Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Bölmə II  2. Yanğın təhlükəsizliyinin əsas tələbləri



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə8/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   4   5   6   7   8   9   10   11   ...   244
Neft qaz yangin tehlukesizlik

Bölmə II 
2. Yanğın təhlükəsizliyinin əsas tələbləri 
2.1. Ərazilərə, istehsalat və inzibati binalara, otaqlara və
avadanlıqlara olan yanğın təhlükəsizliyi tələbləri 
2.1.1 
Müəssisələrin və obyektlərin əraziləri, istehsalat otaqları və avadanlıqları daim təmiz və 
qaydasında saxlanılmalıdır.
2.1.2
İstehsalat ərazisinin, otaqların və avadanlıqların asan alışan və yanar maddələrlə (AAM 
və YM), zibil və istehsalat qalıqları ilə çirklənməsinə yol verilməməlidir. Ətraf mühitə zərər verə 
biləcək maddə və materiallrın yandırılmasına yol verilməməlidir, istehsalat qalıqları, zibil, quru 
ot yığılmalı və xüsusi yerlərə daşınmalıdır. 
AAM və YM torpağa hopmuş yerlər təmizlənməli, həmin yerlərə quru qum tökülməlidir.
2.1.3
Müəssisələrin ərazisində, açıq anbar və çuxurlarda AAM və YM saxlanılmasına yol 
verilməməlidir.
2.1.4
Müəssisələrin ərazisində yerləşən partlayış-yanğın təhlükəli obyektlərin və tikililərin 
ətrafında radiusu 5m-dən az olmayan zonada otlar vaxtaşırı biçilməli və yanğından təhlükəsiz 
yerlərə daşınmalıdır. Həmin zonada yanar materialların saxlanılması qadağandır. 
2.1.5 
Partlayış-yanğın təhlükəli obyektlərin önündə yanğınsöndürmə vasitələrinin yerini gös-
tərən lövhələr asılmalıdır. 
2.1.6
Keçidlərin və yolların bir hissəsinin bağlanmasına (məsələn, yolun təmiri məqsədi ilə) və 
kənar yolların düzəldilməsinə, aparılacaq işin yeri, xüsusiyyəti və icra müdddəti göstərilməklə 
müəssisə rəhbərinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti ilə 
razılaşdırılmış icazəsindən sonra yol verilir. 
2.1.7 
Yollar qazılarkən, eni 3.5m az olmayan keçidlər saxlanılmalı, xəndəklər üzərində kör-
pülər quraşdırılmalıdır. Keçidlərin saxlanılması mümkün olmayan hallarda yanğın maşınlarının 
hərəkəti üçün eni 3.5m-dən az olmayan dolayı yollar çəkilməlidir.
Bu hallarda istifadə olunan hərəkət işarələri müvafiq normativ-texniki sənədlərin tələblərinə 
uyğun olmalıdır.
2.1.8 
Müəssisədə, yanğından mühafizə xidməti ilə razılaşdırılmış, siqaret çəkmək üçün xüsu-
si yerlər ayrılmalıdır. Bu yerlər kanalizasiya quyularından, hidravlik qurğulardan, neftvurma 
nasos stansiyalarının binalarından 20 m-dən az olmayan, neft çənləri parkından və ayrı 
dayanmış neft çənlərindən, açıq neft tutucularından, siyirtmələrin manifold qovçaqlarından, 
neftin boşaldılması və doldurulması və boşaldılması üçün dəmir yolu estakadalarından isə 50 
m-dən yaxın olmayan məsafədə müəyyən edilməlidir. 
Həmin yerlərdə “Siqaret çəkmək üçün yer” yazılan lövhə asılmalı, su ilə dolu tutum və ya 
qum yeşiyi qoyulmalıdır.
2.1.9
Partlayış təhlükəli otaqlardakı telefon aparatları və onlara qoşulan xəbərverici qurğular, 
həmin otaqlarda əmələ gələ bilən partlayış təhlükəli qarışıqların kateqoriya və qrupuna uyğun 
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə