Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə11/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   7   8   9   10   11   12   13   14   ...   96
az tarix en yeni — копия

716-cı ildə o, Mannaya qoşun yeridir. Ullusunu dağlara qaçır. II Sarqon Mannanın paytaxtını və bir neçə şəhəri yandırdı, Azanın qatillərindən birini tutub dərisini soydurdu və mannalılara göstərdi. Ullusunu gəlib mərhəmət dilədi. II Sarqon Ullusunu hakimiyyətdə saxladı və o, Mannanın yeganə hökmdarı oldu, Assuriyanın siyasi ağalığını tanıdı. Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən əl çəkmirdi. II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq, e.ə. 715-ci ildə onlara qarşı yürüşə çıxdı və qalib gəldi. Urartu hökmdarı döyüş meydanını tərk edib qaçdı. E.ə. 714-cü ildə II Sarqon Manna, Midiya və b. ölkələrə yürüşə çıxdı. Ullusunu II Sarqonu təmtəraqla qarşıladı və xərac verdi, ordunu ərzaqla təmin etdi. Ullusunu Sar- qondan Urartu hökmdarı I Rusanı məğlub etməyi və mannalıların öz yurdlarına qaytarılmasını istədi. II Sarqon bunu yerinə yetirə- cəyinə söz verdi. O, mannalılarla ittifaqa böyük əhəmiyyət verirdi. II Sarqon Mannanın Uişdiş vilayətinə gəldi. I Rusa məğlub olaraq Urartuya qaçdı. II Sarqon Urartuya daxil oldu, I Rusa özünü öl- dürdü. Bundan sonra Urartu bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Manna qüdrətli dövlətə çevrildi.
Manna quldarlıq istehsal formasına əsaslanan dövlət olmuş- dur. Dövləti hökmdar idarə edirdi. E.ə. VIII əsrin II yarısında hakimiyyət irsi olaraq atadan oğula keçirdi. Dövlətə qədim Azər- baycan türk sülaləsi başçılıq edirdi. Manna mərkəzləşmiş dövlət idi, vilayətləri canişinlər idarə edirdi. Mannada ağsaqqallar şurası da fəaliyyət göstərirdi. Çox zaman Manna hökmdarları Assuriyaya meylli siyasətə üstünlük vermiş və bununla da ölkənin ərazi bütöv- lüyünü saxlamışlar. E.ə. VII əsrin I rübündə Qara dəniz sahil- lərindən hərəkət edərək Qafqaz ərazisindən keçən kimmer, skif və sak tayfaları Mannada da məskən salmışdılar. Onların gəlişi ilə Assuriyanın sərhədlərində təhlükə yarandı. Belə şəraitdə Manna Assuriyanın tabeliyindən çıxdı və tam müstəqil oldu. Manna hökm- darı Ahşeri müstəqil xarici siyasət yürüdürdü. Assuriya hökmdarı Aşşurbanipal Mannaya qoşun yeritdi. E.ə. 650-ci ildə baş verən döyüşdə Ahşeri məğlub oldu. Ahşeriyə qarşı üsyan baş verdi, o öl- dürüldü. Hakimiyyətə Ahşerinin oğlu Ualli gəldi və Assuriya ilə
ittifaqı bərpa etdi. E.ə. 616-cı ildə Ön Asiyanın qüdrətli Assuriya dövləti Midiya və Babilistan ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona kömək etdi. E.ə. 593-cü ildə Manna müstəqil dövlət kimi öz varlığını saxlayırdı. Təxminən e.ə. 590-cı ildə Man- na İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə