Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


partlayışdan mühafizəli quruluşda olmalıdır



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə9/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   5   6   7   8   9   10   11   12   ...   244
Neft qaz yangin tehlukesizlik


partlayışdan mühafizəli quruluşda olmalıdır.
Hər telefon aparatının yanında yanğından mühafizə xdmətinin telefon nömrəsi yazılmış 
lövhə asılmalıdır.
 2.1.10 
Müəssisələrin ərazisində tonqalların qalanması, quru otların və yanacaq-sürtgü mate-
riallarının yandırılması qadağandır.
2.1.11 
Partlayış-yanğın təhlükəli müəssisələrin və qurğuların (çənlər parkı və s.) ərazisinə 
giri-şə yalnız xüsusi buraxılış vərəqəsi ilə icazə verilir. Avtonəqliyyat, traktor və digər 
aqreqatlar qığılcımsöndürən və yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
2.1.12 
Partlayış-yanğın təhlükəli maddələri nəql edən boru xətlərinin məişət, yardımçı, 
inziba-ti-təsərrüfat otaqlarından, paylayıcı qurğular, nəzarət-ölçü cihazları və ventilyasiya 
kameraları olan otaqlardan çəkilməsi qadağandır.
2.1.13 
Yanacaq doldurma məntəqələrinin, akkumlyator otaqlarının, yanacaq-sürtgü 
materialla-rı anbarlarının, nasosxanaların və digər partlayış-yanğın təhlükəli istehsalat 
obyektlərinin məşəl, kibrit, şam, kerosinli fənarlar, tonqal və digər açıq alov mənbələri ilə 
işıqlandırılması qadağandır.
2.1.14
Hər bir müəssisədə istehsalat sexlərinin, ayrı-ayrı otaqların, qurğuların və anbarların 
partlatış-yanğın və yanğın təhlükəsizliyi üzrə kateqoriyalarını müəyyən edən siyahı tərtib 
olunmalıdır.
2.1.15
Nasaz avadanlıqlarda istehsalat əməliyyatlarının aparılması, qurğularda yanar qazların, 
buxarların qatılığını, təzyiqini, temperaturunu və digər texnoloji parametrlərini ölçən NÖC-nın 
söndürülməsi qadağandır. 
2.1.16 
İstismar zamanı səthlərinin temperaturu 45
0
C-dən yüksək olan boru xətlərinin və 
avadanlıqların, onlarla işçi heyyətin təmasda ola biləcək sahəsində çəpəri və ya yanmayan istilik 
izolyasiyası olmalıdır.
2.1.17 
Təzyiq altında işləyən avadanlıqlarda təmir işlərinin aparılması, nasos və kompres-
sorların işlək vəziyyətində kipgəclərinin doldurulması və sıxılması qadağandır. 
Boru xətlərində və aqreqatlarda (nasoslarda, kompressorlarda), onları sistemdəki digər aparat 
və boru xətlərindən siyirtmə və tıxacların vasitəsi ilə ayırmamış və sistemdəki təzyiqi 
endirməmiş, flanslarının sıxılması qadağandır.



2.1.18
Avadanlıqların, xüsusi ilə flans birləşmələrinin və kipgəclərin germetikliyinə nəzarət 
olunmalıdır. Məhsulun sızması yerləri aşkar olduqda, nasazlığın aradan qaldırılması üzrə 
tədbirlər görülməlidir.
2.1.19 
Donmuş aparatlar, armaturlar, boru xətləri, siyirtmələr yalnız buxar və ya isti su ilə 
qizdırılmalıdır. Bu məqsəd üçün lehim lampasından və yaxud açıq alovdan istifadə etmək 
qadağandır.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə