Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar



Yüklə 265,68 Kb.
səhifə18/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   14   15   16   17   18   19   20   21   ...   96
az tarix en yeni — копия

Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar


Sasanilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan (224-241) Parfiya dövlətini süquta uğratdı və 226-cı ildə Sasanilər dövləti yarandı (9, s. 102). Parfiya dövlətindən asılı olan Atropatena yeni- dən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasanilər dövlətinin tərki- binə qatıldı. Atropatena iqtisadi səviyyəsinə görə irəlidə gedirdi, həm də əlverişli strateji mövqeyə malik idi. IV əsərdən Atropatena iqtisadi yüksəliş keçirirdi. İran, Çin və Hindistana gedən ticarət yol- ları buradan keçirdi. Sasanilər Atropatenadan öz orduları üçün əsgər də toplayırdılar. Zərdüştilik onların hakimiyyəti dövründə hakim dinə çevrilmişdi. Şahənşah I Şapur (241-272) itaət altına alınmış ölkələrdə Zərdüştiliyi zorla yaymaq haqqında əmr vermişdi. Ən mü- hüm Zərdüştilik məbədləri Atropatenada, baş məbəd isə Qazakada yerləşirdi.


II əsrdə Albaniya dövlətinin ərazisi şimaldan Qafqaz dağla- rından Araz çayınadək, qərbdən İberiyadan Xəzər dənizinədək uzanırdı. Ölkənin vilayətləri: Çola, Lpina, Şəki, Kambisena, Həcəri, Uti, Arsax, Paytakaran və Syünik daxil idi. İndiki Dərbənd şəhə- rinin yerləşdiyi ərazidən təxminən Beşbarmaq dağına qədər Xəzər dənizi böyunca Çola vilayəti uzanırdı. Üzüm, meyvə və taxılla zən- gin idi. “Dəmir qapı” və ya alban qapıları keçidi burada yerləşirdi. Albaniyanın şimal-şərqində dağlıq Şəki vilayəti yerləşirdi. Toxu- culuq, ipək parça istehsalı mərkəzi hesab olunurdu. Çola ilə Şəki arasında Lpina vilayəti başdan-başa qoz-fındıq ağaclarından ibarət olan meşələrlə əhatə edilmişdi. Albaniyanın paytaxtı Qəbələ burada yerləşirdi. Tarixi vilayət sayılan Uti Kürün sağ sahilində şəqrdən Paytakaranla, cənubdan isə Arsaxla, şimalda Kür çayı ilə, qərbdə isə İberiya ilə həmsərhəd idi. Uti vilayətində dənli bitki becərilir, qara- mal saxlanılır, yun və pambıq parçalar hazırlanırdı. Çoxlu zeytun ağacı bitirdi. Paytakaran vilayəti indiki Azərbaycan Resplikasının cənub-şərqində yerləşib, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi.
Tarixi rəvayətə görə, təxminən e.ə. II əsrdə Albaniyanın hökmdarı Aran (türkcə “ərən, cəsur, qoçaq, mərd”) olmuşdur. Aran Araz çayından tutmuş İberiyanın sərhədlərinə kimi, Albaniyanın düzən və dağlıq ərazisini idarə edirdi. Ölkə hökmdar Aranın müla- yim xasiyyətinə və ona verilən ağu -“yaxşı, xoş”- adına görə Ağuan (Albaniya) adlanmışdır. Eramızın I əsrində Albaniyanı yerli hökmdarlar idarə edirdilər. Eramızın I əsrində alban Arşaki (Par- fiya Arşaki sülaləsindən fərqli olaraq Albaniya Arşakilər sülaləsi mənşəcə türk idi) nümayəndəsi I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini birləşdirərək, vahid-mərkəzləşdirilmiş dövlət yaratdı. Arşakilər sülaləsi VI əsrin əvvələrinədək Albaniyanın müstəqil- liyini qoruyub saxlamışlar.



  1. Yüklə 265,68 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə