Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Yanar qaz balonları digər oksigen, sıxılmış hava, xlor və s. balonlardan ayrıca ola- raq saxlanılmalıdır.  2.5.2.12



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə17/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   13   14   15   16   17   18   19   20   ...   244
Neft qaz yangin tehlukesizlik

2.5.2.11
Yanar qaz balonları digər oksigen, sıxılmış hava, xlor və s. balonlardan ayrıca ola-
raq saxlanılmalıdır. 
2.5.2.12
Partlayış təhlükəli stansiya otaqlarında sıxılmış qaz balonları və yanar qaz balonları 
saxlanılan otaqda hava-qaz qarışığının partlayış həddini bildirən siqnalizasiya cihazı quraşdırıl-
malıdır. Siqnalizasiya cihazı olmadıqda, otağın hava nümunəsinin analizi aparılmalıdır. 
2.5.2.13
Balonları anbarlara yığarkən, balonların bir-birinə dəyməsinə, balon başlığının düş-
məsinə və balonun yerə yıxılmasına yol verilməməlidir. 
2.5.2.14 
Yanar qaz balonları saxlanılan anbarlara dabanında dəmir nalı olan ayaqqabı ilə da-
xil olmaq qadağandır. 
2.5.2.15 
Anbarda hava-qaz qarışığının partlayış təhlükəli həddə çatmaması üçün yanar qaz 
ba-lonları saxlanılan anbarlarının otaqları ventilyasiya sistemi ilə təchiz olunmalıdır. 
Ventilyasiya sistemi olmayan anbarların istismarı qadağandır. 
2.5.2.16 
Yanar qaz balonları saxlanılan anbarlarının qızdırılmasına yanlnız su, aşağı təzyiqli 
buxar və yaxud hava qızdırıcı sistemlərlə icazə verilir. 
2.5.2.17 
Balon saxlanılan anbarların pəncərəsindən ğünəş şüalarının bir başa balonlara təsir 
etməsininn qarşısını almaq üçün pəncərə şüşələri ağ boya ilə rənglənməli və yaxud ğünəş 
şüalarına qarşı qoruyucu vasitələr quraşdırılmalıdır. 
2.5.2.18
Balon saxlanılan anbarlarında tez alışan və partlayış təhlükəli materialların, eləcədə 
digər qazla doldurulmuş balonların saxlanılması qadağandır. 
2.5.2.19 
Anbarda saxlanılan balonlardan 10metr radiusda asan alışan materialların saxlanıl-
ması, eləcədə açıq odla işlərin yerinə yetirilməsi qəti qadağandır. 
2.5.2.20
Oturacağı olan dolu yanar qaz balonları şaquli vəziyyətdə saxlanılmalıdır. 
Balonların aşmasının qarşısını almaq üçün onlar xüsusi qəfəsli qutularda yerləşdirilməli və ya 
çəpərlənməli-dir. 
2.5.2.21 
Oturacağı olmayan balonlar üfqi vəziyyətdə, ağacdan hazırlanmış çərçivədə saxlanıl-
malıdır. Balonlar sıra ilə düzülməli, sıraların hündürlüyü 1.5 m-dən hündür olmamalıdır. Balon-
ların ventilləri bir istiqamətdə qoruyucu qapaqla bağlanmalıdır. 
2.5.2.22 
Oksigen balonlarının saxlanılmasında və daşınmasında piylərin və yağa bulaşmış 
ava-danlığın balonların üzərinə düşməsinə və toxunmasına icazə verilmir. Əl ilə ventildən tutub 
oksigen balonunu çevirmək qəti qadağandır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə