Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


 Anbarlara, qazanxanalara və köməkçi binalara (otaqlara) olan



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə15/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   11   12   13   14   15   16   17   18   ...   244
Neft qaz yangin tehlukesizlik

2.5 Anbarlara, qazanxanalara və köməkçi binalara (otaqlara) olan 
yanğıntəhlükəsizliyi tələbləri
.
 
2.5.1 Kimyəvi maddələr anbarı 
2.5.1.1 
Kimyəvi maddələr saxlanılan anbarların xidməti heyəti kimyəvi maddələrin və reak-
tivlərin saxlanılması üzrə təhlükəsizlik qaydalarını bilməlidir.
2.5.1.2
Kimyəvi maddələr xüsusiyyətlərinə görə (yanğın təhlükəli, zəhərli, kimyəvi aktiv və 
s.) yerləşdirilməli və yerləhşdirilmə planı işlənib hazırlanmalıdır. 
2.5.1.3 
Təhlükəsizlik baxımından eyni fiziki-kimyəvi xassəli və yanğın təhlükəli kimyəvi 
maddələr bir yerdə saxlanılmalıdır 
(Əlavə 8). 
Bunun üçün anbarlar biri birindən yanmayan divarlarla (yanğınaqarşı arakəsmələrlə) ayrılmış 
otaqlara bölünməlidir. 
2.5.1.4
Kimyəvi maddələr saxlanılan anbarlarda kimyəvi maddələrin saxlanılması ilə əlaqədar 
olmayan işlərin aparılması qadağandır. 



2.5.1.5
Güclü təsir edici zəhərli maddələrin (GTZM) saxlanılmasına bü növ maddələrin 
saxlanılmasına dair xüsusi qaydalara riayət etməklə icazə verilir. 
2.5.1.6
Kimyəvi maddəllərlə bağlı işlər ehtiyyatla, səliqəli və onların qablaşdırılma taraları 
zədələnmədən aparılmalıdır. Kimyəvi maddə olan hər bir qabın, tutumun üzərində kimyəvi 
maddənin adı göstərilən yazısı (birkası) olmalıdır. 
2.5.1.7
Hava, su, yanar maddələrlə təmasından öz-özünə alışma qabiliyyəti olan və yaxud 
partlayış təhlükəli qarışıq əmələ gətirən kimyəvi maddələr yuxarıda qeyd olunan maddələrlə bir 
yerdə saxlanılmamalı, yüksək temperaturun təsiri və mexaniki zədələnmə ehtimalı olmayan 
xüsusi şəraitdə saxlanılmalıdırlar.
Güclü təsiredici xüsusiyyətləri olan oksidləşdirici maddələr (maqnezium-xlorat, hidrogen 
peroksid və s.) digər kimyəvi maddələrdən ayrı saxlanılmalıdır. 
2.5.1.8 
Kimyəvi maddələrin çəkilməsi xüsusi çəki otaqlarında aparılmalıdır. Dağılmış və ətra-
fa səpələnmiş maddələr təcili olaraq yığışdırılmalı və zərəsizləşdirilməlidir. Qablaşdırma 
materialları xüsusi otaqda saxlanılmalıdır. 
2.5.1.9
Yanğın zamanı yüksək temperatur təsirindən ərimə xüsusiyyəti olan kimyəvi maddələr 
saxlanılan otaqlarda əriyən kimyəvi maddələrin sərbəst axmasına qarşı tədbirlər görülməlidir: 
otaqlarda panduslar, bortlar nəzərdə tutulmalıdır. 
2.5.1.10
Kimyəvi maddələr saxlanılan qablar, tutumlar, çəlləklər açıq meydançalarda, qrup 
halında və hər bir qrupda 100 ədəddən çox olmamaq şərti ilə yerləşdirilməli və qruplar 
arasındakı məsafə 1 m-dən az olmamalıdır. Hər qrupda eyni növ (eyni xassəli) kimyəvi maddələr 
saxlanılmalı və qruplar müvafiq yazılarla işarələnməlidir. Meydançalar hamarlanmalı və 
çəpərlənməlidir. Açıq medançada saxlanılan kimyəvi maddələrlə dolu tutumlar günəş 
şüalarından qorunmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə