Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Əlizadə Aysel Fakültə: İbtidai Təhsil İxtisas



Yüklə 206 Kb.
səhifə5/6
tarix19.12.2023
ölçüsü206 Kb.
#151840
1   2   3   4   5   6
Əlizadə Aysel QAN DAMAR SİSTEMİ

Qan dövranları. Ürək-damar sistemini böyük və kiçik dövran adlı iki qan dövranı təşkil edir. Böyük qan dövranı aorta vasitəsilə ürəyin sol mədəciyindən başlayır və qanı bədənin bütün orqan və toxumalarına çatdırır, qaz və maddələr mübadiləsi burada həyata keçir. Baş, boyun və kürək nahiyələrini aortadan ayrılan ümumi yuxu və körpücükaltı arteriyaları qanla təchiz edir. Aorta böyük və kiçik arteriyalara ayrılaraq bədənin digər hissələrinə də qan daşıyır. Toxumalarda arterial qan venoz qana çevrilərək, yuxarı və aşağı baş venalar ilə ürəyin sağ qulaqcığında, oradan da sağ mədəciyə keçir. Beləliklə, qanın sol mədəcikdən çıxıb bədənin bütün arteriyaları, kapilyarları və venaları ilə sağ qulaqcığa qədər keçdiyi yola böyük qan dövranı deyilir. Karbon qazı ilə zəngin olan bu qan ürəyin sağ qulaqcığından sağ mədəciyinə tökülür ki, ordan da kiçik qan dövranı başlayır.
Kiçik qan dövranı-buna ağciyər qan dövranı da deyilir. Qan ürəyin sağ mədəciyindən ağciyər kötüyü ilə bağlanır. Bu zaman ağciyərlərdə karbon qazı ilə zəngin venoz qan kapillyarlar vasitəsilə alveollara, oksigen isə alveollardan qana keçərək arterial qana çevrilir. Oksigenlə zənginləşmiş arterial qan ağciyər venalarının vasitəsilə ürəyin sol qulaqcığına daxil olur. Sonra qan sol qulaqcıqdan sol mədəciyə, oradan aortaya və böyük qan dövranına keçir. Beləliklə, qanın sağ mədəcikdən çıxıb, ağciyər arteriyalarını, kapilyarlarını və venalarını dolanaraq ürəyin sol qulaqcığına qədər keçdiyi yola kiçik qan dövranı və yaxud ağciyər qan dövranı deyilir.
Qanın dövr etmə müddəti onun böyük və kiçik qan dövranlarından keçib başa çatması vaxtı nəzərdə tutulur. İnsanlarda qanın dövr etmə müddəti, orta hesabla 27 saniyəyə başa çatır. Bu müddətin 5 saniyəsi qanın kiçik qan dövranından, 22 saniyəsi isə böyük qan dövranından keçməsinə sərf olunur Mədəciklərin divarları, qulaqcıqların divarından gördükləri işə görə artıq olduğu üçün divarları qalın olur. Ürəyin yığılarkən yaratdığı təzyiq nəticəsində qan damarlara qovulur və onların içərisində hərəkət edir.
Ürəyin yığılmasına sistola, boşalmasına isə diastola deyilir. Orta yaşlı şəxslərdə sakit halda ürək dəqiqədə 70-75 dəfə döyünür. Orqanizmin fərdi xüsusiyyətindən, yaşdan və s., asılı olaraq ürək döyünmələrinin sayı müxtəlif olur. Məsələn, 1 yaşa qədər olan uşaqlarda 120, 10 yaşlı uşaqlarda 90, 20 yaşdan yuxarı 60-70 olur. Hər bir ürək döyünməsi 3 fazadan – birinci qulaqcıqların yığılması mədəciklərin boşalması, ikinci mədəciklərin yığılması qulaqcıqların boşalması, üçüncü mədəciklərlə qulaqcıqların eyni vaxtda boşalması (buna ümumi diastola deyilir) fazalarından ibarət olur. Müəyyən edilmişdir ki, sakit halda bir dəqiqədə ürək döyünməsinin sayı orta hesabla 75 olarsa, onda hər ürək döyünməsinə 0,8 saniyə vaxt lazım gəlir. Bu vaxtın 0,1 saniyəsi qulaqcıqların sistolasına, 0,3 saniyəsi mədəciklərin sistolasına, 0,4 saniyəsi ümumi pauzaya sərf olunur.

Yüklə 206 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə