Mövzu : Bağdad xilafəti və Səlcuq türkləri



Yüklə 19,54 Kb.

tarix30.10.2018
ölçüsü19,54 Kb.


Giriş 

Həzrəti  Muhəmməd  Peyğəmbərin  ölümündən  (632)  sonra,  İslam 

dünyasını Hulefanı Raşidin deyilən dörd xəlifə və ardından da Əməvilər 

(661-750)  idarə  etdi.  Əməvilər,  Əlinin  öldürülməsiylə  rəhbərliyi  ələ 

keçirmişdilər. Əməvilərin iqtidardan enişləri də eyni şəkildə qanlı oldu.  

Həzrəti 


Muhəmməd 

Peyğəmbərin 

əmisi 

Abbas 


ibni 

Əbdülmütəllibin  soyundan  gələn  Abbasilər,  Əməvi  rəhbərliyinə  qarşı 

qiyam  qaldıraraq  750-ci  ildə  xəlifəliyi  və  iqtidarı  ələ  keçirdilər.  Bu 

tarixdən başlayaraq Abbasilər 1258-ci ilə qədər İslam dünyasının böyük 

hissəsinə suveren oldular. İlk  Abbasi  xəlifəsi  Əbul-Abbas  Səffah (750-

754) idi. 754-ci ildə qardaşı Mənsur (754-775) onun yerinə keçdi. Bu iki 

xəlifə  dövründə  orduda  Türk  və  İran  mənşəlilər  əhəmiyyətli  vəzifələr 

üstələndilər.  Mənsur,  762-ci  ildə  paytaxtı  Şamdan  Bağdada  daşıdı. 

Mənsurdan  sonra  sıra  ilə  Mehdi  (775-785)  və  Hadi  (785-786)  xəlifə 

oldular.  Abbasi  Dövləti  Mənsurun  nəvəsi  Harun  Rəşid  (786-809) 

dövründə ən geniş sərhədlərinə çatdı. 

 Harun  Rəşidin  oğulları  Əmin  (809-813),  Məmun  (813-833)  və 

Mötəsim  (833-842)  atalarının  siyasətlərini  davam  etdirdilər.  Anası 

Harun Rəşidin Türk əslli bir nökəri olan Mötəsim Türklərdən xüsusi bir 

əsgəri güc qurmuşdur, Türk ünsürləri rəhbərlikdə əhəmiyyətli vəzifələrə 

gətirmişdir.  Daha  sonra  bu  əsgəri  gücün  Bağdaddakı  varlığı  bəzi 

narahatlıqlara  səbəb  olduğundan  Samirrə  adıyla  yeni  bir  şəhər 

qurduraraq  dövlət  mərkəzini  oraya  daşıdı.  838-ci  ildə  Mötəsim 

Anadoluya  Bizans  üzərinə  bir  səfər  təşkil  etmiş,  ordusunun  bir  qolu 

Bizans imperatoru Theofilos və ordusunu "Anzin Döyüşü" adı verilən  






bir  vuruşmada  böyük  məğlubiyyətə  uğratmış,  Bizansın  ikinci  böyük 

şəhəri  Amoriomu  əhatə  edib  əlinə  keçirmiş  və  Abbasi  orduları  İznik 

şəhərinin  yaxınlarına  qədər  irəliləmişdir.  Yerinə  keçən  oğulu  Vasiqin 

(842-847)  dövründə  Türk  əmrləri  əsgəri  işlərin  yanında  yönetsel 

mövzularda  daha  təsirli  oldular.  Vasiqin  ölümündən  sonra  Abbasi 

Dövləti  parçalanma  müddətinə  girdi.  Abbasi  torpaqları  üzərində 

Tahirilər,  Samanilər,  Qaraxanlılar,  Fatimilər,  Tolunoğulları  və 

Həmdənilər  kimi  müstəqil  dövlətlər  quruldu.  İranda  hökm  sürən 

Büveyhiler, 945-ci ildə Bağdada suveren oldular. Bundan sonra Abbasi 

xəlifələri  Büveyhilerin  icazəsiylə  başda  qala  bildilər.  Xəlifə  Qaimin 

(1031-1075) çağırışı üzərinə Böyük Səlcuqlu Dövləti Hökmdarı Toğrul, 

1055-ci  ildə  Büveyhileri  Bağdaddan  çıxardı  və  Abbasilərə  yenidən 

möhtərəmlik qazandırdı. 

Abbasi sülaləsinin hakimiyyətinin ilk illərində (VIII-IX əsrlər) İran 

və Orta Asiya feodalları xüsusi mövqeyə malik idilər. Ərəb zədəganları 

isə  getdikcə  öz  mövqe  və  imtiyazlarını  itirirdilər.  Xilafətin  əsas 

məhsuldar qüvvələri asılı kəndlilər, əsas istehsal sahəsi süni suvarmaya 

əsaslanan  əkinçilik  idi.  Maldarlıq  da  mühüm  əhəmiyyət  kəsb  edirdi. 

Xilafətdə  əsas  torpaq  mülkiyyət  forması  mülk  idi.  Ərəb  dilində 

"mülkiyyət"  malikanə  deməkdir.  Mülk  sahibi  mərkəzi  hökümət 

qarşısında  icbari  xidmət  və  ya  mükəlləfiyyət  daşımırdı.  Mülk  şərti 

torpaq  da  sayılmırdı.  Buna  görə  də  sərbəst  olaraq  satıla,  girov  qoyula, 

bağışlana  və  ya  irsən  keçə  bilərdi.  İqta  torpaq  sahibliyi  də  geniş 

yayılmışdı.  Bu,  xidmət  müqabilində  feodallara  verilmiş  şərti  olaraq 

mülkiyyət idi. İqta torpaqları dövlət torpaqları hesab edilsə də, IX  




yüzillikdə  faktiki  olaraq  feodal  şəxsi  torpaq  mülkiyyətinə  çevrilmişdi. 

İqta  torpaqlarında  vergilərin  toplanması  və  onların  idarə  olunması 

iqtadarların  əlində  toplanmışdı.  İqta  dövründə  meydana  gələn  vəqf, 

ərəbcə  dini  və  ya  xeyriyyə  məqsədi  ilə  dövlətin  və  yaxud  ayrı-ayrı 

vətəndaşların könüllü bağışladığı daşınan və daşınmaz əmlaka deyilirdi. 

Vəqf olunmuş torpaq satıla və ya bağışlana bilməzdi. 

Torpaq  vergisi  olan  xərac  da  geniş  yayılmışdı.  Xərac  pul  və  ya 

natura  şəklində  toplanırdı.  Xərac  bəzən  bütün  torpaq  vergilərinin  cəmi 

olurdu.  Cizyə  vergisi  də  Xilafət  dövründə  yayılmışdı.  Bu  vergi  qeyri-

müsəlman  əhalidən  orduda  xidmət  etmədiklərinin  müqabilindən 

onlardan alınan vergi növü idi. Cizyə ancaq kişilərdən alınırdı və əsasən 

pul ilə ödənilirdi. Bundan başqa Xilafətdə dini vergilər olan zəkat, xüms 

və  titrə  də  alınırdı.  Zəkat  şəriət  qanunu  ilə  əmlak  və  gəlir  üzərinə 

qoyulan vergidir.  Bu vergi  icmanın  ehtiyaclarına  sərf  olunur və yoxsul 

müsəlmanlar  arasında  bölüşdürülürdü.  Zəkatın  adi  məbləği  illik  gəlirin 

2,5%-ni  təşkil  edir.  Bunu  ailə  başçısı  ödəyirdi.  Xüms  (və  ya  xums) 

müxtəlif  mülkiyyət  və  qənimət  növlərindən  (qazancadan,  dəfinələrdən, 

hərbi  qənimətlərdən)  xəzinəyə  ödənilirdi.  Fitrə  isə  ailənin  hər  bir  yaşlı 

üzvündən  ramazan  ayında  orucluq  olan  gün  alınır  və  paylanırdı.  Bu 

vergi  növü  ancaq  varlı  şəhərlilərdən  alınırdı.  Xilafətdə  şəhər  əhalisi 

xırda  ticarətlə  əlaqədar  olan  müxtəlif  peşələrlə  məşğul  idi.  Toxuculuq, 

bəzək və zərgərlik malları istehsalı, metal emalı yüksək dərəcədə inkişaf 

etmişdi. Sənətkarlıq və ticarətin genişlənməsi şəhərlərin inkişaf etməsinə 

kömək  edirdi.  Bağdad  və  Qahirə  mühüm  sənətkarlıq  və  mədəniyyət 



mərkəzləri idi. Xarici ticaarəti varlı tacirlər aparırdılar. VIII əsrin  

 

: kurs-isleri
kurs-isleri -> Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür
kurs-isleri -> Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək
kurs-isleri -> İqtisadiyyat insanlar arasında məlumat mübadiləsinə, öz iqtisadi fəaliyyətində
kurs-isleri -> Bank Əməliyyatlarının hüquqi əsasları Maddə Bank sistemi və onun hüquqi əsasları
kurs-isleri -> Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu
kurs-isleri -> Биожоьрафийа-организм групларынын вя онларын айры-айры компонентляринин жоьрафи йайылмасы вя мяскунлашмасы щаггында елмдир
kurs-isleri -> Magistr I kurs (Qədim Misir mədəniyyəti)
kurs-isleri -> \\ddfalınma sözlər: Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir
kurs-isleri -> Səyahət və turizm kimi bir-birinə bağlı bu iki anlayış müəyyən həyat


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə