Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


  Yanacağın onun buxarlarının alışma temperaturundan yüksək temperatura qədər qız- dırılması qadağandır. 2.5.7.20



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə28/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   24   25   26   27   28   29   30   31   ...   244
Neft qaz yangin tehlukesizlik

2.5.7.19 
Yanacağın onun buxarlarının alışma temperaturundan yüksək temperatura qədər qız-
dırılması qadağandır.
2.5.7.20
Çəndə yanacağın səviyyəsi nasosun qəbuledici qol borusunun yerləşdiyi səviyyədən 
100 mm-dən az olduqda, havanın odluğa daxil olaraq partlayış təhlükəli qarışıq yaratmaması 
üçün çəndəki yanacaqdan istifadə etmək qadağandır.
2.5.7.21 
Maye yanacağın yandırılması zamanı forsunkalardan axan yanacağın qazanxanın 
döşəməsinə tökülmədən ötürülməsinə nəzarət olunmalıdır.
2.5.7.22 
Rezin şlanqlardan yanacaq xətti kimi istifadə etmək qadağandır. 
2.5.7.23
Yanacaqın qazanlara verilməsini dayandırmaq üçün maye yanacaq xəttində ən azı iki 
bağlayıcı ventil (biri yanacaq bakının yanında, digəri forsunka-nın yanında) quraşdırılmalıdır. 
2.5.7.24 
Qaz xəttinin zədələnməsi, birləşmə yerlərində kipliyin pozulması və ya qazanxana 
otağında qaz sızması baş verərsə, qaz xəttinin zədələnmiş sahəsi qaz daxıl olan tərəfdən sürgü-
lərlə bağlanmalıdır.
Kipliyin pozulması nəticəsində qaz xəttindən sızan qazın yayıldığı zonada görülən işlər dərhal 
dayandırılmalı və qazın alovlanmasına səbəb ola bilən mənbələr ləğv olunmalıdır. Qazın 
sızmasının ləğvi üzrə tədbirlər görüldükdən sonra qazanxana otağının havası dəyişdirilməlidir. 
2.6 Yanğına qarşı su təchizatı 
 
2.6.1 
Yanğin avadanlıqlarına qoşulmuş su şəbəkəsi tələb olunan təzyiqi və yanğının söndü-
rülməsi üçün hesablanmış su sərfini təmin etməlidir. Xətdə suyun təzyiqi kifayət qədər 
olmadıqda nasos-gücləndiricilər quraşdırılmalıdır. Yanğın hidrantları və ya kranları yerləşən 
sahələrin su xəttində suyun müvəqqəti kəsilməsinə və şəbəkədə təzyiqin tələb olunan normadan 
aşağı salınmasına yalnız FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verildikdən 
sonra yol verilir.
2.6.2
Müəssisənin ərazisində və ya yaxınlığında təbii su mənbələri (çay, göl, nohur) olduqda, 
onlara yanğın avtomobillərin rahat girişi (yaxınlaşması) üçün yollar və körpülər tikilməlidir. 
2.6.3 
Yanğın su çənlərinə, su hovuzlarına, su xətti şəbəkələrinə və hidrantlara, sprinkli, 
nasoslu qurğulara, onların daimi hazır və saz vəziyyətdə olması üçün mütəmadi texniki nəzarət 
təşkil olunmalıdır.
2.6.4
Su hovuzlarına, çənlərə, hidrantlara gedən yollar boş olmalıdır. Yanğın hidrantları 
yerləşən yerdə, üzərində “YH” (yanğın hidrantı) yazısı olan, hidranta qədər olan məsafə(m), boru 
xətlərinin daxili diametri (mm) qeyd olunan işıq lövhələri asılmalıdır. 
Yanğın su hovuzu yerləşən yerdə üzərində “YSH” (yanğın su hovuzu) yazısı olan, su 
ehtiyatının miqdarı (m
3
), su hovuzu sahələrində saxlanılan yanğın avtomobillərinin sayı işıq 
göstərilən işıq lövhələri asılmalıdır. 
2.6.5
Lyukların, quyuların, qaldırıcı yanğın hidrantlarının qapağı çirkdən, qış aylarında isə
buzdan və qardan təmizlənməli, dirəklərdən su boşaldılmalıdır. Qış aylarında yanğın 
hidrantlarının donmaması üçün onlar müvafiq vasitələrlə isidilməlidir.
2.6.6
Yanğın hidrantlarına və yanğın kranlarına hər 6 aydan bir texniki xidmət göstərilməli, iş 
vəziyyəti yoxlanılmalı və yoxlamanın nəticələri xüsusi jurnalda qeyd olunmalıdır.
2.6.7
Yanğın nasos stansiyalarında müəssisənin yanğına qarşı su təchizatının, sprinkler və 
drençer qurğularının sxemləri və onların istismar təlimatları görünən yerlərdə asılmalıdır. 
Siyirtmələrin və yanğın nasos-gücləndiricilərin təyinatını göstərən lövhələr nəzərdə 
tutulmalıdır.
2.6.8
Müəssisənin su nasos stansiyasının bütün nasosları daima saz vəziyyətdə saxlanılmalı, 
istifadəyə hazir olmalıdır, 10 gündə bir dəfədən az olmayaraq tələb olunan təzyiqə yoxlanılmalı 
və bu barədə xüsusi jurnalda qeyd aparılmalıdır. 
2.6.9
Yanğınaqarşı daxili su xətlərinin yanğın kranları, yanğın şlanqları və lülələri otaqlarda 
quraşdırılmış divar şkaflarında saxlanılmalı, şkaflar möhürlənməlidir. Yanğın şlanqları quru 
olmalı, səliqəli bükülməli, yanğın kranına və yaxud lüləsinə birləşdirilmiş vəziyyətdə 
saxlanılmalıdır. Yanğın kranı şkafının qapısında “YK” (yanğın kranı) işarəsi, yanğın kranının 
sıra nömrəsi və yanğın xidmətinin telefon nömrəsi yazılmalı.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə