Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Kuti (Quti) dövlət qurumu



Yüklə 265,68 Kb.
səhifə9/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   5   6   7   8   9   10   11   12   ...   96
az tarix en yeni — копия

Kuti (Quti) dövlət qurumu. Kutilər Urmiya gölündən qərbdə və cənub-qərbdə yaşamışlar, e.ə. III minilliyin II yarısında Kuti (Kutium) dövlət qurumunu yaranmışdılar. Kutilər Akkad ilə hərbi münaqişələrə girirdilər, Şumer şəhərləri ilə müttəfiqlik edir, bəzən onların köməyinə gəlirdilər. E.ə. XXII əsrin əvvəllərində kutilərin hökmdarı Yarlaças Mesopotamiyaya hücum edərək Akkad dövlətini süquta yetirdi. Mesopotamiya 100 ilə yaxın kutilərin hakimiyyəti al- tında qaldı. Kuti dövlətinin sərhədləri şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə qədər uzanmışdır. Kutilərdə Şu- merdə və Akkadda olan idarə sistemi idi, ölkə canişinlər vasitəsilə idarə olunurdu. Şumer və Akkad gəncləri kuti qoşunlarına xidmətə cəlb olunurdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazıları ilə tərtib olunurdu. Ay allahına, məhəbbət, bərəkət və məh- suldarlıq ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə ənənəvi məbəd tikintisini davam edirdilər. Kutilər və hökmdarları türk mənşəli idilər (8, s. 82). E.ə. III minilliyin sonunda (e.ə. XXII əsrin axır- larında) Kuti və Lullubi dövlətləri süquta uğrayaraq xırda vila- yətlərə parçalandılar.
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar, Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bunlar süquta uğradıq- dan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Onlar Mesopotamiyaya daxil olmuşlar. Aşağı Zab çayının (Dəclə çayının qolu) yuxarı axarında yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər və turukkilər) burada yaşayan tayfalarla ünsiyyətə girərək, həmin torpaqlarda məskunlaşmışlar. Lakin şimalda yaranmış Assuriya dövləti də bu ərazini işğal etmək istəyirdi. Turukkilər torpaqlarını nəinki vermədilər, hətta assuriyalıların nəzarətində olan inzibati və hərbi mərkəz Şuşarra vilayətini tutdular. Onların ardı-arası kəsil- məyən hərbi təzyiqi Assuriyanı zəiflətmişdi. Babilistan hökmdarı Hammurapi (e.ə.1792-1750) bu hadisələrə qarışmalı oldu və həmin tayfalara qalib gəldi.
E.ə. XIV əsrin sonunda Assuriyanın qüdrəti artdı. Hökmdar I Adadnirari Azərbaycan ərazisinə bir neçə yürüş etmiş, lakin ölkənin içərisinə girə bilməmişdir. I Salmanasarın dövründə kutilər Assu- riyaya qarşı üsyan qaldırdılar, lakin üsyan yatırıldı. E.ə. II minil- liyində qədim Azərbaycan tayfaları tutukkilər, lullubilər, kutilər və şubarlar Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmışlar. Qədim Azərbaycan tayfalarının vahid dövlət halında birləşməsi zəruri idi.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə