Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


)  məşğələləri keçirilməlidir  (4 saylı Əlavə



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə7/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   2   3   4   5   6   7   8   9   10   ...   244
Neft qaz yangin tehlukesizlik


məşğələləri keçirilməlidir 
(4 saylı Əlavə
) . 
Yanğın-texniki minimum proqramı üzrə məşğələlər bilavasitə sexlərdə, qurğularda, istehsalat 
sahələrində, lobaratoriyalarda və s. yerlərdə aparılmalıdır. Məşğələlər ixtisas kateqoriyaları üzrə 
qruplarla (elektrik qaz-qaynaqçıları, elektriklər, yanacaq anbarları təsərrüfatının fəhlələri və s.) 
ildə bir dəfədən az olmayaraq keçirilməlidir.
Məşğələlərin proqramı və keçirilmə qaydaları müəssisəyə xidmət edən yanğından mühafizə 
xidmətinin və müəssisənin əməyin mühafizəsi və təhlükəsizlik xidməti tərəfindən birlikdə 
işlənib hazirlanmalıdır (təsdiq edilmiş təxliyyə planı üzrə). 
1.5.11 
Yanğın-texniki minimum üzrə məşğələlərin təşkil edilməsi və keçirilməsi yanğın-
texniki minimum proqramına əsasən aparılmalıdır. 
1.5.12
YTM proqramı üzrə məşğələlər keçirildikdən sonra işçilərin bilikləri yoxlanılmalıdır. 
İmtahanın keçirilməsi müvafiq sənədlərlə rəsmiləşdirilməlidir. 
1.6 Yanğın zamanı insanların təhlükəsizliyinin təmini 
1.6.1 
İstehsalat, inzibati, ictimai və digər təyinatlı bina və otaqlarda yanğın baş verərkən 
insanların təxlyyə planı üzrə təhlükəsiz köçürülməsi təmin olunmalıdır.
 1.6.2
Yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tədbirlər 
həyata keçirilməlidir: 
 - 
bina və otaqların konstruktiv-planlı həlli insanların tez köçürülmə imkanlarının həyata 
keçirilməsini, yanğının yayılmasının qarşısının alınmasını təmin etməlidir; 
- hər bir müəssisədə təxliyyə planı olmalıdır, işçilər həmin planla tanış edilməlidir; təxliyyə 
planları binaların görünən yerlərində (hər mərtəbədə) asılmalıdır;
- insanların köçürülmə yollarındakı divar və tavanların bəzədilməsində yanar materiallardan, 
həmçinin səthi yanan və boğucu qazlar ayıran materiallardan istifadə edilməməlidir; 
- yanğın və qəza hallarında insanların müvəffəqiyyətlə köçürülməsinə imkan verən xüsusi 
avadanlıqlar daima saz vəziyyətdə saxlanılmalıdır (təcili xəbərdarlıq sistemi, qəza vəziyyətində 
işıqlandırma, təhlükəsizlik işarələri); 
- işçi heyət yanğının ləğvi və lokallaşdırılması planı ilə tanış olmalı, yanğın baş verən zaman 
bu plana uyğun hərəkət etməlidir; 
- tüstüdən mühafizə sisteminə daxil olan qurğular saz vəziyyətdə saxlanılmalıdır; 
- təxliyyə yolları (dəhlizlər, pilləkən qəfəsələri, vestibüllər) gecə vaxtı normativ tələblərə 
uyğun işıqlandırılmalıdır; 
- təmir işləri, elektrik cihaz və qurğularının, isitmə sistemlərinin istismarı zamanı texniki 
təhlükəsizlik tələblərinə ciddi riayət olunmasına müəssisənin rəhbərliyi tərəfindən daim nəzarət 
olunmalıdır.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə