaq tikişlərində, gövdəsində və ya dibində çat əmələ gələrsə çən təcili 
olaraq boşaldılmalı və təmizlənməlidir. Neftlə dolu çənlərdə çatların qaynaq edilməsinə və döyəclənməsinə 
yol verilmir. 
2.5.4.15
Çənə baxışın keçirilməsi, nümunənin götürülməsi və mayenin səviyyəsinin ölçülməsi zamanı 
qığılcım əmələ gətirməyən alət və tərtibatlardan istifadə edilməlidir.
2.5.4.16 
Tərkibində kükürd birləşmələri olan neft saxlanılan çənlərdə öz-özünə alışan pirofor 
birləşmələri-nin təsirindən partlayış və yanğınların baş verə bilməsinin qarşısını almaq üçün müvafiq 
təlimatın tələblərinə əməl olunmalıdır. 
2.5.4.17
Neft çənlərinin ətrafındakı bəndlər daima saz vəziyyətdə saxlanılmalı və qüvvədə olan tikinti 
norma və qaydalarının tələblərinə cavab verməlidir. 
2.5.5 Asan alışan mayelərin (AAM) və yanar mayelərin (YM)
vurulması üçün nasosxanalar 
2.5.5.1 
Neftvurma nasos stansiyalarının istimsmarı qüvvədə olan qayda və normaların tələblə-
rinə əsasən aparılmalıdır. 
2.5.5.2
Nasosxanalar aşağıdakı tələblərə cavab verməlidir: 
- nasosxananın iki çıxışı olmalıdır; 
- pəncərə və qapılar xaricə açılmalıdır; 
- sorucu ventilyasiya sistemi olmalıdır; 
- döşəmələr, divarlar odadavamlı materialdan olmalı və təmiz saxlanılmalıdır. 
2.5.5.3
Nasosxanada açıq oddan istifadə etmək qadağandır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə