Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə15/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   11   12   13   14   15   16   17   18   ...   96
az tarix en yeni — копия

E.ə. 223-cü ildə III Antiox Selevkilər dövlətində hakimiyyətə gəldi. III Antiox Atropatenaya hücum etmiş və qalib gəlmişdir. E.ə. 190-cı ildə Maqneziya döyüşündə romalılar III Antioxu məğlub etdilər və Atropatena yenidən müstəqil oldu (1, s. 300-301). E.ə. I əsrin I yarısında Romanın işğalçılıq siyasəti güclənmişdi. Atropa- tena Romadan tam asılı olmamış, öz müstəqilliyini əsasən saxla- mışdır. Atropatena Roma ilə döyüşə 10 min suvari, 40 min piyada qoşun çıxarmışdır. Parfiya e.ə. 53-cü ildə romalıları məğlubiyyətə uğratdı. Atropatena Parfiyanı müdafiə etdi. Lakin az sonra e.ə. 38-ci ildə romalılar parfiyalıları ağır məğlubiyyətə uğratdı. Roma sər- kərdəsi Antoni Atropatenanın mərkəzi şəhərlərindən biri Fraaspaya hücum etmiş, uzun sürən mühasirə bir nəticə verməmiş və romalılar geri çəkilərkən 35 min nəfərə yaxın əsgər itirmişlər. Bu hadisələr- dən sonra Parfiya Atropatenanı bütünlüklə özünə tabe etməyə ça- lışırdı. Belə bir şəraitdə Atropatena Roma ilə dostluq münasibətləri yaratmağa səy etdi. E.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn II Ariobarzan 10 ilə qədər Romada yaşamışdır. O, romalıların kö- məyi ilə Ermənistanın da hökmdarı olmuşdur. Ermənistan müs- təqilliyini itirərək, Atropatenadan asılı vəziyyətə düşdü. Eramızın 20-ci ilində Atropatenanın axırıncı hökmdarı Ariobarzın ölümündən sonra Atropatena Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına düşdü. Parfiyanın süqutuna qədər Atropatena bu dövlətin tərkibində qalmışdı.
Atropatena dövlətində şəhərlər karvan yolları üzərində və bö- yük məbədlərin ətrafında yaranmışdır. Bəzilərini hökmdarlar sal- mışlar. Şəhərlər müdafiə divarları ilə əhatələnmişdi. Tikinti mate- rialları kimi daşdan, çiy və bişmiş kərpicdən, ağacdan istifadə et- mişlər. Bəzi ictimai binaların üstü saxsı kirəmitlə örtülürmüşdü. Makedoniyalı İsgəndərin yürüşü nəticəsində yunan mədəniyyəti Atropatena mədəniyyətinə təsir etmişdi. Atropatena əhalisi Zərdüşt dininə sitayiş edirdi. Zərdüştlükdə oda sitayişə görə bu dinə atəş- pərəstlik də deyilirdi və Peyğəmbər Zərdüştün adı ilə bağlı idi. Onun e.ə. VII əsrin II yarısı-VI əsrin əvvəllərində yaşadığı gü- man edilir. Bu dinə Orta Asiyada və İranda sitayiş edilirdi. Mü- qəddəs kitabı “Avesta” idi. Rəvayətə görə “Avesta”nın ilkin variantı e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Persopolda Əhəmənilərin sarayını yandırarkən məhv olmuşdur. Dövrümüzə gəlib çatan his- səsi İranda Sasanilər sülaləsi dövründə (III-VII əsr.) yenidən top- lanmışdı. Zərdüştlüyə görə, dünyada 2 qüvvə-Xeyir (Hörmüz- Ahuraməzda) və Şər (Əhriman) bir-biri ilə mübarizə aparır və Xeyir axırda qalib gəlir. Bu dinin ehkamlarına görə od, torpaq, su müqəd- dəs sayılmışdı (1, s. 339-356). Ölünü yandırmaq, torpağa basdırmaq və suya atmaq olmaz, meyitləri xüsusi daxmalarda qoyurlar, onların ətini quşlar və heyvanlar yedikdən sonra, sümüklər qablara yığılıb basdırılırdı. Zərdüştlüyün ən başlıca məbədləri Atropatenanın mər- kəzi Qazaka şəhərində yerləşirdi. Zərdüştlük təkallahlı dinlər, xü- susilə islam dini tərəfindən sıxışdırılmışdır. Hazırda ona inananlar 130 min nəfərdir. Onların ən böyük icmaları Hindistanda (parslar) və İrandadır (gəbrlər).



  1. Yüklə 265,68 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə