Qəzaların aradan qaldirilmasi plani


Əsas texniki qurğuların və tikililərin yerləşməsi planı



Yüklə 224,12 Kb.
səhifə2/8
tarix22.03.2024
ölçüsü224,12 Kb.
#181529
1   2   3   4   5   6   7   8
QƏZALARIN ARADAN QALDIRILMASI PLANI

5. Əsas texniki qurğuların və tikililərin yerləşməsi planı
Planın üzərində insanların xilas olunmasında istifadə olunan texniki və maddi vasitələrin, yanğınsöndürmə avadanlıqlarının, rabitə vasitələri, ventilyasiya sistemləri, boşaltma (evakuasiya) çıxışları, xüsusi texnikanın giriş və manevr etmə yerləri, həmçinin qəzaların nəticələrinin təsiri altında qalan zonalar əks olunmalıdır.


6. QAQP-nin əməliyyat hissəsi
QAQP-nin əməliyyat hissəsi qəza hallarında iş sahələrində xidmət göstərən heyətin və xilas edicilərin hərəkətləri, qəzanın aradan qaldırılması, başqa sahələrə keçməsinin qarşısının alınması, ətraf mühitin mühafizəsi və insanların xilas edilməsinin koordinasiyası üçün tərtib olunur.
Əməliyyat hissəsi tərtib olunarkən, birgə fəaliyyətə cəlb olunan iş sahələrinin və bütün müəssisənin istehsalat heyətinin, yanğından mühafizə və tibbi yardım xidmətlərinin üzvlərinin və lazım olarsa, birgə fəaliyyətlərə cəlb edilən xüsusi xidmətlərin hərəkətlərinin uzlaşması nəzərə alınmalıdır.
Qəzaların aradan qaldırılması planları tərtib olunarkən normal istehsalat şəraitinin və iş rejiminin pozulması da nəzərə alınmalıdır: elektroenerjinin təcrid edilməsi, ventilyasiya sisteminin dayandırılması, enerji mənbələrin verilməsinin dayandırılması (xammal, yanacaq, qaz, su, buxar və s.), texniki avadanlıqların və komunikasiyaların işləməməsi. Həmçinin, QAQP aşağıda göstərilən qəzalara görə də tərtib olunmalıdır: nəqliyyat vasitələrinin, texniki avadanlıqların və kommunikasiyaların partlayışı, metalkonstruksiyaların dağılması, qaz kəmərlərinin partlayışı və dağılması, təbii fəlakət.
QAQP-nin əməliyyat hissəsində qəzaların ortadan qaldırılması və xilasetmə üzrə işlərin rəhbəri müəyyən edilib, göstərilməlidir. Qəzaların ölçüsündən asılı olaraq işə cavabdeh rəhbər, iş sahəsinin rəisi, həmçinin, qəza yerinə təyin olunmuş rəhbərin gəlməsinə qədər müəyyən olunmuş işçi ola bilər.
QAQP-nin əməliyyat hissəsindən çıxarışlar istehsalat heyətinin tanış olması üçün görünən yerdə asılmalıdır. Həmin yerlər SƏM meneceri tərəfindən təyin olunur.
Mümkün edilən qəzaların aradan qaldırılması planlarının əməliyyat hissəsində aşağıdakılar nəzərə alınmalıdır:

  • qəza haqqında xəbərvermə üsulları (həyacan siqnalı, telefon, radiostansiya və s. vasitələr ilə), qəzanın xarakterindən asılı olaraq insanların təhlükəli yerlərdən və sahələrdən çıxma yolları;

  • insanların təxliyyəsinə və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə cavabdeh olan texniki heyətin hərəkətləri;

  • qəza ilə yaxalanmış insanların təxliyyəsi üçün xilasedici xidmətlərin hərəkətləri;

  • elektrik enerjisinin söndürülməsinin, nəql etmə vasitələrinin, aqreqatlarının, qurğularının dayandırılmasının zərurliyi və ardıcıllığı və insanların xilas edilməsinə və qəzaların ağırlaşdırılmasının qarşısının alınmasına xidmət edən digər tədbirlər.

Qəza binalarından insanların çıxması daha təhlükəsiz və qısa yollarla nəzərdə tutulmalıdır.
Binalardan insanların çıxış yolları hər bir iş yeri və qəzanın hər halı üçün qeyd olunmalıdır.
Qəza vəziyyətlərinin aradan qaldırılması planının keçirilməsi tarixi dəyişdirildikdə uyğun şöbənin rəhbəri SƏM menecerinə dəyişiklik barədə yazılı formada məlumat verməli və təlim məşqlərinin keçirilmə tarixinin dəyişilməsinin səbəblərini göstərməlidir. Təlim - məşqlərin keçirilmə tarixi bir aydan çox olmamalıdır. Qəza vəziyyətlərinin aradan qaldırılması planının bir aydan çox müddətə dəyişdirilməsi ancaq təşkilatın rəhbərliyinin icazəsi ilə aparılır.



Yüklə 224,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə