Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Əlizadə Aysel Fakültə: İbtidai Təhsil İxtisas



Yüklə 206 Kb.
səhifə1/6
tarix19.12.2023
ölçüsü206 Kb.
#151840
  1   2   3   4   5   6
Əlizadə Aysel QAN DAMAR SİSTEMİ




AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Tələbə: Əlizadə Aysel
Fakültə: İbtidai Təhsil
İxtisas: İbtidai sinif müəllimliyi
Qrup: 2201B
Kurs: I
Müəllim: Həsənova Laura
Fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası
Mövzu: Qan-damar sistemi
Baku-2022
PLAN



  1. Qanın tərkibi, fiziologiyası və yaş xüsusiyyətləri

  2. Qanın hüceyrəvi (formalı) elementləri

  3. Qan qrupları və qan köçürmə

  4. Qanın yaş xüsusiyyətləri

  5. Qan dövranları

  6. Ürək əzələsinin işi və oyanması


Qan-damar sistemi
Qanın tərkibi, fiziologiyası və yaş xüsusiyyətləri. Orqanizmdə maye toxumaları (qan və limfa) daşıyan boru sisteminə damar sistemi deyilir. Damar sistemi qan-damar sistemi və limfa sistemi adlanan iki şöbəyə bölünür. Qan-damar sistemi ürək-damar sistemi də adlanır. Ürək-damar sisteminin mərkəzi hissəsinə ürək, mühiti hissəsinə qan damarları aiddir. Qan damarları arteriyalar, venalar və kapillyarlara bölünür.
Limfa sistemi isə limfa sahələrindən, limfa yollarından və limfoid üzvlərdən ibarətdir. Tərikibində olan qanın keyfiyyətindən asılı olmayaraq ürəkdən mühitə doğru gedən damarlara arteriya, əksinə mühitdən ürəyə gələn damarlara isə vena damarları deyilir. Arteriya ilə venanı birləşdirən tük damarlara isə kapillyarlar deyilir.
Arteriyaların divarı 3 qişadan ibarətdir: daxili – intima qişası, orta – əzələ qişası, xarici – birləşdirici toxuma qişası. İntima qişası endoteliosidlərdən, orta qişa miyosidlərdən və elastiki liflərdən və xarici qişa lifli birləşdirici toxumadan əmələ gəlmişdir.
Venaların divarı da arteriyalar kimi üç qişadan ibarətdir. Lakin arteriyalardan fərqli olaraq bunların divarının orta qişasında elastiki və saya əzələ liflərinin miqdarı az, birləşdirici toxuma lifləri isə çox olur. Buna görə də qan təzyiqi çox aşağı olur. Venalar elastiki olmadığı üçün kəsildikdə tez qanayır.
Kapillyarların divarı nazik birləşdirici toxumadan əmələ gələrək üzəri endotel ilə örtülür. Burada orta qişa olmadığı üçün qan zəif cərəyan edir. Bu isə mübadilə prosesi üçün şərait yaradır.
Qan-damar sistemi açıq və qapalı ola bilər. Qapalı qan-damar sistemində qan ancaq damarlarla hərəkət edir. Açıq qan-damar sistemində qan öz yolunda orqanlar arası boşluqlarada töküldüyü üçün qan həmişə qan-damarları ilə hərəkət etmir. Qan, limfa və toxumarası maye orqanizmin daxili maye mühiti olub onun normal fəaliyyətini təmin edir. Orqanizmdən təzə azad olmuş qan qırmızı şəffaf olmayan mayedir. Onu götürüb, güclü fırlanma imkanı ola sentrafuqoya qoysaq, onda sınaq şüsəsının dibində tünd qırmızı rəngi hücəyrəvi elementlər-eritrositlər, leykositlər və trombositlər qalacaq, üstündə isə açıq çəhrayı rəngli plazması olacaq.
Qan da birləşdirici toxumanin bir növü kimi hüceyrələrdən (formalı elementlərdən) və hücəyrəarası maddədən (plazmadan) ibarətdir. Qanın orqanizmin həyatı üçün fizioloji əhəmiyyəti böyükdür.
1. Qan orqanizmdə qazlar mübadiləsində iştirak edir, yəni ağciyərlərdən oksigeni toxuma və hüceyrələrə, oradan isə karbon qazını ağciyərə daşıyır eritrositlərhemoqlobini.
2. Orqanizmdə müdafiə sisteminin yaranmasında qan mühüm rol oynayır. Orqanizmin daxilinə düşmüş yad cisimləri və zərərli mikroorqanizmləri leykositlər xüsusilə, neytrofillər faqositə etməklə onları məhv edirlər.
3. Bağırsağın divarlarından qana sorulan qida maddələri qan vasitəsilə toxuma və hüceyrələrə çatdırılır.
4. Orqanizmin orqan və sistemləri arasında əlaqə qan vasitəsilə tənzim olunur. Məlumdur ki, daxili sekresiya vəzlərinin ifraz etdiyi bioloji fəal maddələr – hormonlar qanla birlikdə orqanların toxuma və hüceyrələrinə çatdırılır.
5. Orqanizmin istilik tənzimində qanın əhəmiyyəti böyükdür.
6. Qan, maddələr mübadiləsindən sonra əmələ gələn bir çox zərərli məhsulları ifrazat üzvləri vasitəsilə bədəndən kənar edir.
7. Orqanizmin hər hansı yerinin zədələnməsi və yaxud cərrahiyyə əməliyyatları zamanı yaranın sağalmasında qanın mühüm əhəmiyyəti var. İstər sağlam orqanizmin, istərsə də cərrahiyyə əməliyyatından sonra orqanizmin regenerasiyasında qanın həlledici rolu şəksizdir.
8. Travmatik xəstələrdə və cərrahiyyə əməliyyatları zamanı qan lövhəcikləri trombositlərin mühafizə funksiyası çoxdur.
Trombositlər qanın laxtalanma prosesini həyata keçirməklə iri damarların ağzını tutur və qanın orqanizmdən kənar olmasının qarşısını alır. Qan, sümük iliyi, qaraciyər, dalaq və limfa düyünləri qan sisteminə daxildir. Qan və toxumalar arasındakı humoral əlaqəni qan və limfa təşkil edir.
Qanın rənginin qırmızı olması eritrositlərdəki hemoqlobinin hesabına baş verir. Qanın 55-60%-i plazmadan və 40-45%-i formalı elementlərdən ibarətdir. Uşaqlarda isə qanın hüceyrəvi elementləri plazmaya nisbətən bir qədər çoxluq təşkil edir. Qanın duru hissəsi plazma adlanır. Plazma formalı elementlər çökdürüldükdən sonra alınır və onun 90-92% sudan, 8-10%-i quru maddədən yəni əsasən zülallar ( o cümlədən, fermentlər), mineral maddələr, sulu karbon, yağlar, hormonlar, vitaminlər, aminturşuları, qeyri-üzvi birləşmələrdən ibarətdir. Qan plazmasmda həmdə anticisimciklər və antitoksinlər vardır ki, bunlar orqanizmdə yoluxucu xəstəliklərə qarşı müqavimət qüvvəsi yaradır.
Bağırsağın divarından mübadilə məhsullarından aminturşularınm, yağların, sulu karbonların, hormonların, vitaminlərin, metalların və duzların toxuma və hüceyrələrə nəql olunmasında, orqanizmin osmotik təzyiqinin sabit saxlanılmasında, eləcə də mühafizə funksiyasının həyata keçirilməsində qanın plazmasının mühüm rolu var. Orqanizmdə qanın təxminən 40-50%-i qan depolarında yəni dalaq, qaraciyər, dərialtı damar kələfi, və ağciyərlərdə olur ki, burada da qan zəif dövr edir. Qanaxma zamanı orqanizmdə qanın 1/3 hissəsi itərsə ölüm baş verir.

Yüklə 206 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə