Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi və siyasi vəziyyəti. Atropatena dövləti



Yüklə 265,68 Kb.
səhifə14/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   10   11   12   13   14   15   16   17   ...   96
az tarix en yeni — копия

Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi və siyasi vəziyyəti. Atropatena dövləti




E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər Atropatena dövlətinin ilk hökmdarı olan Atropatı Midiyanın satrapı (canişini) təyin etdi. İsgəndər Hindistanda olarkən Bariaks adlı bir nəfər üsyan qaldırmış, özünü İranın və Midiyanın padşahı elan etmişdir. Atropat üsyanı yatırtmış, Bariaksı əsir edib İsgəndərə təhvil vermiş və İsgəndər onu edam etdirmişdir. Bununla Atropat İsgəndərin hörmətini qazan- mışdır. O, qızını isə İsgəndərin ən nüfuzlu sərkərdəsi olan Perdik- kiyə ərə vermişdir. Makedoniyalı İsgəndərin ölümündən sonra döv- ləti müvəqqəti olaraq Perdikki idarə edirdi. Perdikki ilə qohumluq Atropatın Midiyanın satrapı vəzifəsində qalmasına köməklik etdi. Perdikkinin ölümündən sonra (e.ə.321) Midiya müstəqil dövlətə çevrildi (1, s. 277).
E.ə. IV əsrin 20-ci illərindən Atropat yeni dövlətin Atropate- nanın və ya Atropat Midiyasının hökmdarı oldu. Azərbaycanın coğ- rafi adının yaranmasını Atropatena ilə bağlayırlar. Azərbaycan adı eramızın VII əsrindən, ərəblərin istilasından sonra çəkilir. Atropa- tena (Adərbayqan) dövləti əsasən indiki Cənubi Azərbaycanı və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir. Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı, ən böyük düzənlik ərazisi Urmiya gölündən cənubda idi. Şimal hissədə Qaradağ dağ silsiləsi yerləşirdi. Dağların çoxu sıx meşələrlə öltülmüşdü. Atropa- tenanın mərkəzi şəhəri Qazaka idi. Atropatenada yaşayan tayfalar- dan biri kaduslar idi. Midiya tayfaları arasında maqlar-atəşpərəstlik dini ayinlərinin əsas icraçısı kimi xüsusi yer tuturdular.
Çay vadilərində, Urmiya gölü ətrafındakı torpaqlarda əkin- çilik, bağçılıq və üzümçülük inkişaf etmişdir. Dağlıq ərazilərdə yaylaq maldarlığı inkişaf etmişdir. Ölkənin zəngin faydalı qazıntı yataqlarından dəmir, mis, gümüş, qızıl və s. çıxarılırdı. Atropatena- da neft-“Midiya yağı” yataqları da var idi. Sənətkarlar yüksək key- fiyyətli metal və gil qablar, müxtəlif silahlar, toxuculuq məhsulları, bəzək şeyləri və s. istehsal edirdilər. Ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə