8. Azərbaycan Sasani imperiyasının tərkibində



Yüklə 1,08 Mb.
səhifə1/2
tarix21.12.2022
ölçüsü1,08 Mb.
#97548
  1   2
8. Az?rbaycan Sasani imperiyas?n?n t?rkibind?


8.Azərbaycan Sasani imperiyasının tərkibində
Plan:
1. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması və onun xüsusiyyətləri. 2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar.
3. Sasani-Bizans müharıbələri və Azərbaycan.

  1. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması və onun xüsusiyyətləri

III-V əsrlərdə Azərbaycanda tədricən feodalizmə xas olan ictimai-iqtisadi münasibətlər yaranmağa başlamışdır. Torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. Dövlət torpaqları göstərdiyi yaxşı xidmət müqabilində hərbiçilərə, dövlət işçilərinə paylanır və bəzən ayrı-ayrı xüsusi xildməti olan şəxslərə hədiyyə verilirdi. Belə torpaqlar mülk, torpaq sahibi mülkədar, yəni feodal adlanırdı. Feodalizm cəmiyəti adı buradan yaranmışdır. Kəndli feodaldan asılı olub, onun torpağını becərməli, məhsulun müəyyən hissəsini ona verməli idi. Erkən orta əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması (malikanə daxilində istehsal) üstün mövqe tuturdu. Feodalizmin ilk mərhələsində kəndlilərin istismar edilməsinin əsas forması vergilər və dövlət mükəlləfiyyətlərinin icrası idi. Vergi məhsul və pul formasında verilirdi. Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının nəticəsi idi. Erkən orta əsrlərdə Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi proseslər Sasanilər dövləti ilə bağlı idi. Odur ki, Sasanilərdə tədbiq edilən feodal torpaq mülkiyyəti formaları və vergilər Azərbaycanda da tədbiq edilirdi. Feodal torpaq sahibliyinin iki forması var idi: dastaqerd – irsi, xostak-şərti torpaq.
Sasani dövlətində əhali 4 təbəqəyə bölünmüşdü: kahinlər, döyüşçülər, mirzələr, vergi verənlər. Vergi verənlər can (gezit) və torpaq (xaraq) vergisi verirdi. Avropadan fərqli olaraq Azərbaycanda feodalların şəxsi təsərrüfatı yox idi. Çünki süni suvarma üçün böyük xərc qoymaq lazım gəlirdi. Kəndlilər asılı olsalar da, təhkimli deyildilər. Feodal, əsasən, öz xüsusi təsərrüfatında məşğul olan kəndlidən məhsul və ya pul ödənişi almaqla kifayətlənirdi. Onu kəndlidən ödəniş almaq daha çox maraqlandırırdı. Avropada feodal münasibətləri gec yaranıb (V əsr), tez süqut etdiyi (XVII əsrin ortaları) halda, Azərbaycanda bu cəmiyyət III-XIX əsrlərdə mövcud idi.

  1. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı üsyanlar

Sasanilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan (224-241) Parfiya dövlətini süquta uğratdı və 226-cı ildə Sasanilər dövləti yarandı . Parfiya dövlətindən asılı olan Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasanilər dövlətinin tərkibinə qatıldı. Atropatena iqtisadi səviyyəsinə görə irəlidə gedirdi, həm də əlverişli strateji mövqeyə malik idi. IV əsərdən Atropatena iqtisadi yüksəliş keçirirdi. İran, Çin və Hindistana gedən ticarət yolları buradan keçirdi. Sasanilər Atropatenadan öz orduları üçün əsgər də toplayırdılar. Zərdüştilik onların hakimiyyəti dövründə hakim dinə çevrilmişdi. Şahənşah I Şapur (241-272) itaət altına alınmış ölkələrdə Zərdüştiliyi zorla yaymaq haqqında əmr vermişdi. Ən mühüm Zərdüştilik məbədləri Atropatenada, baş məbəd isə Qazakada yerləşirdi. Şahənşahlar taxta çıxdıqdan sonra dövlətin paytaxtından bu məbədə piyada ziyarətə getməli idi. Ona görə də Atropatena Zərdüştiliyin ideoloji və təlim mərkəzi idi. Zərdüşt ruhaniləri Qazakada dini təlim keçdikdən sonra imperiyanın başqa dini mərkəzlərinə göndərilirdi. Zərdüşt kahinlərinin ixtiyarında çoxlu torpaq sahələri var idi. Əhalinin çox hissəsini əkinçilər təşkil edirdi. Feodalların əksəriyyəti 38 torpaqlarını onlara icarəyə verirdi. Atropatenada əsas vergi xaraq və gezit adlanırdı. Xaraq torpaq vergisi idi. Hər bir mahalın əkin sahələrinin şəhərə yaxın və ya uzaqlığından asılı olaraq məhsulun 1/3- dən 1/6-nə qədər təşkil edirdi. Gezit can vergisi idi, sənətkarlardan ildə 1 dəfə yığılırdı. Sasani şahı I Xosrov vergi yığan məmurlardarın özbaşınalığını azaltmaq, vəsaitin xəzinəyə daxil olmasını təmin etmək üçün vergi islahatı keçirdi. Bütün torpaqlar ölçüldü, zeytun və xurma ağacları hesaba alındı. Vergilər ildə 3 dəfəyə verilməli idi. İslahata görə xaraq torpağın sahəsinə görə alınmağa başlandı. IV əsrdə Albaniya dövlətinin ərazisi şimaldan Qafqaz dağlarından Araz çayınadək, qərbdən İberiyadan Xəzər dənizinədək uzanırdı. Ölkənin vilayətləri: Çola, Lpina, Şəki, Kambisena, Həcəri, Uti, Arsax, Paytakaran və Syünik daxil idi. İndiki Dərbənd şəhərinin yerləşdiyi ərazidən təxminən Beşbarmaq dağına qədər Xəzər dənizi böyunca Çola vilayəti uzanırdı. Üzüm, meyvə və taxılla zəngin idi. “Dəmir qapı” və ya alban qapıları keçidi burada yerləşirdi. Albaniyanın şimal-şərqində dağlıq Şəki vilayəti yerləşirdi. Toxuculuq, ipək parça istehsalı mərkəzi hesab olunurdu. Çola ilə Şəki arasında Lpina vilayəti başdan-başa qoz-fındıq ağaclarından ibarət olan meşələrlə əhatə edilmişdi. Albaniyanın paytaxtı Qəbələ burada yerləşirdi. Tarixi vilayət sayılan Uti Kürün sağ sahilində şəqrdən Paytakaranla, cənubdan isə Arsaxla, şimalda Kür çayı ilə, qərbdə isə İberiya ilə həmsərhəd idi. Uti vilayətində dənli bitki becərilir, qaramal saxlanılır, yun və pambıq parçalar hazırlanırdı. Çoxlu zeytun ağacı bitirdi. Paytakaran vilayəti indiki Azərbaycan Resplikasının cənub-şərqində yerləşib, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Çoxlu qoyun sürüləri saxlanılır, Kür və Araz çaylarından balıq tutur, duzlayır, qurudurdular. Tarixi Arsax vilayəti sağsahil Albaniyanın (inliki Qarabağın dağlıq hissəsi və Mil düzü) vilayətlərindən ibarət idi. Əhalisi türksoylu albanlar, qarqarlar, hunlar və xəzərlərdən ibarət idi. Məhsuldar düzənliklərində və çay vadilərində dənli və texniki, bostantərəvəz bitkiləri becərilir, üzümçülük inkişaf etdirilirdi. Albaniyada azad sənətkarlar meydana gəlirdi. Toxuculuq üçün başlıca xammal yun, kətan, ipək və pambıq sayılırdı. Albaniya sənətkarları metaldan müxtəlif silahlar, bəzək əşyaları, məişət avadanlığı hazırlayırdılar. Ağac və dəri emalı, daşyonma sənəti də inkişaf etmişdi. Tarixi rəvayətə görə, təxminən e.ə. II əsrdə Albaniyanın hökmdarı Aran (türkcə “ərən, cəsur, qoçaq, mərd”) olmuşdur. Aran Araz çayından tutmuş İberiyanın sərhədlərinə kimi, Albaniyanın düzən və dağlıq ərazisini idarə edirdi. Ölkə hökmdar Aranın mülayim xasiyyətinə və ona verilən ağu -“yaxşı, xoş”- adına görə Ağuan (Albaniya) adlanmışdır. Eramızın I əsrində Albaniyanı yerli hökmdarlar idarə edirdilər. Eramızın I əsrində alban Arşaki (Parfiya Arşaki sülaləsindən fərqli olaraq Albaniya Arşakilər sülaləsi mənşəcə türk idi) nümayəndəsi I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini birləşdirərək, vahid-mərkəzləşdirilmiş dövlət yaratdı. Arşakilər sülaləsi VI əsrin əvvələrinədək Albaniyanın müstəqilliyini qoruyub saxlamışlar.

  1. Sasani-Bizans müharibələri və Azərbaycan

260-cı ildə Sasani şahı I Şapur (241-271) Roma ordusunu məğlubiyyətə uğratdı. Roma imperatoru Valerian əsir düşdü. Albaniya hökmdarı I Vaçe (255-262) Roma ilə ittifaqı Sasanilərə tabe olmaqdan üstün tutmuşdu. 262-ci ildə Albaniya Sasani imperiyasının tərkibinə daxil edildi. I Şapurun ölümündən sonra 272-ci ildə Albaniya yenə də müstəqilliyini qazanda (8, s. 178). Roma imperatoru Avrelianın hakimiyyəti dövründə (270-275) Albaniyada Romaya meylli siyasət aparılırdı. İranda II Şapurun hakimiyyəti dövründə (309-379) Albaniyada daxili vəziyyət mürəkkəbləşdi. Bu dövrdə Albaniyanın Paytakaran vilayətində hökmdar Sanatürk (290- 338) müstəqilliyi qoruyub saxlamaq, Ermənistan və ona arxa olan Romanın işğalçılıq niyyətinin və xristianlığın Albaniyada yayılmasının qarşısını almaq siyasəti yeridirdi. Sanatürk 337-ci ildə albanlardan ibarət 30 minlik ordu toplayıb Ermənistana hücum etdi. Paytaxt Valarşapatı tutdu, 1 il əlində saxladı. Erməni hökmdarı Xosrov qaçıb gizləndi. 338-ci ildə yunan və iber qoşunlarının köməyi ilə40 erməni sərkərdəsi Vaçe Mamikonyan Sanatürkün dəstələrini Paytakarana sıxışdırdı. II Sapur Sanatürkə kömək etmədi. Sanatürkün bu döyüşdə həlak olduğu göstərilir. Sanatürk həlak olsa da, onun ermənilərə vurduğu zərbə onların xristianlığı yaymaq yolu ilə Azərbaycan torpaqlarını işğal etmək planlarını birdəfəlik iflasa uğratdı. Sanatürklə bağlanmış sazişə görə şimal tayfalarından biri olan hunlar Albaniyanı 4 il erməni müdaxiləsindən qorudular. Sasani hökmdarı II Şapur öz qohumu Arşaki nümayəndəsi Urnayrı (343-371) hakimiyyətə gətirdi. Albaniya daxildə qismən müstəqillik siyasəti, xarici siyasətdə isə Sasani şahı II Şapurla müttəfiqlik münasibətləri saxlayırdı. II Şapur Ermənistanın havadarı olan Romaya qarşı yürüş təşkil etdi. 359-cu ildə Amid yaxınlığında başlanan döyüş II Şapurun qələbəsi ilə başa çatdı .Albaniyanın Arsax (Qarabağ), Marlar ölkəsi (Naxçıvan), Kaspiana və s. vilayətləri geri qaytarıldı. Sasani şahı II Şapur xristian dininə qarşı təqibi gücləndirdi. Roma imperatoru Valent (364-378) Ermənistanda Roma təsirini bərpa etmək üçün 371-ci ildə Dzirav döyüşünə başladı . Döyüşdə romalıların köməyi ilə ermənilər qalib gəldi. Urnayr ağır yaralandı. Azərbaycan Uti, Şakasen, Girdiman vadisi və Kolt (Albaniyanın qərb vilayəti) vilayətlərindən məhrum oldu. İtirilmiş vilayətlər 387-ci ildə Roma ilə İran arasında bağlanmış müqaviləyə əsasən geri qaytarıldı. Ermənistan hər iki dövlət arasında bölüşdürüldü, erməni qurumuna son qoyuldu. IV əsrin əvvəlində Albaniyada xristianlıq yayılmağa başladı. Lakin bu dini yalnız Qarabağın dağlıq hissəsində yaşayan feodal əyanları qəbul etdilər. Sasani şahı I Yezdəgerd xristianlığa imkan verir, II Yezdəgerd (438-457) xristianlığa qarşı mübarizəni gücləndirir. Şah Albaniyanın və başqa ölkələrin hakimlərini Ktesifona çağırtdıraraq onları atəşpərəstliyi qəbul etməyə məcbur edir. Yezdəgerdin bacısı oğlu alban hökmdarı II Vaçe (440-463) dayısının təzyiqi ilə xristianlıqdan imtina edir, atəşpərəstliyi qəbul edir. Sünik hökmdarı Vasak Albaniyada Sasani dini uğrunda mübarizə aparır. Albaniyada feodallar 2 qrupa bölünürdü: iri feodallar patriklər, 2-ci qrupa isə xırda və orta feodallardan ibarət azadlar (farsca 41 nəcib) daxil idilər-(patriklərin vassalı hesab olunurdular). Onlar ruhanilər kimi can vergisindən azad idilər, alban və Sasani hökmdarlarına xidmətə görə torpaq payı alırdılar. V-VII əsrlərdə Albaniyada feodal münasibətləri hakim mövqe qazandı. Feodal torpaq sahibliyi 2 yolla formalaşdı: 1) feodalın şəxsi mülkü olan torpaq üzərində irsi mülkiyyət olub dastakert adlanırdı; 2) xostak-şərti torpaq mülkiyyəti, hakim nümayəndələrə vassal xidməti müddətində dövlət tərəfindən müvəqqəti verilən torpaq. Əhalinin əsas hissəsini istehsalçılar-kəndlilər təşkil edirdi. Adsız-sansız adamlar sırasında sənətkarlar, dəmirçilər, daşyonanlar, dülgərlər, xarratlar, zərgərlər daxil idilər. V əsrdə əsirlərlə yanaşı caniləri də qula çevirirdilər. Albaniyada da xaraq və gezit vergiləri toplanırdı. Azərbaycanda bütün inzibati və məhkəmə hakimiyyəti Sasani mərzbanlarının əlində toplanmışdı. Onların ölüm hökmü çıxarmaq hüququ var idi. Sasani şahları köçürmə siyasəti aparırdılar. Bu siyasət etnik dayaq yaratmaq və torpaqsız İran kəndlilərini münbit torpaq sahələri ilə təmin etmək məqsədini güdürdü. Fars ləhcələrində danışan əhali-tatlar strateji əhəmiyyəti olan ərazilərdə məskunlaşdırılırdı. Əsl mənası “yad, özgə” deməkdir. “Tat” anlayışı həm İrandan çıxmış farsları, həm də türk mənşəli etnosları (uyğur, tabqacları) bildirirdi. Dini zəmində Sasani hakimiyyətinə qarşı narazılıqlardan birinə Vardan Mamikopyan başçılıq edirdi. O, ilk növbədə Sasani hakimiyyətinə meyl göstərən vilayətləri tutdu. Erməni dəstələrindən biri Atropatenaya çatdı. Alban hökmdarı II Vaçe Sasanilərə qarşı mübarizəyə qoşulmamışdı. 450-ci ildə Xalxal (Qazax bölgəsində) yanında döyüşdə Sasani dəstələri məğlub oldu (8, s. 185-186). Qafqaz dağlarından Bürk başda olmaqla lpinlər albanlara köməyə gəldi. Ermənilər, gürcülər, xristian albanlar Qafqaz dağlarındakı “Hun keçidinə” gəlib çatdılar. Yezdəgerd tərəfindən tikilmiş qalanı tutub, əhalini taladılar. Alban sülaləsindən olan Vahan qalaya rəis təyin edildi. Vasaq Albaniyaya və Arsax vilayətinə məktubla elçilər göndərdi və Vardan Mamikonyanın tərəfdarlarına sığınacaq verilməməsini tələb etdi. Albaniya Sasanilərə qarşı mübarizəyə qoşulmadı, yalnız Arsax vilayətinin xristianları Vardan Mamikopyana qoşuldu. II Yezdəgerd Ön Qafqaza Mihr-Nerseyin başçılığı altında ordu göndərdi. Xristianlığa qarşı təqibi dayandırdı. Albaniyanın Aran hissəsində köhnə dinlərə, atəşpərəstliyə ibadət bərpa edildi. 451-ci ilin may ayının 26-da Maku yaxınlığındakı Avarayr çölündə Mamikopyanın dəstəsilə Sasani ordusu arasında döyüşdə Vardan Mamikopyan öldürüldü (2, s. 72), xristianlar Aranı tərk edib, Arsax meşələrinə və dağlara qaçdılar. 457-ci ildə II Yezdəgerdin vəfatından sonra II Vaçe atəşpərəstlik dinindən imtina edib, xristianlığı qəbul etdi. O, Albaniyada xristianlığı yaymaqla Sasani hakimiyyətinin tabeçiliyindən çıxmaq istədi. II Vaçe Çora dərəsini tutdu, maskutları öz tərəfinə çəkdi. O, Qafqazın 11 hökmdarı ilə ittifaqa girdi. İlk dövrdə Sasani şahı Firuz qohumu II Vaçeni xoşluqla yola gətirmək istəyir, lakin Vaçenin dönüklüyündən sonra Firuz Haylandur (Onoqur) hunlarını alban hökmdarına qarşı müharibəyə qaldırdı. Onlar 462-ci ildə Albaniyaya soxuldular və 463-cü ildə II Vaçenin hakimiyyətdən əl çəkməsi ilə bitdi. Vaçenin xahişi ilə atasının miras qoyduğu mülk, min evdən ibarət təsərrüfat şah Firuz tərəfindən onun sərəncamına verildi. O, adi zahid həyatı sürməyə başladı. Vaçedən Mömin Vaçaqana kimi 30 il Albaniya hökmdarsız qaldı. Sasani hakimiyyətinə tabeliyində idi. Sasani şahı Balaş (484-488) III Mömin Vaçaqanın Albaniyada hökmdar olmasına razılıq verdi. İranda hakimiyyətə I Qubad gəldi. III Vaçaqan hakimiyyətə müvəqqəti olsa da Arsax ərazisində, 493-cü ildə isə (493-510) Albaniyada tam sahib oldu. O, xristian dinin təbliğinə başladı. III Mömin Vaçaqan 498-ci ildə Aquen kilsə məclisini çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. O, vergilərin miqdarını müəyyənləşdirdi. 510-cu ildə Sasanilər Ön Qafqazda müstəqil dövlət qurumlarını ləğv etdi. Albaniyada Sasani məzrbanlığının uzunmüddətli hökmranlığı dövrü (510-629) başlandı (8, s. 189). III əsrdə Maninin başçılığı ilə Sasani dövlətində azadlıq hərəkatı yayıldı. Bu hərəkat yüksək zümrələrin ağalığına qarşı yönəlmişdi və məzdəkilər hərəkatına güclü təsir göstərmişdi. 481-529-43 cu illərdə başlanan Məzdəkilər hərəkatının əsas təlimi ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq idi. Bu təlimə görə Xeyirin Şər üzərində qələbəsini Allahın və işıqlı qüvvələrin köməyi ilə təmin etmək olar. I Qubadın (488-531) hakimiyyəti dövründə məzdəkilər hərəkatı genişləndi. I Qubad məzdəkiləri himayə etməyə başladı. O, iri feodalların gündən-günə artan təsirinə qarşı mübarizədə bu hərəkatdan istifadə etdi, lakin məzdəkilər hərakatı təhlükəyə çevrildiyindən I Qubad və onun oğlu Xosrov (531-579) məzdəkilərə qanlı divan tutdu. Məzdək 529-cu ildə edam edildi, 80 mindən artıq adamı öldürüldü. Ermənilər Bizansa arxalanır, xristian dini pərdəsi altında Sasani hakimiyyətinə qarşı çıxır, Azərbaycan torpaqlarını işğal etmək siyasəti yeridirdilər. Bizans və İrandakı siyasi hərc-mərclik Azərbaycanda, xüsusilə Albaniyada xristianlığın mövqeyini zəiflədir, türk etnosların siyasi üstünlüyü şəraitində birləşməsini təmin edirdi.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə