Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə1/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
  1   2   3   4   5   6   7   8   9   ...   96
az tarix en yeni — копия




    1. MÖVAZU-1.




Azərbaycan ərazisində ibtidai icma quruluşu
Plan:

  1. Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana gəlməsi. Qədim insan məskənləri. Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri

  2. İbtidai icma quruluşunun dağılması.



Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana gəlməsi. Qədim insan məskənləri.


Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biri- dir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin fauna və flora aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insa- nın formalaşdığı ərazilərdən biridir. Dünyada ilk insan qalıqları Şər- qi Afrikada (Keniya, Tanzaniya) tapılmış, 2-3 mln., Azərbaycanda ibtidai insanın (Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Naxçı- vanda Qazma, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir mağa- raları) isə 1,5 mln. il b.ə. yaşadığı müəyyən edilmişdir.


Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri. Bəşər tarixinin inkişafının ilk mərhələsi olan ibtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. İbtidai icma cəmiyyətinin ilkin mərhələsi olan Daş dövrü öz növbəsində üç mərhələyə bölünür:

      • Qədim Daş dövrü (Paleolit);

      • Orta Daş dövrü (Mezolit);

      • Yeni Daş dövrü (Neolit).

İbtidai insanın Qədim Daş dövrü-Paleolit 3 mərhələyə bölü- nür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Bu dövr Qarabağın Quruçay vadisində, Füzuli
şəhəri yaxınlığında Azıx mağarasında tapılmış maddi nümunələr əsasında öyrənilmişdir. İbtidai insanlar mənimsəmə təsərrüfatı ilə - yığıcılıq və ovçuluqla məşğul olublar, kiçik qrup, dəstə halında olaraq insan “sürüsü” və ya ulu icmada birləşiblər. Ulu icma kor- təbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiy- yətindən yaranmışdır. Əmək alətlərinin düzəldilməsi və oddan isti- fadə insanların heyvan aləmindən ayrılmasını sürətləndirdi. Azıx mağarasında 700 min il b.ə. aid olan ocaq izləri tapılmışdır. Azıx mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır-bu dünyada 4-cü tapıntıdır, Azıxantrop, yəni “Azıx adam” adlanır və 350-400 min b.ə. yaşamışlar. Azıx mağarasında tikili qalığı, müəyyən işarələr cızılmış ayı kəllələri tapılmışdır. Bu sadə dini ayinlərin və totemlərin (heyvanlara inam) yaranması ilə bağlıdır. Alt Paleolit dövrünün sonunda əmək alətləri: çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə-dəvəgözü) hazırlanmışdır. (8, s.22)

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə