Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Tunc dövrünün sonu. Erkən Dəmir dövrü. İbtidai icma



Yüklə 265,68 Kb.
səhifə6/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   2   3   4   5   6   7   8   9   ...   96
az tarix en yeni — копия

Tunc dövrünün sonu. Erkən Dəmir dövrü. İbtidai icma quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. XIV-XII əsrləri əhatə edir. Erkən (ilk) Dəmir dövrü e.ə. XI-VIII əsrləri əhatə edir. Möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. Tayfa ittifaqları daha da güc- lənmişdi. Azərbaycanda yaşayış məskənləri, qəbir abidələri (kur- qanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik (siklop-təpəgöz, siklopik-böyük ölçülü tava daşlarından hörülmüş qalaçalar-təpəgözlər tikmişlər) qalalar tədqiq edilmişdir. Yaşayış və təsərrüfat binalarının bünövrəsi çay daşları və ya qaya parçalarından qoyulur, divarları çiy kərpicdən hörülürdü, ətrafına müdafiə divar- ları çəkilirdi. Bu dövrdə sənətkarlıq daha məhsuldar inkişaf etmiş, qonşu ölkələrlə mübadilə və ticarət əlaqələri genişlənmişdi. Təd- ricən ibtidai icma quruluşu dağılmış, sinifli cəmiyyət yaran- mışdı (1, s. 166). Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı ön plana keçmişdir. Kurqan abidələr geniş yayılmışdır. Maldar tayfalar davar və qaramal bəsləyir, öz ehtiyaclarından artıq qalan məhsulu əkinçilər və sənətkarlarla taxıla, əmək alətlərinə, silah və zinət əşyalarına dəyişirdilər. Son Tunc dövründə atdan minik və qoşqu vasitəsi kimi geniş istifadə edilmişdir. Ona sitayiş ayini meydana gəlmişdir. Kurqanlarda dəvə skeletləri də tapılmışdır. Əmək alətləri təkmilləşmiş, iri suvarma kanalları çəkilmişdir. Əkinçilikdə buğda, arpa, darı və s. bitkilər becərilir, taxıl tuncdan və dəmirdən hazır- lanmış oraqlarla biçilir, taxıl vəllərlə döyülür, dən daşlari ilə üyü- dülürdü. Üzümçülük və şərabçılıq inkişaf etmişdir. Dulusçuluq əmək fəaliyyətində xüsusi yer tuturdu. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. Ərzaq ehtiyatlarını saxlamaq üçün müxtəlif çeşidli saxsı qablar hazırla-
nırdı. Bu qablar dulusçuluq sobalarında bişirilirdi. Metalişləmədə ustalar zərbetmə, oyma, lehimləmə, həkketmə (qravüra) üsulları ilə qızıl və gümüşdən zinət əşyaları hazırlamışlar. Toxuculuq, sümükiş- ləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və b. sənət sahələri də əhəmiyyət kəsb edirdi. E.ə II minilliyin axırı-I minilliyin əvvəl- lərində dəmirdən müxtəlif əşyalar hazırlanmışdır. Sənətkarlar içə- risindən sənətkar-tacirlər qrupu ayrılmışdır (1, s. 163-164). Onlar hazır məhsulun satışı ilə məşğul olmuş, sonralar peşəkar tacirlərə çevrilmişlər. Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləş- dirilməsinə gətirib çıxarırdı. Belə tayfa başçıları öləndən sonra ona sitayiş olunur, onların xatirəsini əbədiləşdirmək üçün kurqanlar ucaldılırdı. Bəzən tayfa başçısının arvadını, kənizlərini və qulluq- çularını öldürüb onunla birlikdə dəfn edir, sahibi ilə birlikdə atlarını da basdırıdılar. Atları yüyənli-cilovlu, müxtəlif əşyalarla bəzədilmiş halda qəbirə qoyurdular. Bu, axirət dünyasına inam idi. Səma cisim- lərinə (Aya, ulduza, Günəşə) inam dərin kök salmışdı. Azərbay- canın zəngin filiz yataqları, cins at növləri, saysız-hesabsız heyvan sürüləri, yüksək keyfiyyətli sənətkarlıq nümunələri ticarətdə, alış- verişdə böyük rol oynamışdı. Azərbaycan Assuriya ilə geniş ticarət əlaqələri saxlayırdı. Azərbaycanda Assuriyada istehsal olunmuş şirli gil qablar, silindrik möhürlər, silahlar, bəzək şeyləri tapılmışdı. Xocalıda üzərində mixi xətlə Assuriya padşahının (Adadnirari) adı yazılmış muncuq tapılmışdır. Su yolları ilə ticarət əlaqələri çay (Kür-Araz) və dəniz (Xəzər) vasitəsilə yaradılırdı. Qobustan qaya- larında həkk olunmuş müxtəlif gəmi təsvirləri buna sübutdur.



    1. Yüklə 265,68 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə