Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə19/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   15   16   17   18   19   20   21   22   ...   244
Neft qaz yangin tehlukesizlik

2.5.4 Çənlər və çən parkları 
2.5.4.1 
Çənlər və çənlər parkının istismarı və təmiri qüvvədə olan müvafiq rəhbər sənədlərin 
tələblərinə uyğun aparılmalıdır. Çənlər parkı layihəyə uyğun xüsusi ayrılmış ərazidə 
yerləşdirilməlidir. 
2.5.4.2
 
Çən parkları stasionar və avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz olunmalıdır. 
Neft məhsulları saxlanılan çənləri günəş şüalarından qorumaq üçün açıq rəngli boyalarla 
rəngləmək lazımdır. 
2.5.4.3
Çən parkları ərazisinə avtonəqliyyat vasitələrinin daxil olmasına yalnız təmir işlərinin görülməsi 
zamanı icazə verilir. Hər bir halda təmir işlərinin görülməsi üçün icazə-buraxılış vərəqəsi baş mühəndis 
tərəfindən verilməlidir.
2.5.4.4
Sutkanın qaranlıq və gecə vaxtı çən parkları yerləşən ərazi, parkların xaricində quraşdırılmış 
çıraqlar və ya projektorlar vasitəsilə işıqlandırılmalıdır. Çən parkının içərisində partlayış mühafizəli nəzarət və 
avtomatika qurğuları, siyirtmələrin elektrik intiqalları və yerli işıqlandırma cizahları istisna olmaqla digər 
elektrik avadanlıqlarının quraşdırılması və elektrik kabel xəttlərinin çəkilməsi qadağandır. Hava elektrik 
ötürücü xəttləri çən parkından 100m-dən az olmayan məsafədən keçməlidir. 
2.5.4.5
Çənlər parkında çənlər arasında boru xətləri elə quraşdırılmalıdır ki, qəza zamanı 
məhsulun bir çəndən digər çənə nasoslarla vurulma imkanı olsun. 
Çən parkında çənlər arasında boru xətləri elə quraşdırılmalıdır ki, qəza zamanı məhsulun çəndən çənə vurulması imkanı olsun.
2.5.4.6
Neft və neft məhsulları çənin daxilindəki maye qalığı səviyyəsindən aşağıya vurulmalı və beləlik-lə 
neftin sıçramasına və güclü qarışmasına yol verilməməlidir. Doldurucu boru ilə çənin dibi arasında məsafə 
200 mm-ə qədər olmalıdır. 
Boş çən neft məhsulları ilə doldurulan zaman səviyyə doldurucu borunun ucuna çatana qədər, mayenin 
vurulma sürəti 1m/san-dən çox olmamalıdır. 
2.5.4.7
Çən parklarının işçiləri istismar əməliyyatlarında və eləcə də qəza, yanğın baş verdikdə cəld və 
səhvə yol vermədən lazımi açıb-bağlama işlərini yeinə yetirmək üçün boru kəmərlərinin yerləşməsini və bütün 
siyirtmələrin təyinatını bilməlidir. Çənlərə xidmət edən operatorların otağında boru kəmərlərinin və 
siyirtmələrin yerləşmə texnoloji sxemi asılmalıdır. 
2.5.4.8 
Çənlərin istismarı vaxtı tənəffüs klapanlarının alışmanın qarşısını alan odkəsicilərinin saz vəziy-
yətdə olmasına daima nəzarət edilməlidir. Odkəsicilərinin vəziyyətinə ayda 1 dəfədən az olmayaraq, havanın 
temperaturu 0°C-dən yuxarı olduqda isə ayda iki dəfədən az olmayaraq baxış keçirilməlidir. Baxışların 
nəticələri xüsusi jurnalda qeyd edilməlidir.
2.5.4.9
Qızdırılmış və ya isti hava şəraitində uzun müddət saxlanılan nefti çənə vurarkən, doldurma 
səviyyəsi neftin genişlənmə əmsalı nəzərə alınmaqla müəyyən edilməlidir. Çəndə soyuq neft məhsulunun 
həcmi çənin həcminin 95%-dən, mayeləşdirilmiş qazın isə 83%-dən artıq olmamalıdır.
2.5.4.10
Səviyyə ölçüldükdən, nümunə götürüldükdən sonra çənin damına tökülmüş neft dərhal 
təmizlənməli, çənin damı isə tam silinməlidir. Damın üzərində silgi materiallarının və müxtəlif əşyaların 
saxlanılması qadağandır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə