Qəzaların aradan qaldirilmasi plani


Qəzaların aradan qaldırılması (lokallaşdırma) planına əsasən həyəcan



Yüklə 224,12 Kb.
səhifə3/8
tarix22.03.2024
ölçüsü224,12 Kb.
#181529
1   2   3   4   5   6   7   8
QƏZALARIN ARADAN QALDIRILMASI PLANI

7. Qəzaların aradan qaldırılması (lokallaşdırma) planına əsasən həyəcan
təlimlərinin keçirilməsi
İl ərzində hər bir iş sahəsində ehtimal olunan qəza vəziyyətləri üzrə təlim məşqləri keçirilməlidir. Həyəcan təlimləri SƏM meneceri tərəfindən struktur bölmələrinin məsul şəxsləri, iş sahələrinin rəhbərləri ilə birgə Əlavə 4 forması üzrə tərtib olunur və təşkilatın rəhbəri tərəfindən təsdiqlənir. Təlim məşqləri həmçinin müvafiq dövlət nəzarətedici orqanların tələbi ilə keçirilə bilər.
QAQP-ın əməliyyat hissələrinin bir və yaxud bir neçə bəndlərinə əsasən ildə bir dəfədən az olmayaraq günün müxtəlif vaxtlarında, SƏM meneceri tərəfindən hazırlanmış və müəssisə rəhbərinin təsdiqlədiyi plana və cədvələ uyğun olaraq həyəcan təlimləri keçirilməlidir.
Həyəcan təlimləri sahə rəislərinin, müəssisənin ümumi həyəcan təlimi isə QAQP-na əsasən SƏM menecerinin rəhbərliyi altında keçirilməlidir.
Həyəcan təlimləri istehsalat heyətinin iştirakı ilə keçirilir. Həyəcan təlimlərinin qeyri-kafi nəticələri olarsa, dərhal yol verilmiş səhvlər ətraflı öyrənilməlidir və işçilərin bilikləri plandan kənar yoxlanılmalıdır.
Sistematik həyəcan təlimləri keçirilərkən qəzaların aradan qaldırılması planlarının, heyətin təlimlərinin, işçilərlərlə yanğından mühafizə və s. xidmətlərin qarşılıqlı əlaqəsinin düzgünlüyü yoxlanılır. Bura qəzaların aradan qaldırılması üçün istifadə olunan vasitələr və fərdi mühafizə vasitələrini də daxil etmək olar.
Həyəcan təlimləri keçirilərkən aşağıdakılar yoxlanılmalıdır:
1. Qəzaların aradan qaldırılması planının keyfiyyəti həmçinin:

  1. göstərilən iş sahəsinə aid olan planda ehtimal olunan qəzaların hamısının göstərilməsi;

  2. planda nəzərdə tutulmuş qəzanın aradan qaldırılması üçün ilkin hərəkətlərin düzgünlüyü;

  3. insanların xilas olunması üçün plandakı tədbirlərin praktiki mümkünlüyü;

  4. ətraf mühitin mühafizə olunmasını təmin edən tədbirlərin ardıcıllığının düzgünlüyü;

  5. planda göstərilən üsullara və vasitələrə əsasən qəzaların başlanğıc mərhələsində ortadan qaldırılmasının mümkünlüyü.

  1. Müəssisənin iş sahələrinin ehtimal olunan qəzaların ortadan qaldırılması üzrə hazırlığı həmçinin:

  1. qəza barədə xəbərdar etmək üçün istifadə olunan üsulların və vasitələrin mövcudluğu və sazlığı;

  2. insanların mümkün qədər qəza zonasından çıxmasının təmin olunması (ehtiyat çıxışlarının mövcüdluğu və vəziyyəti);

  3. ehtiyatda olan insanların xilas olunması üçün istifadə olunan texniki vasitələrin (aparatların, alətlərin, cihazların, mühafizə vasitələrinin) mövcudluğu və onların təyinatına uyğun olaraq dərhal istifadəyə hazırlığı;

  4. işçilərin və mütəxəssislərin, fəhlələrin 2-ci bəndin “c” variantında göstərilən vasitələrin təyinatı və istifadə qaydaları haqqında bilikləri;

  5. qəzaların ortadan qaldırılması planının işçilər tərəfindən öyrənilməsinin təşkil olunması və qəza baş verdikdə hər bir işçinin öz vəzifəsini bilməsi;

  6. rəhbər heyətin qəzaların aradan qaldırılması üzrə hazırlığı.

Həyəcan təlimlərinin planlarını tərtib və təşkil edərkən istehsalatın texnoloji xüsusiyyətləri nəzərə alınmalıdır ki aşağıda göstərilən nəticələr yaranmasın:

  1. texnoloji rejimin pozulması və sahənin normal işində fasilənin yaranması;

  2. bir-birinə yaxın olan sahələrdə işlərin fasiləsi və ya dayanması.

Həyəcan təliminin hansı formada elan edilməsi müəyyən olunmalıdır (həyəcan siqnalının qoşulması, telefon vasitəsi ilə, şifahi və ya yazılı formada məlumatın verilməsi).
Həyəcanın kim tərəfindən elan olunması müəyyən edilməlidir, əgər şifahi və yazılı formadadırsa, yaxud telefon vasitəsi ilə olunursa, müəyyənləşdirilməlidir ki, növbətçi heyətindən kimə deyilməlidir.
O sahələrdə ki, həyəcan təlimlərinin keçirilməsi mümkün deyil və ya təhlükəlidir, qəzaların ortadan qaldırılması planında nəzərdə tutulmuş tədbirlərin düzgünlüyü sorğu vasitəsi ilə, hərəkətlər isə imitasiya üsulu ilə (“açıqdır” – “bağlıdır”) yoxlanılmalıdır.
Həyəcan təlimləri haqqında aidiyyəti olan başqa təşkilatları xəbərdar etmək üçün məlumatlandırılmalı olan şəxslərin adlarının siyahısı tərtib olunmalıdır.
Həyəcan təlimlərini keçirərkən təlimin təşkilatçılarından başqa heç kəsin həyəcanının təlim xarakteri daşımasından xəbəri olmamalıdır.
Həyəcan təlimindən sonra təlimin rəhbəri iştirakçılarla və texniki-inzibati heyətlə birgə “qəzanın” nəticələrini yekunlaşdırmalıdır. Yoxlama materiallarına əsasən akt tərtib olunur. Bu aktda aşkar olunan nöqsanlar və qüsurlar qeyd edilir və onların aradan qaldırılması üçün tədbirlər müəyyən edilir, vaxt və cavabdeh şəxslər təyin olunur.
Vaxtlı-vaxtında təlimlərin keçirilməsi və nəticələrə əsasən düzəlişlərin olunmasına görə Keyfiyyətin İdarəedilməsi şöbəsinin rəisi cavabdehlik daşıyır.



Yüklə 224,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə