Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə2/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   2   3   4   5   6   7   8   9   ...   244
Neft qaz yangin tehlukesizlik

 
1.2 Ümumi müddəalar 
1.2.1 Yanğın təhlükəsizliyinə Dövlət nəzarəti. “Yanğın təhlükəsizliyi haqqında” 
Azərbaycan Respublikası Qanunundan əsas müddəalar 
1.2.1.1
Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 №-li 
Fərmanı ilə qüvvəyə minmiş Azərbaycan Respublikası «Yanğın Təhlükəsizliyi haqqında 
Qanun»un maddələrinin tələblərini rəhbər tutaraq tərtib edilmişdir.
1.2.1.2
Yanğın təhlükəsizliyi-təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat 
tədbirlərinin elə bir kompleksidir ki, bu xalq təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, 
qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz 
fəaliyyətinin, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılmasını, onların 
son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini 
təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan 
qaldırmalı, maddi və mənəvi sərvətləri yanğından məhv olmaqdan qorumalıdır.
1.3 İdarə və müəssisələrdə yanğın təhlükəsizliyinin təmin olunmasına 
 nəzarət. Cavabdeh şəxslərin vəzifələri və məsuliyyəti 
1.3.1
ARDNŞ-nin bütün müəssisələrində yanğın təhlükəsizliyinə və Fövqəladə Hallar 
Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətləri tərəfindən 
verilən təklif və göstərişlərin yerinə yetirilməsinə bilavasitə həmin müəssisələrin rəhbərləri 
cavabdehdir. 
1.3.2
Ayrı-ayrı obyektlərdə (sexlərdə, laboratoriyalarda, anbarlarda, emalatxanalarda və digər 
istehsalat sahələrində) yanğın təhlükəsizliyinə həmin obyektlərin rəhbərləri və ya onları əvəz 
edən şəxslər cavabdehdir. 
Hər bir obyektdə görünən yerlərdə yanğın təhlükəsizliyinə məsul şəxslərin vəzifəsi, adı, 
atasının adı və soyadı yazılmış lövhələr asılmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə