Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Əlizadə Aysel Fakültə: İbtidai Təhsil İxtisas



Yüklə 206 Kb.
səhifə4/6
tarix19.12.2023
ölçüsü206 Kb.
#151840
1   2   3   4   5   6
Əlizadə Aysel QAN DAMAR SİSTEMİ

Qanın yaş xüsusiyyətləri. Yenidoğulmuş körpənin ümumi bədən kütləsinin 15%-ni qan təşkil edir, bir yaşında bu göstərici 11%-ə enir. Anabətn inkişafının əvvəlində damarların daxili divarında ilkin qan hüceyrələri formalaşır. Körpələrin 1 mm3 qanında 7,2 mln. eritrositlər olur. Sonrakı aylar onların sayı azalaraq 5-6 aylığında 4-4,5 mln. çatır. Yenidoğulmuşlarda və məktəb yaşlılarda nüvəsiz eritrositlərlə yanaşı, çoxlu nüvəli eritrositlərə rast gəlinir. Nüvəli eritrositlər eritroplastlar adlanır. Yenidoğulmuşların qanında 1 mm3 qanında 29000-ə qədər leykosit olur. Bu yüksək göstərici bir ay müddətində təqribən 10-11,5 minə qədər enir və 1 il dəyişmir. İkinci ildən leykositlərin miqdarı tədricən enməyə başlayır, 12-14 yaşında isə 7-8 min olur.
Körpələrdə leykositlərin miqdarının çox olmasına baxmayaraq, onların faqositoz fəallığı yaşlılardakına nisbətən zəifdir. Elə bu səbəbdən də körpə orqanizmi müxtəlif yoluxucu xəstəliklərə həssas olur, daha doğrusu, immun sisteminin zəif olmasından xəstəliklərə daha tez tutulurlar. Lakin bu çatışmamazlıq ana südü ilə aradan qaldırılır. Ana südünün tərkibində çoxlu miqdarda anticisimciklər funksiyasını daşıyan qammaqlobulin (qlobulin) olur ki, o da uşağın orqanizminə keçərək müdafiə sisteminin yaranmasında iştirak edir.
Körpə dünyaya gələndə onun 1 mm3 qanında orta hesabla 219 min trombosit olur. Yaşlılarda bu göstərici 200-400 minə bərabərdir. Qanın hüceyrələrinin miqdarı təkcə yaşla əlaqədar deyil, xarici mühit amillərinin təsirindən, sevincdən, həyəcandan və ekstremal vəziyyətdən asılı olaraq dəyişə bilir. Uşaq böyüdükcə qlobulinlərin miqdarının azalması, albuminlərin miqdarının artması müşahidə olunur. Uşaqların qanında qeyri-üzvi maddələrdən natrium az, kalium isə çox olur.
Yaş artdıqca bunların miqdarında tərs mütənasiblik özünü göstərir. Ürək-damar sistemi. Qan dövranı, qanın hərəkəti və təzyiqi Ürək –yastılaşmış konusabənzər tək əzələvi üzv olub, döş boşluğunda, ağ ciyərlərin arasında, diafraqmanın vətər mərkəzi üzərində, assimetrik vəziyyətdə, çəp istiqamətdə yerləşir. Ürəyin uzunluğu təxminən 10-15 sm, qalınlığı 8-11 sm-ə qədər olub, çəkisi 250-300 qram arasında, kişilərdə orta hesabla 300 q, qadınlarda 250 qrama qədər ola bilər. Qulaqcıqların divarının qalınlığı 2-3 mm, sol mədəciyinki isə 12-15 mmdir.
Ürəyin divarları üç qişadan təşkil olunmuşdur: 1) daxili qişa – endokard, 2) orta qişa – miokard, 3) xarici qişa – epikard. Ürək xaricdən ürək kisəsi – perikard ilə əhatə olunur. Ürəyin əzələ qişası quruluşca eninəzolaqlı əzələ toxumasından əmələ gəlmişdir. Lakin vəzifə etibarilə qeyri-iradidir. Ürək əzələsi skelet əzələlərindən əzələ liflərinin arasındakı fizioloji atmaların olması ilə fərqlənir. Ürəyin yuxarı, sağa və dala baxan enli ucu əsası, aşağı sola və önə baxan ucu zirvəsi adlanır. Ürəyin 2 səthi ön döş qabırğa və dal aşağı diafraqma səthləri vardır. Ürək xaricdən ön və dal mədəcikarası və tac şırımlar vasitəsilə dörd kameraya bölünür. Yuxarı hissələrinə sağ və sol qulaqcıq, aşağı hissələrinə sağ və sol mədəcik deyilir.
Kiçik qan dövranı sağ mədəcikdən, böyük qan dövranı isə sol mədəcikdən başlayır. Bunların başlanma yerində ağciyər arteriyası və aortanın arterial dəlikləri yerləşir. Qulaqcıqlarla mədəciklər arasındakı qapağa taylı qapaq, ağciyər arteriyası və aorta dəliyindən olan qapağa isə aypara qapaq deyilir. Ürək qapaqları qanın bir istiqamətdə, qulaqcıqlardan mədəciklərə, mədəciklərdən damarlara axmasını təmin edir. Bəzi xəstəliklər zamanı ürək qapaqlarında çatmamazlıq əmələ gəlir ki, buna ürək qüsuru deyilir.
Ürək əzələləri eninə zolaqlı, əzələlərdən hesab olunur. İnsan rüşeyminin 3-4 həftəliyində ürək iki endotelial boru şəklində əmələ gəlir , sonra isə bu borular birləşərək iki kameralı (qulaqcıq və mədəcik) ürəyə çevrilir. İnkişafın 6-cı həftəsində qulaqcıq arakəsmə ilə sağ və sol kameralara ayrılır, iki aylıqda isə mədəcik iki hissəyə bölünür. Rüşeymin ümumi kütləsi 1 q olduqda ürək kütləsi 10 mq olur, uşaq anadan olduqda isə ürəyin kütləsi 20 q-a bərabər olur, uzunluğu 3,3 sm-ə, eni 2,2 sm-ə yaxın olur.
Anadan olandan sonra 1-ci il qulaqcıqların böyüməsi mədəciklərin böyüməsindən üstün olur, sonra onlar təxminən eyni səviyyədə böyüyür, 10 yaşdan sonra isə mədəciklərin böyüməsi qulaqcıqların böyüməsindən daha intensiv gedir. Rüşeym dövründə qanın və qan damarlarının inkişafı lakunar və plasentar mərhələləri keçirir. Embrionun ilkin inkişafında qan xüsusi lakunlar şəklində əmələ gəlir, sonra tədricən qan hüceyrələri differensiallaşır.
İnkişafın 2-ci aylığından isə döldə plasentar qan dövranı başlayır və anadan olanadək bu dövran dəyişmir. Döl anadan olandan sonra cift qan dövranı – neofetal qan dövranı ilə əvəz olunur. Bu qan dövranı insanın ömrünün axırına kimi fəaliyyət göstərir. Dölün qan dövranı - Döl ana bətnində olub, ağciyərləri ilə tənəffüs etmədiyi üçün kiçik qan dövranı olunur.
Döl həyat fəaliyyəti üçün lazım olan maddələri və O2-ni ana qanından alır. Döl qanının CO2 və mübadilə məhsullarından azad olması O2 və qidalı maddələrlə zənginləşməsi sifi (plasenta) adlanan xüsusi üzvdə gedir. Cift 500qr ağırlığında nəlbəki boyda olub uşaqlığın selikli qişası və dölün xovlu qişalarında inkişaf edir və köbək arteriyası vasitəsilə döllə rabitədə olur. Köbək ciyəsinin tərkibində bir cüt köbək arteriyası və bir köbək venası gedir. Köbək arteriyaları döldən arterial və venoz, yəni qarışıq qanı ciftə gətirir. Köbək venası isə ciftdən arterial qanı dölə aparır. Anadan uşaqlıq arteriyası ilə gələn arterial qan ciftdə olan xovarası sahəyə tökülür. Köbək arteriyaları xovların içərisində kapliyar sisteminə keçir. Döl qanı ilə ana qanı kapliyarların və xovların divarları vasitəsilə bir-birindən ayrılır. Osmos və diffuziya nəticəsində ana qanından O2 və qida maddələri döl qanına döl qanından isə CO2 və mübadilə məhsulları ana qanına keçir. nəticədə əmələ gələn arterial qan köbək venaları ilə dölə doğru gedərək dölün, qarın boşluğuna daxil olur. Köbək venası 2 şaxəyə ayrılır ki, bunlardan biri qapı venasına, digəri isə aşağı boş venaya açılır.

Yüklə 206 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə