Plan: Aratta, Kuti, Lullubi etnoslarının yaranması



Yüklə 58,11 Kb.
Pdf görüntüsü
tarix28.06.2023
ölçüsü58,11 Kb.
#119048
Etnosların öyrənilməsi MİNFAKT



MİNFAKT
Məlumat əldə et, əylən…
Menyu
Etnosların öyrənilməsi
2 Votes
Plan:
Aratta, Kuti, Lullubi etnoslarının yaranması.
Qonşu etnoslar.
E.ə III minillikdə Azərbaycanda yaşayan etnoslar haqda məlumatları etnonim və toponimlərdən
alırıq. Bu səpgidə Aratta ölkə adı, Turukki etnonomi maraq yaradır. Aratta qərbi Azərbaycanın
dağlıq ərazisinə verilən ad idi. Mənası dağ demək idi. Bu ad Şumerlər tərəfindən
mənimsənilmişdi. E.ə VIII əsrdə urartu qaynaqları, keçmiş Aratta ərazisini “Alatey”
adlandırmışdılar. E.ə III-II minilliklərdə Azərbaycan ərazisində türk etnosları yaşayırdılar. O dövrün
siyasi hadisələrində yaxından iştirak edirdilər. Beləliklə Azərbaycanın ən qədim sakinlərindən biri
“Prototürklər” olmuş və onlar hələ biri digərindən fonetik cəhətdən çox da fərqlənməmiş ümumi
türk dilində danışırdılar. Prototürklər Azərbaycanın eləcə də, Anadolu yarımadasının və orta
Asiyanın sakinləri olmuş, tədricən isə şimala doğru hərəkət etmişlər. Lullubilər e.ə. III-II
minilliklərdə və sonra Azərbaycanın sakinləri kimi qeyd edilirlər. Lullubuilər Arattanın ərazisində
yaşamışlar. Lulu adı əhalinin dilində tez-tez işlənən bir sözü yamsılama nəticəsində yaranmışdır.
Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, qədim Azərbaycan maldarları mal-qaranı
haraylayarkən lulu ifadəsini işlətmişlər. Bu ad həm də qədim dövrdə oyun və rəqs zamanı oxunan
mahnının sözlərindən biri olmuşdur. Lullubinin Kassi və Elam, Qafqaz dili ilə qohum olması
mülahizəsi ortaya atılmış, lakin bunu sübut edən dəlillər gətirilmişdir. Lulular ön Asiya ölkələrində
igid döyüşkən və şücayətli bir etnos kimi tanınmışdır. Onlar Assuriyada məskunlaşmış və Hüri
etnosları ilə ünsiyyətdə olmuşdular. Lullu , Hüri və Hettlər dövlət idarələrində işləyir, muzdlu
döyüşçü kimi orduda iştirak edirdilər. Lullu tayfa ittifaqına qohum olan tayfalardan biri Turukkilər
olmuşlar. Onlar Urmiya gölünün cənubunda, keçmiş Aratta ölkəsinin ərazisində yaşamışdılar.
Lullu dövləti süquta uğradıqdan sonra Turukki tayfaları müstəqil siyasi qüvvə kimi çıxış etməyə
başlamışlar. Onlar kuti və lullubilər kimi Assuriya və qədim Azərbaycan ərazisində, İkiçayarasında
yerləşən torpaqlar uğrunda mübarizə aparırdılar. E.ə. III-II minilliklərdə Su tayfaları Zaqros
dağlarında və Urmiya gölünün cənubunda yaşayırdıkar. Bu etnonomlərin ilkin forması “sub”


« Öncəki
Sonrakı »
Cavab qoy
Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr 
*
ilə işarələnmişdir
Aprel 23, 2012

Bir cavab yazın
olmuşdur. Ola bilsin ki, qədim zamanlarda su yaxud çay kənarında yaşayan tayfalar müvafiq
surətdə yaşadıqları yerə uyğun adadlanırdılar. Qədim qaynaqlarda su ilə əlaqədar bir sıra ifadələr
işlədilmişdir. Məs: Su ölkəsinə mənsub lullu; Su bar ölkəsinə mənsub lullu. Deməli lullular və sular
qarışıq yaşamışdılar. Sular da turukki və lullubi tayfa birləşmələrinə daxil idilər. “Kuti” etnonimi
e.ə. minilliklərə aid edilir. Kutilər Urmiya gölünün cənub və qərbində məskunlaşmışdılar. Kutilər bir
tərəfdən turukkilər və lullubilərlə ittifaqa girmiş, digər tərəfdənsə Urmiya gölü hövzəsində
məskunlaşmış Sabir, Subir tayfaları ilə ünsiyyətdə olmuşlar. Kuti dili prototürk dili kimi Hind-
Avropa və başqa dillərlə yaxından təmasda olmuş və onlarla qarışılıqlı təsirə məruz qalmışdır.
İkiçayarası qədim dövlətləri süquta uğradıqdan sonra Kuti etnonimi də artıq sənədlərdə
işlədilmədi. Qədim Azərbaycan dövlətlərinin qonşuluğunda müxtəlif etnoslar yaşayırdılar. Hind-
Avropa etnik qrupunun vətəni barədə müxtəlif fərziyyələr mövcuddur. İlk vətəni Balkan
yarımadası, Qardəniz sahilləri, Ural və s. olmuşdur. E.ə. II minillikdə Hind-Avropa etnoslarının dili
və leksik ünsürləri Ön Asiyada yaşayan Hettlərin mətnlərində Mitanni və Kassilərə mənsub
yazılarda öz əksini tapmışdır. Şumerlər IV minilliyin əvvəllərində İkiçayarasında
məskunlaşmışdılar. Şumer xalqı müxtəlif dillərdə danışan etnosların birləşməsindən yaranmışdır.
Alman alimi Homer Şumerlərin Mərkəzi Asiyadan gəlməsi və şumer dilinin Altay türk dil ailəsi ilə
qohum olduğunu söyləmişdir.
Sami tayfaları III minillikdə İkiçayarasında məskunlaşmış Şumerlərlə bilavsitə qonşu olmuşdurlar.
Samilər Şumer mədəniyyətinə yiyələnmiş, Şumer dilinin işlənməsini məhdudlaşdırmışdılar. Şumer
və Akkadlardan şimalda Subir və II minilliyin əvvəllərində Hüri tayfaları yaşamışlar. Akkadların
şərq qonşuları Zaqros dağlarının İran hissəsində yaşayan Kassi tayfaları idi. Kassi sülaləsi II
minillikdə Babilistanda hakimiyyətə gəlmişdir. Onlar hind-avropa dilləri ilə ünsiyyətdə olmuşlar.
Bunu o dövrün qaynaqlarında bir sıra hind-avropa mənşəli sözlərin olması göstərir. İran yaylasının
ən qədim sakinlərindən biri olmuş elamlar, şəkli və xətti yazını icad etmişlər. Onlar İkiçayarasında
mixi yazı növünü mənimsəmişlər. Elam tipli dillər İran ərazisində geniş yayılmışdır. Çox güman ki,
Urmiya gölü hövzəsində də elam dilli əhali məskunlaşmışdır.

Yüklə 58,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə