Mövzu 15 Profilaktik iş zamanı kompleks yanaşma



Yüklə 7,61 Kb.
tarix22.03.2024
ölçüsü7,61 Kb.
#181820
növüYazı
Movzu15


Mövzu 15
Profilaktik iş zamanı kompleks yanaşma
Yazılı nitq qüsurlarının aradan qaldırılması ona edilən kompleks (tibbi, pedaqoji və psixoloji) təsirdən asılıdır. Disleksiya və disqrafiyanın aradan qaldırılmasının proqnozu bir sıra şərtlərdən, onun mexanizmindən, kompleks təsirin müddətindən, yaş xüsusiyyətlərindən asılıdır.
Kompleks müalicə- pedaqoji tədbirlər sisteminə medikamentoz müalicə, prosedurlar, müalicəvi idman, loqopedik məşğələlər, loqopedik ritmika, psixoterapiya və tərbiyə tədbirləri daxildir. Bütün müalicə-pedaqoji tədbirləri təsir xarakterinə görə iki tərkib hissəyə ayırmaq olar: müalicə-sağlamlıq, korreksiya-pedaqoji.
Kompleks yanaşmanın tibbi hissəsinə müalicə üçün əlverişli şəraitin yaradılması, gün rejimi və rasional qidalanma, möhkəmləndirmə prosedurları, idman müalicəsi, dərman müalicəsi və fizioterapiya daxildir.
Kompleks yanaşmanın pedaqoji hissəsinə korreksiya pedaqoji- loqopedik iş aiddir. Bu özündə loqopedik məşğələlər sisteminin, loqopedik ritmikanı, tərbiyə tədbirlərini və valideynlərlə işi birləşdirir.
Psixoloji yanaşma yazılı nitq pozulmalarının kompleks müalicəsində mühüm yer tutur. Psixoloji müalicənin əsas vəzifəsi psixoloji pozulmaların aradan qaldırılması, özünü ələ almağa və nitqinə nəzarət etməyə, ətrafla sosial əlaqələrin və öz şəxsi xüsusiyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Məktəbəqədər yaşlı yazılı nitq pozulması olan uşaqlar üçün psixoloji məşğələ zamanı müxtəlif oyunlardan, rəngli didaktik materiallardan, əməkdən, musiqi ritmindən və s. istifadə olunur. Psixoloji yanaşmanın aktivləşmə üsullarından fuksional məşqlər mühüm yer tutur. Onlar sinir və psixoloji prosesləri məşq elətdirir, eyni zamanda aktivliyi və iradəni gücləndirir.
Beləliklə, yazılı nitq pozulmalarının aradan qaldırılması zamanı ona edilən təsirlərin ayrı-ayrılıqda deyil, kompleks şəkildə aparıldığı zaman müsbət və uğurlu nəticələrin əldə edilməsi mümkündür. Bundan əlavə bu şəxslərin sosial adaptasiyası məsələləri pedaqoji və psixoloji kompleks təsir yolu ilə aparılır. Burada ən böyük rol ailənin üzərinə düşür. Ailə və onun psixoloji-pedaqoji təsiri bu şəxslərin tərbiyəsində və düzgün nitqin formalaşmasında ilkin rolu oynayır.
Yüklə 7,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə