2.5.7.19
Yanacağın onun buxarlarının alışma temperaturundan yüksək temperatura qədər qız-
dırılması qadağandır.
2.5.7.20
Çəndə yanacağın səviyyəsi nasosun qəbuledici qol borusunun yerləşdiyi səviyyədən
100 mm-dən az olduqda, havanın odluğa daxil olaraq partlayış təhlükəli qarışıq yaratmaması
üçün çəndəki yanacaqdan istifadə etmək qadağandır.
2.5.7.21
Maye yanacağın yandırılması zamanı forsunkalardan axan yanacağın qazanxanın
döşəməsinə tökülmədən ötürülməsinə nəzarət olunmalıdır.
2.5.7.22
Rezin şlanqlardan yanacaq xətti kimi istifadə etmək qadağandır.
2.5.7.23
Yanacaqın qazanlara verilməsini dayandırmaq üçün maye yanacaq xəttində ən azı iki
bağlayıcı ventil (biri yanacaq bakının yanında, digəri forsunka-nın yanında) quraşdırılmalıdır.
2.5.7.24
Qaz xəttinin zədələnməsi, birləşmə yerlərində kipliyin pozulması və ya qazanxana
otağında qaz sızması baş verərsə, qaz xəttinin zədələnmiş sahəsi qaz daxıl olan tərəfdən sürgü-
lərlə bağlanmalıdır.
Kipliyin pozulması nəticəsində qaz xəttindən sızan qazın yayıldığı zonada görülən işlər dərhal
dayandırılmalı və qazın alovlanmasına səbəb ola bilən mənbələr ləğv olunmalıdır. Qazın
sızmasının ləğvi üzrə tədbirlər görüldükdən sonra qazanxana otağının havası dəyişdirilməlidir.
2.6 Yanğına qarşı su təchizatı
2.6.1
Yanğin avadanlıqlarına qoşulmuş su şəbəkəsi tələb olunan təzyiqi və yanğının söndü-
rülməsi üçün hesablanmış su sərfini təmin etməlidir. Xətdə suyun təzyiqi kifayət qədər
olmadıqda nasos-gücləndiricilər quraşdırılmalıdır. Yanğın hidrantları və ya kranları yerləşən
sahələrin su xəttində suyun müvəqqəti kəsilməsinə və şəbəkədə təzyiqin tələb olunan normadan
aşağı salınmasına yalnız FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verildikdən
sonra yol verilir.
2.6.2
Müəssisənin ərazisində və ya yaxınlığında təbii su mənbələri (çay, göl, nohur) olduqda,
onlara yanğın avtomobillərin rahat girişi (yaxınlaşması) üçün yollar və körpülər tikilməlidir.
2.6.3
Yanğın su çənlərinə, su hovuzlarına, su xətti şəbəkələrinə və hidrantlara, sprinkli,
nasoslu qurğulara, onların daimi hazır və saz vəziyyətdə olması üçün mütəmadi texniki nəzarət
təşkil olunmalıdır.
2.6.4
Su hovuzlarına, çənlərə, hidrantlara gedən yollar boş olmalıdır. Yanğın hidrantları
yerləşən yerdə, üzərində “YH” (yanğın hidrantı) yazısı olan, hidranta qədər olan məsafə(m), boru
xətlərinin daxili diametri (mm) qeyd olunan işıq lövhələri asılmalıdır.
Yanğın su hovuzu yerləşən yerdə üzərində “YSH” (yanğın su hovuzu) yazısı olan, su
ehtiyatının miqdarı (m
3
), su hovuzu sahələrində saxlanılan yanğın avtomobillərinin sayı işıq
göstərilən işıq lövhələri asılmalıdır.
2.6.5
Lyukların, quyuların, qaldırıcı yanğın hidrantlarının qapağı çirkdən, qış aylarında isə
buzdan və qardan təmizlənməli, dirəklərdən su boşaldılmalıdır. Qış aylarında yanğın
hidrantlarının donmaması üçün onlar müvafiq vasitələrlə isidilməlidir.
2.6.6
Yanğın hidrantlarına və yanğın kranlarına hər 6 aydan bir texniki xidmət göstərilməli, iş
vəziyyəti yoxlanılmalı və yoxlamanın nəticələri xüsusi jurnalda qeyd olunmalıdır.
2.6.7
Yanğın nasos stansiyalarında müəssisənin yanğına qarşı su təchizatının, sprinkler və
drençer qurğularının sxemləri və onların istismar təlimatları görünən yerlərdə asılmalıdır.
Siyirtmələrin və yanğın nasos-gücləndiricilərin təyinatını göstərən lövhələr nəzərdə
tutulmalıdır.
2.6.8
Müəssisənin su nasos stansiyasının bütün nasosları daima saz vəziyyətdə saxlanılmalı,
istifadəyə hazir olmalıdır, 10 gündə bir dəfədən az olmayaraq tələb olunan təzyiqə yoxlanılmalı
və bu barədə xüsusi jurnalda qeyd aparılmalıdır.
2.6.9
Yanğınaqarşı daxili su xətlərinin yanğın kranları, yanğın şlanqları və lülələri otaqlarda
quraşdırılmış divar şkaflarında saxlanılmalı, şkaflar möhürlənməlidir. Yanğın şlanqları quru
olmalı, səliqəli bükülməli, yanğın kranına və yaxud lüləsinə birləşdirilmiş vəziyyətdə
saxlanılmalıdır. Yanğın kranı şkafının qapısında “YK” (yanğın kranı) işarəsi, yanğın kranının
sıra nömrəsi və yanğın xidmətinin telefon nömrəsi yazılmalı.
Dostları ilə paylaş: |