Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


  Çardaqlardan keçən tüstü boruları və tüstü kanallı divarlar suvaqlanmalı və ağardıl- malıdır.  2.5.6.7



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə23/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   19   20   21   22   23   24   25   26   ...   244
Neft qaz yangin tehlukesizlik

2.5.6.6 
Çardaqlardan keçən tüstü boruları və tüstü kanallı divarlar suvaqlanmalı və ağardıl-
malıdır. 
2.5.6.7
Bərk yanacaqla işləyən qazanxana qurğusunun tüstü boruları qığılcımsöndürənlə təh-
ciz olunmalı və tüstü boruları ayda 3 dəfədən az olmayaraq hisdən təmizlənməlidir. 
2.5.6.8
Sobalar və tüstü boruları isitmə dövrü başlamazdan əvvəl və bütün isitmə dövründə 
aşağıdakı qaydada hisdən təmizlənməlidir: 
- isidici sobalar 2 ayda 1 dəfədən az olmayaraq; 
- mətbəx plitələri və su qızdırıcıları ayda 1 dəfədən az olmayaraq; 
-uzun müddətli isidən xüsusi sobalar (yeməkxanalarda, quruducularda və s.) ayda 2 dəfədən 
az olmayaraq. 
Nasaz sobaların və tüstü borularının istismarı qadağandır.
2.5.6.9
İstehsalat və inzibati otaqlarda sobaların işə salınması müəssisənin əmri ilə təyin 
olunmuş, təlimatlandırılmış şəxs tərəfindən aparılmalıdır. 
2.5.6.10
Sexlərdə, laboratoriyalarda və digər otaqlarda sobaların işə salınması müəssisə üzrə 
əmrlə təyin olunmuş şəxs tərəfindən aparılmalıdır. 
2.5.6.11
Sobalı isidicilərin istismarı zamanı aşağıdakılar qadağandır: 
-sobaların odluqlarının qarşısında yanacağın saxlanılması; 
-sobaların alışdırılmasında benzin, kerosin, dizel yanacağı və digər TAM, YM- in istifadəsi
-sobaların üstünə odunun, paltarların və digər tez alışan əşya və materialların qoyulması və 
qurudulması; 
-sobanın qalanması üçün nəzərdə tutulmayan kömür, koks və ya qazdan istifadəsi
-uzunluğu odluğun uzunluğundan böyük olan odun parçalarının istifadəsi; 
-ventilyasiya və qaz kanallarından sobalarda baca kimi istifadəsi. 
2.5.6.12
 
Sobaların qarşısındakı yanar şkafların üzərinə polad lövhə və ya ölçüsü 70x50 sm 
olan asbest parçası vurulmalıdır. 
2.5.6.13
Sobaların qarşısında yığılan külün, şlakın və kömürün tikililərin ətrafına 
tökülməsinə icazə verilmir, onlar bu məqsəd üçün xüsusi ayrılmış yerlərə atılmalıdır. 
2.5.6.14
Yanacaq (öz-özünə yana qabiliyyətinə malik kömür və torf) xüsusi otaqlarda və 
yaxud tikililərdən 8 m-dən az olmayan məsafədə, xüsusi ayrılmış meydançalarda 
saxlanılmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə