Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Bu Qaydaların tələblərini pozan təqsirkar şəxslər, həmin pozuntuların xarakterindən və nəticələrindən aslı olaraq mövcud



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə3/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   2   3   4   5   6   7   8   9   ...   244
Neft qaz yangin tehlukesizlik

1.3.3
Bu Qaydaların tələblərini pozan təqsirkar şəxslər, həmin pozuntuların xarakterindən və
nəticələrindən aslı olaraq mövcud
 
qanunvericiliyə əsasən
 
intizam, inzibati və cinayət 
məsuliyyəti daşıyır.
1.3.4
Birlik, müəssisə və təşkilatların rəhbərləri aşağıdakı işləri təmin etməlidirlər: 
- tabeliyində olan bütün mühəndis-texniki işçilər (MTİ), fəhlələr və qulluqçular tərəfindən bu 
Qaydaların tələblərinin yerinə yetirilməsini;



1.3.5
Dövlət Neft Şirkətinin tabeliyində olan neft, qaz və kimya sənaye müəssisələrində «Sənaye 
müəssisələrində və digər obyektlərdə könüllü yanğından mühafizə dəstələrii haqqında 
Əsasnamə»yə 
(Əlavə 2
) uyğun olaraq könüllü yanğından mühafizə dəstələri təşkil edilməlidir. 
Könüllü yanğından mühafizə dəstələrinin şəxsi heyətinin nümunəvi hazırlıq proqramı
 3 saylı 
Əlavədə
verilmişdir. 
1.3.6
Yanğın–texniki komissiya öz fəaliyyətində bu Qaydalar və «Sənaye müəssisələrində 
yanğın-texniki komissiya haqqında Əsasnamə”ni rəhbər tutmalıdır

(Əlavə1). 
1.3.7
İstehsalat, sex, qurğu, laboratoriya, anbar və digər yanğın təhlükəsizliyinə cavabdeh 
struktur bölmələrin rəhbərləri: 
- istehsalatın texnoloji proseslərini bilməli və yanğın təhlükəsizliyi Qaydalarına əməl etməli; 
- xidməti heyətin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinə nəzarət etməli; 
- obyektin rəhbərinin və ya baş mühəndisinin yazılı icazəsi olmadan və yanğın təhlükəsizliyi 
xidməti ilə razılaşdırmadan odlu işlərin aparılmasına icazə verməməli;
- binalara, tikililərə, su mənbələrinə gedən keçidlərin, istehsalat obyektlərinə gedən yolların, 
həmçinin binalarda keçidlərin, pilləkan qəfəsələrinin, yanğın avadanlıqlarına girişlərin hər hansı 
bir əşyalarla tutulmasına yol verməməli; 
- yanğınsöndürmə vasitə və cihazların hər gün baxışdan keçirməli, onların sazlığını və işə 
hazırlığını müvafiq təlimatların tələblərinə uyğun yoxlamalı, yanğınsöndürmə avadanlıqlarının 
təyinatını və onlardan istifadə etmə qaydalarını bilməli; 
- yanğın təhlükəsizliyi qaydalarının pozulmasını və yanğın avadanlıqlarında nasazlıq aşkar 
edərkən, dərhal müəssisənin mühafizə xidmətinə xəbər verməli və nöqsanların aradan 
qaldırılması üçün tədbirlər görməli; 
- qəza nəticəsində yanğın baş verərsə, eləcə də digər səbəblərdən təhlükəli vəziyyət yaranarsa, 
dərhal yanğınsöndürmə və qəza xilasetmə dəstəsini çağırmalı, eyni zamanda əldə olan güvvə və 
vasitələrdən istifadə edərək yanğının və ya qəzanın ləğv edilməsinə və insanların köçürülməsinə 
başlamalıdır.
 1.3.8 
Müəssisə və təşkilatlarda çalışan hər bir işçi müəyyən edilmiş yanğın təhlükəsizliyi 
qaydalarına ciddi əməl etməli və yanğına səbəb ola biləcək hərəkətlərə yol verməməlidir. 
 1.3.9
Hər bir işçi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və ya yanğınsöndürmə 
avadanlıqlarının düzgün istifadə edilməsi hallarına rast gələrsə, dərhal bu barədə obyektdə 
yanğın təhlükəsizliyi üzrə məsul şəxsə məlumat verməlidir. 
1.3.10
Ayrı-ayrı obyektlərin və qurğuların tikintisi, təmiri və yenidən qurulması ilə bağlı 
işlərin yerinə yetirilməsi müqavilə əsasında digər bir təşkilata və ya şəxsə tapşırıldıqda yanğın 
təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi üzrə məsuliyyəti həmin təşkilatın rəhbəri daşıyır. 
Yanğın təhlükəsizliyinin bütün tələblərinin yerinə yetirilməsinə görə ümumi məsuliyyət isə 
müəssisə rəhbərlərinin üzərinə düşür. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə