Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər. Manna çarlığı



Yüklə 265,68 Kb.
səhifə8/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   4   5   6   7   8   9   10   11   ...   96
az tarix en yeni — копия


Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər. Manna çarlığı.




E.ə. III minillikdə Azərbaycanın cənubunda erkən dövlət qu- rumları meydana gəlmişdi. Həmin dövlət qurumlarının Mesopota- miyanın şəhər dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri var idi. E.ə. III-II minillikdə Urmiya gölü ətrafında lullubi, kuti, su, turukki, Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları və s. yaşamışlar. Su (sub) və turukki (turukk) tayfaları lullubi tayfa birliyinə daxil olmuşlar.
E.ə. III minillikdə Mesopotamiyada əvvəl Şumer şəhər-döv- lətləri, sonra Akkad dövləti mövcud olmuşdur. Azərbaycan ərazisində yaranmış dövlət qurumları ən çox Mesopotamiya dövlətləri ilə hərbi münaqişələrə girməli olurdular. Aratta ilə Şumer arasında gah düşmən- çilik, gah da dostluq münasibətləri olurdu. Aratta dövləti Azərbaycanın e.ə. III minilliyin I yarısında siyasi tarixində mühüm rol oynamışdı. Aratta hökmdarları müdrik siyasət yürüdür, öz ölkələrini müdafiə edir, Şumeri tabe etmək tədbirləri görürlər (8, s. 61).
Lullubi dövlət qurumu. E.ə. III minilliyin II yarısında Azərbaycanın cənubunda-Urmiya gölündən cənubda yaşayan Lul- lubi tayfası e.ə. XXIII əsrdə dövlət qurumuna çevrilmişdi. Lullu-
bilərin döyüş məharəti qorxu yaradırdı. Buna görə də xet və hurrit- lər lullubi etnik adını “düşmən”, “yad” mənasında işlədirdilər. Onlar əkinçilik və maldarlıqla məşğul olmuşlar. Lullubilər igid, cəsur tayfa kimi tanınmış, Mesopotamiya ilə ticarət əlaqələri saxlayır, mal mübadiləsi edirdilər. Onlar Səma, Günəş, Ay allahlarına, məhəbbət, məhsuldarlıq ilahələrinə sitayiş edirdilər. Lullubilər Mesopotami- yada olan Akkad dövlətinin hücumlarına məruz qalırdılar. Bu hü- cumlar Lullubi hökmdarı Anubaninin hakimiyyəti dövründə daha da güclənmişdi. Anubaninin Akkadla mübarizədə əldə etdiyi uğur- ları onun şərəfinə ucaldılmış qələbə abidəsi – daş kitabəsi (e.ə. XXIII əsr) əks etdirir.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə