Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Fəhlə və mühəndis-texniki işçilərin yanğın təhlükəsizliyi



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə5/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   2   3   4   5   6   7   8   9   ...   244
Neft qaz yangin tehlukesizlik

1.5 Fəhlə və mühəndis-texniki işçilərin yanğın təhlükəsizliyi
məsələləri üzrə öyrədilməsi və təlimatlandırılması 
1.5.1
Fəhlə və mühəndis-texniki işçilərin (MTİ) yanğın təhlükəsizliyi məsələləri üzrə 
öyrədilməsi və təlimatlandırılması müəssisənin rəhbərliyi tərəfindən verilən əmrlə, qüvvədə 
olan qaydaların tələblərinə uyğun təşkil olunmalıdır. 
Müəssisələrdə bütün fəhlə, qulluqçu və MTİ-ləri ilə yanğın təhlükəsizliyi üzrə giriş və təkrar 
təlimat, əlavə olaraq yanğın texniki minimumu üzrə proqrama uyğun olaraq məşğələlər 
keçirilməlidir. İşçilərin iş yerində təlimatlandırma proqramına uyğun olaraq əməyin 
təhlükəsizliyi üzrə təlimatlandırma ilə birlikdə aparıla bilər .
1.5.2
Müəssisə rəhbəri öz əmri ilə təyin edir: 



-yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularının istismarı və saxlanılması üzrə cavabdeh 
şəxsi;
-yanğın-texniki minimum proqramı üzrə işçilərin təlim keçəcək sex və ya peşələrin siyahısını; 
-yanğına qarşı təlimatlandırmanı və yanğın-texniki minimum üzrə məşğələləri aparacaq 
işçilərin siyahısını; 
-yanğın təhlükəsizliyinə dair təlimatlandırmanı və yanğın-texniki minimum üzrə məşğələlərin 
keçirilmə yerlərini; 
-yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmış və yanğın-texniki minimum proqramı üzrə öyrə-
dilmiş şəxslərin qeydiyyatının aparılma qaydasını; 
1.5.3
Müəssisəyə işə qəbul edilən bütün işçilər, həmçinin təcrübəyə göndərilmiş, ezam edilmiş 
və müvəqqəti işə qəbul edilmiş bütün şəxslər yanğın təhlükəsizliyi üzrə giriş və ilkin təlimat 
keçməlidirlər. Təlimatlandırma 
5 saylı Əlavədə
göstərilən forma üzrə rəsmiləşdirilməlidir. 
1.5.4
Yanğın təhlükəsizliyi üzrə ilkin təlimatlandırma bu məqsədlə xüsusi otaqlarda 
keçirilməli, təlimatlandırılan işçilər aşağıdakı məsələlərlə tanış olmalıdırlar: 
- ümumi təhlükə və yanğınların baş vermə səbəbləri ilə; 
- müəssisənin ərazisində və obyektlərində həyata keçiriləcək yanğından mühafizə tədbirləri ilə; 
- müəssisədə olan yanğınsöndürmə vasitələrinin istifadə qaydaları ilə; 
- yanğın baş verən hallarda hansı vacib olan əməli hərəkətlərin həyata keçirilməsi ilə. 
1.5.5
Giriş təlimatlandırmanı müəssisənin əməyin mühafizəsi xidməti və FHN-nin Dövlət 
yanğından Mühafizə Xidmətinin yerli yanğından mühafizə hissələri, ilkin təlimatlandırılma isə 
müəssisənin istehsalat bölmə, sex, sahə və xidmət rəisi və ya müavinləri tərəfindən keçirməlidir. 
Giriş təlimatlandırılması 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə