Qəzaların aradan qaldirilmasi plani



Yüklə 224,12 Kb.
səhifə1/8
tarix22.03.2024
ölçüsü224,12 Kb.
#181529
  1   2   3   4   5   6   7   8
QƏZALARIN ARADAN QALDIRILMASI PLANI







QƏZALARIN ARADAN QALDIRILMASI PLANI






Təsdiq edirəm:


MMC– nin Direktoru


_________________ .

____” _______________ 20_ ci il



Sağlamlığın qorunması və Əməyin Mühafizəsi Menecment Sistemi (SƏM)

İlk dəfə təsbit olunur

QƏZALARIN ARADAN QALDIRILMASI PLANI



Səhifə cəmi :




Hazırladı

Yoxladı

Vəzifə

İmza

Tarix

Vəzifə

İmza

Tarix






















  1. Ümumi müddəalar

Bu prosedur qəza hallarının lokallaşdırılması və aradan qaldırılması, ətraf mühitə vurulan ziyanın qarşısının alınması üzrə planların hazırlanmasını, təsdiqlənməsini və dəyişdirilməsini müəyyən edir. Hər bir iş sahəsi (obyekt) üçün və həmçinin, bütün müəssisə üçün bu prosedura əsasən qəzaların aradan qaldırılması planları (QAQP) tərtib olunmalıdır. Bütün müəssisə çərçivəsində QAQP-da ehtimal olunan qəzaların təsiri, həmçinin təbii fəlakətlər (zəlzələ, daşqın, qasırğa və s.) nəzərə alınmalıdır.
2. Normativ istinadlar
Bu prosedur aşağıdakı sənədlərdən irəli sürülən tələb və prinsiplər nəzərə alınmaqla hazırlanmışdır:

  1. OHSAS 18001:2007 Saglamlığın qorunması və Əməyin mühafizəsii Menecment Sistemi. Tələblər.



3. Termin və təyinlər
Bu prosedurda OHSAS 18001:2007 standartında da yer almış terminlərdən istifadə olunur.

  • QAQP - qəzaların aradan qaldırılması planları.

  • QVAQP - qəza vəziyyətlərinin aradan qaldırılması planları

  • QAQ - qəzaların aradan qaldırılması



4. Ümumi müddəalar
QAQP işlənib hazırlanması zamanı müəssisənin real imkanları və resursları, qəzalar və qəza vəziyyətləri zamanı müəssisənin personalı tərəfindən toplanılmış təcrübə nəzərə alınmalıdır.
QVAQP işlənib hazırlanması aşağıdakılara əsaslanır:

  • qəzaların baş vermə ssenarilərinin proqnozlaşdırılmasına;

  • qəzaların inkişafı ssenarilərinin və onların nəticələrinin miqyaslarının hər bir mərhələ üzrə təhlilinə;

  • qəzaların yaranmasına və inkişafına mane olan mövcud tədbirlərin, həmçinin qəzaların aradan qaldırılması üçün texniki vasitələrin kifayət etməsinin (kafilliyinin) qiymətləndirilməsinə;

  • qəza vəziyyətlərinin (qəzaların) müvafiq inkişaf mərhələlərində onların aradan qaldırılması (lokallaşdırılması) üçün personalın fəaliyyətinin təhlilinə.

Ehtimal edilən qəzaların aradan qaldırılma planları istehsalda və bütövlükdə müəssisədə faktiki vəziyyətə uyğun olaraq işlənib hazırlanır.
Müəssisə (obyekt) üzrə təhlükələrin təhlili zamanı bütün ehtimal olunan, o cümlədən, az güman edilən və fövqəladə nəticələrlə nəticələnə bilən qəza vəziyyətləri və qəzalar müəyyən edilməli, onların inkişaf ssenarilərinə baxılmalı və nəticələr qiymətləndirilməlidir.
Bütün iş sahələri üçün qəzaların aradan qaldırılması planlarının siyahısı müəssisənin rəhbəri tərəfindən təsdiqlənir.
Qəzaların aradan qaldırılması planları iki hissədən ibarət olmalıdır:

  • birinci hissədə işçi heyətin mühafizəsi, hər iş sahəsi və bütün müəssisə çərçivəsində qəzaların aradan qaldırılması üzrə görülən tədbirlər nəzərə alınmalıdır;

  • ikinci hissədə isə müəssisənin ərazisindən kənar qəzaların təsirindən əhalinin mühafizəsi və qəzaların nəticələrinin aradan qaldırılması üzrə tədbirlər nəzərə alınmalıdır (tətbiq oluna bilən halda).

Bu zaman işçi heyət qəzaların aradan qaldırılması (lokallaşdırılması) üçün müvafiq formalaşmış xidmətin tərkibinə daxil edilir. Yeni formalaşmış xidmətlər üçün QAQP lahiyələndirmə zamanı tərtib olunur və ətraf mühitə vurulan ziyanın qarşısının alınması nəzərə alınır.
QAQP-da aşağıdakılar nəzərə alınır:

  1. istehsal fəaliyyətinə aid olan mümkün qəzalar, insanların həyatı üçün təhlükəli olan şərait və onların ehtimal yerləri;

  2. qəzalara yaxalanmış insanların xilası üçün tədbirlər;

  3. başlanğıc mərhələdə qəzaların aradan qaldırılması üçün tədbirlər, o cümlədən qəzaların yaranması zamanı mühəndis-texniki işçilərin və fəhlələrin fəaliyyətləri;

  4. insanların xilası və qəzaların aradan qaldırılması üçün vasitələrin yerləşmə yerləri;

  5. xilasedici dəstələrin və mülki müdafiə komandirlərinin hərəkətləri.

QAQP hər bir iş sahəsi üçün sahə rəisləri tərəfindən tərtib olunur və müəssisə üzrə əmrlə yaradılmış müvafiq işçi qrup tərəfindən baxılır, razılaşdırılır və müəssisənin rəhbəri tərəfindən təsdiqlənir.
QAQP-ın vaxtında və düzgün tərtib olunması üçün məsuliyyət S.Ə.M. menecerinin üzərinə düşür.
Texnoloji prosesin dəyişməsi hallarında, yəni, metroloji təminatin və konstruksiyaların texniki quruluşunun dəyişməsində, həmçinin, iş sahələrinin strukturunun yenidən təşkil olunması hallarında QAQP-a on gün müddətində zəruri düzəlişlər edilməlidir.
QAQP-da əlavə dəyişiklərlə və əlavələrlə iki gün ərzində bütün mütəxəssislər və fəhlələr tanış olub, imzaları ilə xəbərdar olmalarını təsdiq etməlidirlər.
QAQP- na aşağıdakılar əlavə edilir:

  • planın əməliyyat hissəsində nəzərdə tutulmuş tədbirlərə cavabdeh şəxslərin və icraçıların siyahısı (yaşayış ünvanları və telefonları gostərilməklə) - Əlavə 1;

  • müəssisənin məsul şəxslərini xəbərdar etmə sxemi, həmçinin, yerli orqanların, mülki müdafiə və fövqəladə hallar üzrə regional mərkəzlərin sxemi;

  • texniki və maddi vasitələrin siyahısı, həmçinin, insanların xilas edilməsi üçün və qəzaların ortadan qaldırılması üçün fərdi mühafizə vasitələrinin siyahısı, onların saxlanma yerləri və əsas xarakteristikaları daxil olmaqla - Əlavə 2;

  • ventilyasiya qurğularının, ehtiyat çıxışlarının və qəzaların ortadan qaldırılması üçün vasitələrin mövcudluğu, həmçinin, yanğından mühafizə üzrə avadanlığın və yanğınsöndürmə vasitələrinin, qəza işıqlandırmasının, siqnalizasiya, kilidlənmə və rabitə sistemlərinin mövcudluğu və sazlığının yoxlanılması haqqında aktlar.

QAQP-da nəzərdə tutulmuş insanların xilas edilməsi üçün texniki və maddi vasitələr başqa məqsədlər üçün istifadə oluna bilməz.
QAQP ilə tanış olmayan şəxslər işə buraxılmırlar.
QAQP inzibati, texniki, təsərrüfat və istehsalat sahələrində, həmçinin, mühafizə otağında və iş sahələrinin rəhbərlərində olmalıdır.
QAQP qəzaların aradan qaldırılmasında iştirak edən texniki işçilər, istehsalat işçiləri – sahə rəisləri, sex rəisləri, iş icraçıları tərəfindən öyrənilməlidir.
QAQP ilə tanışlıq Əlavə 3 -ya əsasən qeyd olunmalıdır. QAQP üzrə biliklər ixtisaslaşdırılmış komissiya (Əməyin Mühafizəsi üzrə işçi qrup) tərəfindən, həyəcan təlimlərində isə iş sahələrinin rəhbərləri və SƏM meneceri tərəfindən yoxlanılmalıdır.
Plandan kənar yoxlamalar aşağıdakı hallarda keçirilməlidir:

  • QAQP-da dəyişikliklər olunduqda;

  • işçi başqa sahəyə təyin olunduqda;

  • dövlət nəzarət orqanları tərəfindən təklif olunduqda;

  • həyəcan təlimlərində səhvə yol verildikdə.


Yüklə 224,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə