Qəzaların aradan qaldirilmasi plani



Yüklə 224,12 Kb.
səhifə5/8
tarix22.03.2024
ölçüsü224,12 Kb.
#181529
1   2   3   4   5   6   7   8
QƏZALARIN ARADAN QALDIRILMASI PLANI

Növbətçinin vəzifələri:

  • Qəza barədə məlumat aldıqdan sonra Əlavə 3-da verilmiş siyahıdakı şəxsləri və bölmələri şəxsən məlumatlandırmalıdır.

  • İlkin mərhələdə ehtiyac olarsa insanların xilası və qəzanın ləğv olunması üçün əlavə tədbirlər görməlidir, həmçinin qəzanın genişlənməməsi üçün ehtiyac olarsa yeni “İdarəetmə məntəqəsi”ni yaratmalıdır.

  • S.Ə.M. meneceri gəlib çıxandan sonra, onu insanların xilası və qəzanın ləğvi ilə bağlı görülmüş işlər barədə, yeni “İdarəetmə məntəqəsi”-nin yeri barədə məlumatlandırmalı və məsul rəhbərin tabeçiliyində fəaliyyət göstərməlidir.

Struktur vahidinin rəhbərinin vəzifələri:

  • Qəza barədə məlumat aldıqdan sonra dərhal müəssisəyə gəlib məsul rəhbərlərə müvafiq göstərişlər verməlidir.

  • Xəsarət alanlara vaxtında yardımın göstərilməsini təşkil elməlidir.

  • Qəzanın aradan qaldırılması üzrə məsul rəhbərin müraciəti əsasında təcrübəli mütəxəssislərin və fəhlələrin işə cəlb olunmasını, həmçinin, lazımi texniki və maddi vasitələrin qəza yerinə gəlməsini təmin etməlidir.

  • Mal-material və qəza anbarlarının işini təmin etməlidir, həmçinin xilasetmə üçün lazımi avadanlıqların, texniki vasitələrin və materalların qəza yerinə çatdırılmasını təşkil etməlidir.

  • Qəzanın aradan qaldırılması üçün cəlb olunan nəqliyyatın işinə rəhbərlik etməlidir.

  • 6 saatdan artıq görülən qəza işlərində fasılələr təşkil etməlidir.

  • Müvafiq xidmətlərə və orqanlara qəzanın xarakteri və xilasetmə/aradan qaldırılma işləri barədə xəbər verməlidir.

Qəzanın baş verdiyi sahənin rəisinin vəzifələri:

  • QAQP-na əsasən məsul rəhbərin vəzifələrini icra etməlidir.

  • Başqa hallarda qəzaların aradan qaldırılması üzrə məsul rəhbərin tapşırıqlarını yerinə yetirməlidir.

Qəzanın baş verdiyi sahənin rəis köməkçisinin və ya rəisi əvəz edən şəxsin vəzifələri:

  • Təlim keçmiş işçilərdən briqadanı təşkil etməli və onların işlərinə rəhbərlik etməlidir.

  • Məsul rəhbərin göstərişinə əsasən qəzanın yayılmasının qarşını almaq məqsədi ilə texnoloji prosesin və texniki vasitələrin vəziyyətini müəyyən etməlidir.

  • Şəraitdən asılı olaraq texnoloji prosesin normal gedişatını təmin etməlidir. Ərazidə iş sahəsinin rəisin olmadığı hallarda onun vəzifələrini icra etməlidir.




Yüklə 224,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə