Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Əlavə 7 ).  2.4 Nəzarət və avtomatika vasitələri



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə14/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   10   11   12   13   14   15   16   17   ...   244
Neft qaz yangin tehlukesizlik

Əlavə 7
). 
2.4 Nəzarət və avtomatika vasitələri 
2.4.1
Nəzarət və avtomatika vasitələrinin quraşdırılması və istismarı «Pravila texniçeskoy 
ekspluatasii elektroustanovok potrebiteley» və «Pravila texniki bezopasnosti pri gkspluataüii 
elektroustanovok potrebiteley» qaydalarının tələblərinə cavab verməlidir.
2.4.2 
Texnoloji proseslərin avtomatik nəzarət, idarəetmə və tənzimləmə qurğularının istisma-rı 
zamanı aşağıdakılara əməl olunmalıdır:
- texnoloji avadanlıqların avtomatlaşdırma vasitələri və sistemləri ilə tam təhciz olunmasına; 
- avtomatlaşdırma vasitələrinin sınağının prosesin yanğın (cihazların növü, onların mühafizə 
və quraşdırılma üsulları) təhlükəliliyi sinfinə, partlayış təhlükəli qarışıqların qrup və 
kateqoriyasına uyğun seçilməsinə; 
- yanğınların aşkar edilməsı, lokallaşdırılması və söndürülməsi sistemlərinin mövcudluğuna; 
- istismar prosesində işin etibarlılığı və müntəzəmliliyinin təmin edilməsinə
- nəzarət-ölçü və avtomatika cihazları (NÖC vəA) yerləşən otaqların yanğın təhlükəsizliyi 
tələblərinə cavab verməsinə; 
- avtomatlaşdırma sistemlərinin istismarı prosesində yanğına qarşı tələblərə riayət olunma-
sına; 
2.4.3
Layihəyə və texnoloji reqlamentə uyğun olaraq, istehsalat qurğuları lazımi nəzarət-ölçü, 
avtomatik mühafizə vasitələri ilə, partlayış-yanğın təhlükəsinin yaranmasını əks etdirən 
parametrlərin (temperatur, təzyiq, mayenin səviyyəsi və s.) tənzimlənməsi sistemləri ilə təmin 
olunmalıdır. 
2.4.4
Partlayış-yanğın təhlükəli otaqlarda və xarici qurğularda elektirik dövrəli avtomatik ci-
hazların tətbiqinə o halda icazə verilir ki, onlar partlayış təhlükəli və mədən elektrik 
avadanlıqlarının hazırlanması Qaydalarının tələblərinə uyğun olsun, bu cihazların qeyd olunan 
otaqlarda və xarici qurğularda yarana bilən partlayış təhlükəli qarışıqların qrup və 
kateqoriyasına uyğun olan partlayışdan mühafizə markalanması (nişanı) olsun. 
2.4.5 
Bütün nəzarət-ölçü, avtomatika və tənzimləmə cihazları növbə rəisinin icazəsi ilə, 
yanğın təhlükəsizliyi tələblərinə riayət etməklə, sınaqdan keçirilməli və tənzimlənməlidir. 
2.4.6
Partlayış-yanğın təhlükəli sexlərdə NÖC və A cihazlarının təmiri zamanı açıq oddan (le-
himləmə, qaynaq və s.) istifadə etmək və yüksək temperatur şəraitində təmir işlərini aparmaq 
qadağandır. 
2.4.7 
Avadanlıqlarda quraşdırılan cihazlarda parametrlərin buraxıla bilən məhdudiyyət göstə-
riciləri, bu cihazların təmirini həyata keçirən müəssisənin və ya dövlət nəzarətçisinin plombu və 
ya möhürü olmalıdır. 
NÖC və A vasitələri olmadıqda və ya nasaz olduqda avadanlıqların, aparatların və boru 
kəmərlərinin istismarı qadağandır. 
 2.4.8 
Avtomatikanın yerli şitləri otağın yanğın təhlükəliliyi sinifinə uyğun hazırlanmış şkaf-
larda quraşdırılmalıdır. Şkaflar qıfılla bağlanmalı, açar isə avtomatika vasitələrinə xidmət edən 
işçilərdə olmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə