Qəzaların aradan qaldirilmasi plani


Qəzaların aradan qaldırılmasında iştirak edən məsul şəxslərin vəzifələrinin müəyyən olunması



Yüklə 224,12 Kb.
səhifə4/8
tarix22.03.2024
ölçüsü224,12 Kb.
#181529
1   2   3   4   5   6   7   8
QƏZALARIN ARADAN QALDIRILMASI PLANI

8. Qəzaların aradan qaldırılmasında iştirak edən məsul şəxslərin vəzifələrinin müəyyən olunması
8.1. Ümumi vəziyyət
Müəssisədə qəzaların aradan qaldırılması üçün görülən tədbirlərə görə məsul rəhbər Keyfiyyətin İdarəedilməsi şöbəsinin rəisidir (onun yerində olmadığı müddətdə isə onu əvəz edən şəxsdir). Hər hansı bir iş sahəsində (obyektdə) qəza baş verdikdə qəzanın aradan qadırılması işlərində məsul rəhbər həmin iş sahəsinin rəisidir. Məsul rəhbərin işinə müdaxilə etmək yolverilməzdir.
Məsul rəhbərin düzgün olmayan hərəkətləri müşahidə olunduqda, müəssisənin rəhbərliyi həmin işçini dərhal uzaqlaşdırıb, onun yerinə başqa şəxsi təyin edə bilər və yaxud bilavasitə özü rəhbərlik edə bilər.
Məsul rəhbər qəza yerinə gələnə qədər qəzanın aradan qaldırılması və insanların xilas edilməsi üçün görülən işlərə sahədəki iş icraçısı rəhbərlik etməlidir.
Yanğından mühafizə xidmətinin qəza yerinə gəlməsinə qədər yanğınsöndürmə işləri iş icraçısının rəhbərliyi altında sahənin işçi heyəti tərəfindən görülməlidir.
Qəzaların aradan qaldırılması və xilasetmə işləri üçün çağırılan işçilər özlərinin qəza yerinə gəlmələri barədə məsul rəhbərə dərhal xəbər verməlidirlər və onun göstərişinə əsasən işə başlamalıdırlar.
8.2. Qəzaların aradan qaldırılmasında iştirak edən şəxslərin vəzifələri və hərəkətləri
S.Ə.M. menecerinin vəzifələri:

  • Qəza yerinə gəlib vəziyyətlə tanış olduqdan sonra dərhal QAQP-ın əməliyyat hissəsində müəyyən edilmiş tədbirlərin icrasına başlamalı, xilasetmə və qəzanın aradan qaldırılması işlərinə rəhbərlik etməlidir;

  • Nəzarət məntəqəsini təşkil edib, həmin məntəqənin yerləşdiyi ərazi barədə bütün iştirakçılara xəbər verməlidir və özü daim orada olmalıdır;

  • Əlavə 6-ya əsasən qəzanın ortadan qaldırılması üçün müəyyən edilmiş xidmətlərin və məsul şəxslərin qəza yerinə çağırılmasını yoxlamalıdır;

  • Qəzaya uğramış insanların sayını və olduqları yerləri müəyyənləşdirməlidir;

  • QAQP-in əməliyyat hissəsində nəzərdə tutulmuş tədbirlərin və özünün göstərişlərinin icra olunmasına nəzarət etməlidir;

  • Qəzanın yerləşdiyi ərazinin kommunikasiyalarla əlaqəli olan başqa iş sahələrinin rəhbərlərinə müvafiq göstərişlər verməlidir;

  • Təhlükəli yerlərdən insanların çıxarılması və ya təxliyyəsi üçün müvafiq götərişlər verməlidir və həmin yerlərin girişinə mühafizə postları təyin etməlidir;

  • Lazım olarsa, Fövəladə Hallar Nazirliyinin regional şöbəsinə və ya başqa xidmətlərə müraciət etməlidir;

  • Qəzanın aradan qaldırılmasından sonra bərpa işlərinə və istehsalatın başlamasına icazə verməlidir.


Yüklə 224,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə