Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə24/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   20   21   22   23   24   25   26   27   ...   244
Neft qaz yangin tehlukesizlik

 
Ventilyasiya 
2.5.6.12 
AAM və YM-lə işləyən aparat və kommunikasiyalar yerləşən bağlı otaqların hava 
mühitində yanar və partlayış təhlükəli qazların yığılması etimal olduqda ventilyasiya sisteminın 
normal işi təmin olunmalıdır.
2.5.6.13
A, Б, B istehsalat kateqoriyalı binaların, otaqların və ictimai binaların otaqlarında 
texnoloji havalandırma sistemləri istisna olmaqla, hava qızdırıcısının, hava kondensasiya və 
ventilyasiya sistemlərinin işinin avtomatik dayandırılması nəzərdə tutulmalıdır.
2.5.6.14
Ventilyasiya sisteminin texniki vəziyyətinə, saz vəziyyətdə saxlanılmaslna, istismarı 
zamanı yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına görə məsuliyyəti müəssisənin baş 
mexaniki (baş energetiki) və ya müəssisə rəhbərinin əmri ilə təyin olunmuş şəxs daşıyır. 
2.5.6.15 
Obyektin və sexin ventilyasiya qurğularının istismar qaydaları və yanğına qarşı iş 
rejimi işçi təlimatlara əsasən təyin olunmalıdır. Bu təlimatlarda (istehsalat şəraitinə uyğun) 
yanğın təhlükəsizliyi tədbirləri, hava borularının, süzgəclərin, odkəsici klapanların və digər 
avadanlıqların təmizləmə müddəti, yanğın və qəza zamanı xidməti heyətin hərəkət qaydaları öz 
əksini tapmalıdır. 
2.5.6.16
Ventilyasiya sisteminin su süzgəclərinin, quru süzgəclərin, tozsorucularının və digər 
qurğularının nasazlığı səbəbəindən partlayış və yanğın baş verə bilən otaqlarda texnoloji 
avadanlığın işləməsinə icazə verilmir. 


10 
 2.5.6.17
Ventilyasiya sistemindən partlayış-yanğın təhlükəli maddələri kənarlaşdıran (metal 
və ya bərk əşyaların ventilyatorlara düşməməsi üçün) sorucu qurğular qoruyucu torla və ya 
maqnit tutucularla təchiz olunmalıdır.
2.5.6.18
Yanar və partlayış təhlükəli maddələr olan istehsalat otaqlarında sorucu qurğuların 
metal hava vurucuları, boru xətləri, süzgəcləri və digər avadanlıqları yerlə birləşdirilməlidir. 
2.5.6.19
Hava mühitində asan alışan və ya partlayış təhlükəli maddələrin (qazlar, buxarlar, toz-
lar) yığılması etimalı olan otaqlarda ventilyatorun, tənzimləyicilərin və ventilyasiya sisteminin 
digər qurğularının konstruksiyası qığılcım verməyən materialdan hazırlanmalıdır.
2.5.6.20
Partlayış-yanğın təhlükəli otaqlarda quraşdırılan ventilyasiya sistemləri yanğın və 
qəzanın hadisələri üçün nəzərdə tutulan məsafədən idarə olunan işə salma və dayandırma 
qurğuları ilə təchiz olunmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə